Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4880/2020 29.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızınınsədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********25023 olan Samsung Galaxy A6 markalı telefon üçün 440 manat ödənilməmiş hissə, 132 manat dəbbə pulu; xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********43695 olan Samsung Galaxy A8 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 198 manat dəbbə pulu; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********11790 olan Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı buds qulaqcıq üçün 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********19724 olan Samsung Galaxy S10+ markalı telefon üçün 2673 manat ödənilməmiş hissə, 656 manat dəbbə pulu borcu olmaqla, ümumilikdə 5.671 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5.701 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx xxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh Samsung Galaxy A6 markalı telefon, Samsung Galaxy A8 markalı telefon, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı buds qulaqcıq, Samsung Galaxy S10+ markalı telefonalmış və nəticədə 5.671 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1058 manat olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 572 manat olmaqla, 440 manat ödənilməmiş hissə, 132 manat cərimə pulu borcu; xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1634 manat olan Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə 990 manat olmaqla, 792 manat ödənilməmiş hissə, 198 manat cərimə pulu borcu; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.101 manat olan Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı buds qulaqcıq üçün ümumilikdə 780 manat olmaqla, 600 manat ödənilməmiş hissə, 180 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3005 manat olan Samsung Galaxy S10+ markalı telefon üçün ümumilikdə 3329 manat olmaqla, 2673 manat ödənilməmiş hissə, 656 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2293 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxx 2019-cu il və xx xxxxxx 2019-cu il tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 1058 manat olan Samsung Galaxy A6 markalı telefon, dəyəri 1.634 manat olan Samsung Galaxy A8 markalı telefon, dəyəri 1101 manat olan Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı buds qulaqcıq və dəyəri 3005 manat olan Samsung Galaxy S10+ markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən xx xxxx 2020-ci il tarixə Samsung Galaxy A6 markalı telefon üçün ödənilməmiş əsas borc 440 manat, dəbbə pulu 132 manat, Samsung Galaxy A8 markalı telefon üçün 792 manat ödənilməmiş hissə, 198 manat dəbbə pulu, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı buds qulaqcıq üçün 600 manat ödənilməmiş hissə, 180 manat dəbbə pulu, Samsung Galaxy S10+ markalı telefon üçün 2673 manat ödənilməmiş hissə, 656 manat dəbbə pulu olmaqla, cəmi 5.671 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəməiclasında müəyyən edildi ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinəəsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinəəsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 132 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 198 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 180 manat dəbbə məbləği azaldılaraq 8 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 656 manat dəbbə məbləği azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A6 markalı telefon üçün ödənilməmişəsas borca görə 440 manat, dəbbə pulu 4 manat, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Samsung Galaxy A8 markalı telefon üçün ödənilməmişəsas borca görə 792 manat, dəbbə pulu 10 manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy markalı qulaqcıq üçün ödənilməmişəsas borca görə 600 manat, dəbbə pulu 8 manat və xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə Samsung Galaxy S10+ markalı telefon üçün ödənilməmiş əsas borca görə 2673 manat əsas, 30 manat da dəbbə pulu olmaqla, ümumilikdə 4.557 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 440 (dörd yüz qırx) manat, dəbbə pulu 132 (bir yüz otuz iki) manat, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 792 (yeddi yüz doxsan iki) manat, dəbbə pulu 10 (on) manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 600 (altı yüz) manat, dəbbə pulu 8 (səkkiz) manat və xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 2673 (iki min altı yüz yetmiş üç) manat əsas, 30 (otuz) manat dəbbə pulu olmaqla, ümumilikdə 4.557 (dörd min beş yüz əlli yeddi) manat və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4880/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4880/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver