Məhkəmə qərarları › İş №2(011)-4874/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4874/2025

26.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4874/2025 26.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X2 Cavabdeh İB-nə qarşı – ünvan 4 (abonent kodu: **********00910) ünvanı üzrə yazılmış 228,95 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri,Xətai rayonu, M.Hadi küçəsi,ev 65, mənzil 91 (abonent kodu: **********00910) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac İddiaçı adına rəsmiləşdirilmişdir, lakin mülkiyyətçisi Cavahir Çolakoğludur. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində sayğac 2018ci ildə dəyişdirilən zaman yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Daha sonra yeni abonent olan Murad Qurbanovun adına sayğac quraşdırılmışdır. Lakin hal-hazırda əvvəlki sayğac üzrə cərimə tələb edilir. Halbuki, həmin sayğac üzrə borcu olmamışdır və sayğaca onun tərəfdən müdaxilə edilməmişdir. Bir müddət sonra qazın verilməsi dayandırılmışdır. İddiaçı X2 iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə verərək onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı X2 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı öz izahatında bildirmişdir ki, mütəmadi olaraq təbii qazdan istifadə ilə əlaqədar ay ərzində yaranmış borcu ödəmişdir. Lakin təqribi 2005-ci ildə Cavabdeh İBnin işçisi gələrək sayğacını aparmışdır. Buna dair ona hər hansı akt verilməmişdir. O, bununla bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. Çünki həmin sayğacın istifadəsinə ehtiyacı olmamışdır. Lakin sayğacın götürüb aparılmasına baxmayaraq ona 228,95 manat borc hesablanmışdır. Ona yazılan borc qanunsuzdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi üzərində X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış 16 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında qaz xəttinin üzərinə xx.xx.2018-ci il tarixində qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmaqla qeyri-əhali abonenti kimi fiziki şəxs X3 adına **********00665 istehlakçı kodu açılmış və 1802AZ**********63 saylı qaz sayğacı quraşdırılmışdır. Bu zaman mənzilinin qaz xəttinin üzərindəki mövcud istehlakçı kodu **********00910 adına olan sonradan ödənişli G-2,5 markalı 202584 saylı qaz sayğacı çıxarılmamışdır. Qeyd olunan qaz sayğacı vasitəsi ilə istehlak etdiyi qaz sərfinə görə sayğac göstəricisi 4313 m3 olmaqla hesabında 228,95 manat borc mövcuddur və iddiaçı tərəfindən ödənilməlidir. Bildiririk ki, araşdırma zamanı sonradan ödənişli G-2,5 markalı 202584 saylı qaz sayğacı mənzilin qaz xəttinin üzərində aşkar olunmadı. İş materiallarında olan İddiaçı aid olan **********00910 saylı abonentin saldosundan görünür ki, abonentin 2020-ci ilin fevral ayı üzrə cədvəlin “ayın sonuna borc” bölməsində 228,95 manat borcu mövcud olmuşdur. Hazırda iddiaçı məhkəmədən **********00910 nömrəli abonent saldosuna əsasən İddiaçı adına olan borcun silinməsini xahiş edir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından görünür ki, iddiaçıya 2020-ci ilin fevral ayının sonuna hesablanmış 228,95 manat borc məbləği qazdan istifadə qaydalarının pozulması (sayğaca müdaxilə və ya kənar xəttin çəkilməsi) ilə bağlı deyildir. Bu qazdan faktiki istifadəyə görə hesablanmış debitor borcdur. İddiaçı sayğacın çıxarılması səbəbindən həmin sayğacdan 2005-2020-ci illərdə onun tərəfindən istifadə olunmadığını qeyd etsə də buna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı təbii qazdan istifadə ilə bağlı xidmət müqaviləsinin tərəfi olduğundan və hesablanmış qaz həcminin onun tərəfindən istehlak olunmadığını təsdiq edən sübutlar olmadığından - iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 4 ünvanı üzrə (abonent kodu: **********00910) iddiaçıya hesablanmış 228,95 (iki yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar