Məhkəmə qərarları › İş №2(011)-4900/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4900/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4900/2021 02.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı 24.05.2019-cu il tarixli müqaviləyə əsasən 107 manat ödənilməmiş hissə, 42 manat cərimə borcu, 05.06.2019-cu il tarixli müqaviləyə əsasən 62 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən 360 manat ödənilməmiş hissə, 108 manat cərimə borcu, 11.02.2020-ci il tarixli müqaviləyə əsasən 735 manat ödənilməmiş hissə, 218 manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 916.8 manat ödənilməmiş hissə, 273.2 manat cərimə borcu, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən 466.4 manat ödənilməmiş hissə, 135.6 manat cərimə borcu, 17.02.2020-ci il tarixli müqaviləyə əsasən 589.2 manat ödənilməmiş hissə, 176.8 manat cərimə borcu, ümumilikdə 4208 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, “xxxx” MMC ilə 24.05.2019-cu il, 05.06.2019-cu il, 09.10.2019-cu il, 11.02.2020-ci il, 12.02.2020-ci il. 14.02.2020-ci il, 17.02.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, 3 ədəd LG televizor, Samsung Mikrodalğalı soba, 2 ədəd Apple qulaqlıq, İMEİ Kodu **********89473 olan Samsung Galaxy A30s markalı telefon, X1 almış və nəticədə 4208 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 24.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 781 manat olan LG televizor üçün ümumilikdə, 149 manat olmaqla ondan 107 manat ödənilməmiş hissə, 42 manat dəbbə pulu; 05.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 341 manat olan Samsung Mikrodalğalı soba üçün ümumilikdə 80 manat olmaqla ondan 62 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu; 09.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 552 manat olan LG markalı televizor üçün ümumilikdə, 468 manat olmaqla ondan 360 manat ödənilməmiş hissə, 108 manat dəbbə pulu; 11.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 735 manat olan Apple qulaqlıq üçün ümumilikdə, 953 manat olmaqla ondan 735 manat ödənilməmiş hissə, 218 manat dəbbə pulu; 12.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1000.8 manat olan LG televizor üçün ümumilikdə, 1190 manat olmaqla ondan 916.8 manat ödənilməmiş hissə, 273.2 manat dəbbə pulu; 14.02.2020-ci il tarixli müqaviləsinə osasən, alqı-satqı qiyməti 494.4 manat olan Apple qulaqlıq üçün ümumilikdə, 602 manat olmaqla ondan 466.4 manat ödənilməmiş hissə, 135.6 manat dəbbə pulu; 17.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589.2 manat olan Samsung Galaxy A30s markalı telefon, X1 üçün ümumilikdə, 766 manat olmaqla ondan 589.2 manat ödənilməmiş hissə. 176.8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1257 manat təşkil edir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 24.05.2019-cu il tarixli, 00679880 saylı müqaviləyə əsasən “xxxx” MMC LG televizor satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 11 ay müddətində hər ay 71 manat məbləğində olmaqla və 0 manat ilkin ödəniş etməklə, cəmi 781 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 05.06.2019-cu il tarixli, 00704238 saylı müqaviləyə əsasən “xxxx” MMC Samsung mikrodalğalı soba satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 11 ay müddətində hər ay 31 manat məbləğində olmaqla, cəmi 341 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 09.10.2019-cu il tarixli, 00969225 saylı müqaviləyə əsasən “xxxx” MMC LG televizor satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 55 manat məbləğində olmaqla, 12 manat ilkin ödəniş edərək, cəmi 552 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.02.2020-ci il tarixli, 20092653 saylı müqaviləyə əsasən “xxxx” MMC Apple Airpod pro satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 14 ay müddətində hər ay 52.5 manat məbləğində olmaqla, cəmi 735 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli, 20095888 saylı müqaviləyə əsasən “xxxx” MMC LG televizor satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 83.4 manat məbləğində olmaqla, cəmi 1000.8 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli, 20100020 saylı müqaviləyə əsasən “xxxx” MMC Apple Airpod 2 satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 41.2 manat məbləğində olmaqla, cəmi 494.4 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 17.02.2020-ci il tarixli, 20109563 saylı müqaviləyə əsasən “xxxx” MMC Samsung Galaxy A30s markalı telefon, X1 satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 49.1 manat məbləğində olmaqla, cəmi 589.2 manat ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 04.05.2021-ci il tarixli maliyyə arayışına və ödəniş cədvəlindən görünür ki, cavabdehin 24.05.2019-cu il tarixli müqaviləyə əsasən 107 manat ödənilməmiş hissə, 42 manat cərimə borcu, 05.06.2019-cu il tarixli müqaviləyə əsasən 62 manat ödənilməmiş hissə, 18 manat cərimə borcu, 09.10.2019-cu il tarixli müqaviləyə əsasən 360 manat ödənilməmiş hissə, 108 manat cərimə borcu, 11.02.2020-ci il tarixli müqaviləyə əsasən 735 manat ödənilməmiş hissə, 218 manat cərimə borcu, 12.02.2020-ci il tarixli müqaviləyə əsasən 916.8 manat ödənilməmiş hissə, 273.2 manat cərimə borcu, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən 466.4 manat ödənilməmiş hissə, 135.6 manat cərimə borcu, 17.02.2020-ci il tarixli müqaviləyə əsasən 589.2 manat ödənilməmiş hissə, 176.8 manat cərimə borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 24.05.2019-cu il tarixli, 00679880 saylı müqaviləyə üzrə əsas borca görə 107 (yüz yeddi) manat, cərimə borcuna görə 42 (qırx iki) manat, cəmi 149 (yüz qırx doqquz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 05.06.2019-cu il tarixli, 00704238 saylı müqavilə üzrə əsas borca görə 62 (altmış iki) manat, cərimə borcuna görə 18 (on səkkiz) manat, cəmi 80 (səksən) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 09.10.2019-cu il tarixli, 00969225 saylı müqavilə üzrə əsas borca görə 360 (üç yüz altmış) manat, cərimə borcuna görə 108 (yüz səkkiz) manat, cəmi 468 (dörd yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 11.02.2020-ci il tarixli, 20092653 saylı müqavilə üzrə əsas borca görə 735 (yeddi yüz otuz beş) manat, cərimə borcuna görə 218 (iki yüz on səkkiz) manat, cəmi 953 (doqquz yüz əlli üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 12.02.2020-ci il tarixli, 20095888 saylı müqavilə üzrə əsas borca görə 916.8 (doqquz yüz on altı manat səksən qəpik) manat, cərimə borcuna görə 273.2 (iki yüz yetmiş üç manat iyirmi qəpik) manat, cəmi 1190 (min yüz doxsan) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 14.02.2020-ci il tarixli, 20100020 saylı müqavilə üzrə əsas borca görə 466.4 (dörd yüz altmış altı manat qırx qəpik) manat, cərimə borcuna görə 135.6 (yüz otuz beş manat altmış qəpik) manat, cəmi 602 (altı yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 17.02.2020-ci il tarixli, 20109563 saylı müqavilə üzrə əsas borca görə 589.2 (beş yüz səksən doqquz manat iyirmi qəpik) manat, cərimə borcuna görə 176.8 (yüz yetmiş altı manat səksən qəpik) manat, cəmi 766 (yeddi yüz altmış altı) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar