Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-491/2021 19.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı Lemaranovnanın və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovnanın iştirakı ilə, İddiaçı Lemaranovnanın cavabdeh ünvan 3, X19 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı vərəsə hesab olunması və daşınmaz əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Lemaranovna cavabdeh ünvan 3, X19 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı - xx.xx.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və xx.xx.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə iddiaçının adına 1/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 18 saylı Notariat kontorunun üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası Cəmilov Lemaran Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilin mülkiyyətçisi olmuşdur. Atası tərəfindən həmin mənzil xx.xx.1997-ci il tarixdə özəlləşdirilmişdir. O atasının nikahdan kənar qızıdır. xx.xx.1981-ci il tarixdə Rusiya Federasiyasının Xabarovsk diyarının Xabarovsk rayonun Zaozernoye kəndində anadan olmuşdur. Atası onun anadan olmağını bilməmiş, o doğulandan sonra anası X1 uşaq evinə vermişdir. 1990-cı ildə atası təsadüfən anası ilə rastlaşanda anası olduğunu demişdir. Bundan sonra atası onu uşaq evindən götürərək, Xabarovsk rayonu X23 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə onun qəyyumu təyin edilmişdir. 1991-ci ildə atası onu Bakıya gətirmiş və o atasının arvadı ilə X15 ilə birlikdə onun özünün sonradan özəlləşdirərək, mülkiyyəti olmuş Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzildə yaşamışdır. X15 və onun övladları (üçüncü şəxslər) X24 və X20 uzun müddət atası tərəfindən atalığın qəbul edilməsinə etiraz etmişlər. Atası xx.xx.2003-cü ildə vəfat etdikdən sonra o X15 ilə birlikdə həmin mənzildə mehriban yaşamışdır. Lakin 2005-ci ildə Rusiya Federasiyasının Maqadan şəhərində yaşamış və oranın vətəndaşı olan X21 ərindən boşandıqdan sonra Bakıya gəlib, onların evdə yaşamışdır, Zera Pastuxova gəldiyi gündən aralarında mübahisələr başlamış və nəhayət 2010-cu ildə o, onlar tərəfindən evdən qovulmuşdur. Atası vəfat etdikdən sonra mübahisəli mənzil 18 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının arvadı X15 və onun övladları X21 və X16 mülkiyyətinə keçmişdir. X15 2018-ci ilin fevral ayında vəfat etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə atalığın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, xx.xx.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin qətnamədən X25 kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin 2(102)-3365/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə X11 kassasiya şikayəti təmin edilməmişdir. Atasının vəfatından sonra faktiki olaraq X18, X25, X26 və İddiaçı Lemaranovna onun qanun üzrə vərəsələri olmaqla həmin mənzildən hər birinə ¼ hissədə pay çatır. Lemoran Cəmilov məhkəmə qaydasında iddiaçının atası müəyyən olunana qədər 2005-ci ildə cavabdehlər atasının qanun üzrə vərəsəlik hüququ ilə miras qalmış əmlakı qəbul etmiş, hazırda mübahisəli mənzilin mülkiyyətçiləridirlər. X4 vəfatından sonra 18 saylı NK-nın xx.xx.2016-cı il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlakın bir hissəsi X6 adına qeydiyyatdan keçmişdir. Hazırda mübahisəli mənzil 2/3 hissə ilə X7, 1/3 hissədə X17 mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(011)-7745/2015 saylı qətnaməsi ilə o, Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi ev 12, mənzil 53-ə köçürülmüşdür. Lakin, cavabdehlər onu mənzilə buraxmırlar. İddia ərizəsinə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (iş № 2(103)-432/2016 (hakimlər A.Q.Hüseynov, A.A. Abdullayeva, İ.K.Xəlilov) idiaçının apellyasiya şikayətini təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, xx.xx.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilov iddiaçının atası olmağı müəyyən edilmişdir. Həmin mülki işdə şahidlər X29, X8 və X12 ifadələri ilə təsdiqlənmişdir ki, iddiaçı atası tərəfindən Rusiyadan gətirilərkən atasının yanında onun ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-ə yaşamışdır və onun başqa yaşayış yeri olmamışdır. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-də 1991-ci ildən atası, analığı və cavabdehlərlə birlikdə və atasının ölümündən sonra o həmin mənzildən qovulanadək, yəni 2010-cu il də daxil olmaqla orada yaşamağı yuxarıda qeyd olunan məhkəmə qərarları Lütfiyyə Cəmilovanın iştirakını əks etdirən evdə keçirilmiş ad gününün videogörüntü olan DVD diskdə əks olunan hallarla təsdiqlənir. Bunun özü isə atasının ölümündən sonra AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə müvafiq olaraq Lütfiyyə Cəmilova və üçüncü şəxslər Pastuxova Zera, Cəmilov Zamirlə birlikdə atasından miras qalmış mənzili onlarla bərabər faktiki olaraq qəbul etməyini və idarə etməyi anlamına gəlir. O, dəfələrlə cavabdeh quruma ünvan 3 Ərizə ilə müraciət edib, payına uyğun Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Atası Lemoranın vəfatından sonra açılmış vərəsəlik işində onu 18 saylı X22 təmsil etmək üçün “xxxx” Firmasına müraciət etmişdir. Hazırkı məhkəmə araşdırılmasından sonra vəkili Vəkil tərəfindən X27 verilmiş sorğu əsasında Arxivdən alınmış Bakı şəhəri 18 saylı notariat kontorunda xx.xx.2005-ci il tarixdə rəsmiləşdirilmiş 2v- 01-34 reyestr nömrəli iş üzrə 25 vərəqdən ibarət notariat işinin sənədlərindən məlum olur ki. “xxxx” MMC hüquqlarını etibarnamə əsasında təmsil edərək atası Lemoranın ölümü ilə bağlı olaraq vərəsəlik işini Xətai rayon məhkəməsində mübahisələndirdiyi üçün Lütfiyyə Cəmilovaya vərəsəlik şəhadətnaməsinin verilməsinin dayandırılması xahiş etmişdir. Notariat kontoru isə həmin sorğuya cavab olaraq xx.xx.2005-ci il tarixli cavab məktubu ilə məhkəmədə vərəsəlik işi mübahisələndirildiyi halda 10 gün müddətinə işin təxirə salınması mümkün olduğu bildirilmişdir. Həmin işdə notariat kontorunun ona ünvanlandığı xx.xx.2005-ci il tarixli məktubu da vardır ki, həmin məktubda onun notariat kontoruna gəlməyi və “Atalığın müəyyən edilməsi haqqında” şəhadətnamənin təqdim olunması tələb olunurdu. Düzdür bu məktubu almasa da, həmin dövrdə atalığın müəyyən edilməsi barədə şəhadətnaməsi olmamışdır. Eyni zamanda təqdim etdiyi poçt bildirişləri arasında ünvan 3 vərəsəlik şəhadətnaməsinin ona verilməsi barədə xx.xx.2018-ci il tarixdə göndərdiyi məktubun poçt qəbzi də mövcuddur. Atalığın məhkəmə qaydasında müəyyən edildikdən və doğum haqqında şəhadətnaməni 2017-ci ildə aldıqdan sonra 2018-ci ilin noyabr alında ona vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat kontoruna müraciət etmişdir. Lakin notariatda ona bildirdilər ki, vərəsəlik işi 2005-ci ildə açılıb bağlandığına görə vərəsəlik şəhadətnaməsinin verilməsi mümkünsüzdür və o vərəsəlik işi ilə bağlı hüququnun bərpası ilə bağlı məhkəməyə müraciət etməlidir. Təkrarən xx.xx.2020 tarixdə ünvan 3 ərizə ilə müraciət edərək xx.xx.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və xx.xx.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, mənzil 53-ə iddiaçının adına ¼ hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin budəfəki müraciətinə notariat kontorundan cavab belə verilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edərək atası Lemaran Cəmilovun vərəsəsi olması, ondan miras qalmış mənzilə qanun üzrə vərəsəlik hüququnun müəyyən olunmaqla həmin mənzilə ¼ hissədə payına dair hüququnu tanıtmaq istəyir. İddiaçı Lemaranovna və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Cəmilova (Pastuxova) Zera Lemaranovna məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlər Bakı şəhəri 18 saylı notariat ofisi və X26 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlər nəzərə alınmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********49 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, 53 saylı mənzil xx.xx.1997-ci il tarixdə Cəmilov Lemaranın adına ilkin qeydiyyatdan keçmişdir. Cəmilov Lemaranın vəfatıdna sonra xx.xx.2005-ci il tarixdə 18 saylı DNK-nın xx.xx.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlak Cəmilova Lütfiyanın, X16, X6 adlarına qeydiyyatdan keçmişdir. Cəmilova Lütfiyanın vəfatından sonra 18 saylı NK-nun xx.xx.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən əmlakın bir hissəsi X6 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, 53 saylı mənzil hazırda X6 – 2/3 hissə və X16 – 1/3 hissə mülkiyyətindədir. Mülki iş materiallarında olan Bakı Şəhər Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 89 saylı Mənzil Kommunal İstismar Sahəsinin 765 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, arayış X3 verilmişdir ona görə ki, o, həqiqətən S.Ə.Şirvani küçəsindəki 12 nömrəli evin 53 nömrəli mənzilində yaşayır. Mülki iş materiallarında olan AZ-İ seriyalı, 321223 nömrəli xx.xx.2017-ci il tarixli “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cəmilov Lemaran xx.xx.1984-cu il tarixdən doğulmuş X2 atası hesab edilmişdir. Mülki iş materiallarında olan 2X-01-34 nömrəli Cəmilov Lemaranın S.Ə.Şirvani küçəsi, 12, mənzil 53-də yerləşən evə dair vərəsəlik işinin surətindən görünür ki, xx.xx.2004-cü il tarixli ərizələr ilə X21 və X26 Bakı şəhərinin notariat kontoruna müraciət edərək, xx.xx.2003-cü il tarixində vəfat etmiş Cəmirov Lemarana ölüm gününə mərhuma məxsus olmuş ünvan 2 ünvanında yerləşən evin 53 saylı mənzilini və digər miras əmlakı qəbul edirlər. Notariat işində olan 18 saylı Notariat Kontorunun böyük dövlət notariusu Fətəliyev M.H tərəfindən X9 ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.2005-ci il tarixli 95 saylı məktubla əlaqədar olaraq bildirilmişdir ki, məktubda ünvan göstərilmədiyinə görə, şifahi xəbərdalığa söz verib, gəlmədiyi üçün, cavabı göndərə bilmirlər. Notariat haqqında qanunun 34-cü maddəsinə əsasən, qanuni vərəsələrdən biri məhkəməyə müraciət edərsə, notariat hərəkətinin aparılması 10 gün müddətinə təxirə salınmalıdır. Digər hallarda notariat əməliyyatının aparılmasının dayandırılmasına yol verilmir. Ona görə əməliyyat apara bilmirlər. Notariat işində olan 18 saylı notariat kontorunun böyük dövlət notariusu Fətəliyev M.H tərəfindən X10 ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubun surətindən görünür ki, sonuncuya vərəsəlik işi ilə əlaqədar 18 saylı notariat kontoruna gəlməyi və “Atalığı müəyyən edilməsi haqqında şəhadətnamə”ni təqdim etmək təklif edilmişdir. Notariat işində 68/2003 nömrəli vərəsəlik işi üzrə, reyestrdə 2V-01-34 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik şəhadətnamə”nin surətindən görünür ki, Bakı şəhərində xx.xx.2005-ci il tarixdə Bakı şəhəri 18 saylı dövlət notariat kontorunun dövlət notariusu Fətəliyev M.H Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, Cəmilova Lütfiyə, X26, X21 xx.xx.2003-cü ildə vəfat etmiş Cəmilov Lemaranın vərəsələridirlər. Miras əmlak Bakı şəhəri, S.Ə.Şirvani küçəsi, ev 12, mənzil 53-də yerləşən, 3 otaqlı, yaşayış sahəsi 38,6 kv.m. olan şəxsi mənzildən ibarətdir. Mülki iş materiallarında olan İddiaçı ünvan 3 ünvanlandığı xx.xx.2018-ci il tarixli ərizənin surətindən və iddiaçı tərəfindən həmin tarixə aid poçt qəbzlərindən görünür ki, İddiaçı mərhum atası Cəmilov Lemarana məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 12 saylı evin, 53 sayli mənzilinə dair iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınması və bu barədə ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-3365/2016 nömrəli Qərərının surətindən görünür ki, X11 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında olan xx.xx.2016-cı il tarixli, 2(103)-432/2016 saylı Bakı Apelyasiya Məhkəməsinin Qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2056/2014 nömrəli mülki iş üzrə xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, xx.xx.2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş (xx.xx.2003-cü il tarixli, 406 nömrəli ölüm akt qeydi) X13 Qalina Lemorenovanın atası olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən şahid X14 ifadə verərək bildirdi ki, o iddiaçının qonşusudur, 1994-cü ildən təqribən 2003-cü ilədək Qalina, atası Lemaran və ögey anası Lütfiyyə Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi 12, mənzil 53 ünvanında bir ailə kimi yaşayırdılar. Lemaran öldükdən sonra, Qalina ilə Lütfiyə həmin evdə birlikdə yaşamağa davam edirdilər. Mərhumun ölümündən sonra təxminən 5-6 il sonra Zera Bakıya gəldi. O gəldikdən sonra Qalina ilə yola getmirdi. Qalinanı evdən qovdular. Zera ilə hər hansı tanışlığı olmayıb. Məhkəmə iclasında şahid qismində çıxış edən şahid X29 ifadə verərək bildirdi ki, o iddiaçının atası ilə 20 il birgə işləmişdir. 2003-cü ildə iddiaçının atası vəfat edib. Qalina anası ilə 10 ilə yaxın idi orada yaşayırdı. Üçüncü şəxs həmin vaxt Maqadanda yaşayırdı. Usta kimi fəaliyyət göstərmişlər. Onlar işlədikləri vaxt Zera Bakıda deyildi, atası rəhmətə gedəndən 5-6 ildən sonra Bakıya gəlmişdir. O, bildirdi ki, mərhum Cəmilov Lemaran vəfat etdikdən sonra Cəmilova Lütfiyə və Zera İddiaçı aid sənədləri özlərində saxlayaraq, Qalinaya qaytarmaqdan imtina edirdilər. Bu səbəblə də Qalina atalığın müəyyən edilməsi ilə bağlı müraciət edə bilmirdi. İddiaçı bununla bağlı ona şikayət edirdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X31 ifadə verərək bildirdi ki, kombinatda işləyən vaxt Qalinanın anası orada xadimə işləyirdi. Rəhbərliyə onun barəsində məlumat vermişdir və onu işə götürmüşdürlər. Lemaranın evini təmir etdirmək üçün onu çağırmışdıqları vaxt orada münasibətləri yaranmışdır. Həmin vaxt çox mehriban ailə kimi yaşayırdılar. Lemaran öldükdən sonra Zera Pastuxova Bakıya gəldi. Uzun müddətdən sonra Zera ilə tanış olmuşdur. Zera uzun müddət Qalinaya problemlər yaşatmışdır. O, bildirdi ki, mərhum Cəmilova Lemaran vəfat etdikdən sonra İddiaçı aid olan sənədlər, doğum haqqında şəhadətnamə Cəmilova Lütfiyada qalmışır. Cəmilova Lütfiyə həmin sənədləri Qalinaya qaytarmamışdır. Bununla bağlı məlumatı İddiaçı almışdır. Məhkəmə iddia tələbini araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin faktiki hallarından görünür ki, Lemaran Cəmilov iddiaçı xx xxxxx 1984-cü il təvəllüdlü İddiaçı atası olmuşdur. Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12, 53 saylı mənzil xx xxxxxx 1997-ci il tarixdə Lemaran Cəmilovun adına ilkin qeydiyyatdan keçmiş, atası xx xxxxxx 1990-cı il tarixdə iddiaçının qəyyumu təyin edilmişdir. xx xxxxx 2003-cü il tarixdə Lemaran Cəmilov vəfat etmişdir. Onun vəfatından sonra xx xxx 2005-ci il tarixdə 18 saylı DNK-nın xx xxxxx 2005-ci il tarixli 2V01-34 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, sözügedən mənzil Lütfiyyə Cəmilovanın, X16, X6 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının cavabdehlər X15 və qeyrilərinə qarşı atalığın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Xətai Rayon Məhkəməsinin xx xxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, xx xxxxx 2003-cü ildə 67 yaşında Bakı şəhəri, Xətai rayonunda ölmüş Lemaran Cəmilovun iddiaçının atası olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-3365/2016 nömrəli Qərərının surətindən görünür ki, X11 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7745/2015 saylı, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə X2 Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 12 saylı evin 53 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Lütfiyyə Cəmilovanın vəfatından sonra 18 saylı NK-nın xx xxxxxx 2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 12, 53 saylı mənzilin bir hissəsi X6 adına qeydiyyatdan keçmişdir və hazırda həmin mənzil 2/3 hissədə X6, 1/3 hissədə X16 mülkiyyətindədir. İddiaçı olan İddiaçı Lemaranovna iş üzrə mübahisələndirilən əmlakın ölmüş mülkiyyətçisinin birinci növbəli vərəsəsidir. İddiaçı Cəmilov Lemaran xx.xx.1984-cu il tarixdən doğulmuş X2 atası hesab edilməsini müəyyən edən akt qeydi xx.xx.2017-ci il tarixində aparılmış, və həmin tarixdə İddiaçı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı mərhum Cəmilov Lemarana məxsus olmuş miras əmlaka dair qanun üzrə vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi ilə Bakı şəhərinin 18 saylı Notariusa xx.xx.2018-ci il tarixdə müraciət etmişdir, yəni yuxarıda qeyd edilmiş “Atalığın müəyyən edilməsi haqqında Şəhadətnamə”nin verildiyi tarixdən 1 il 5 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı X28 uşağı olmaqla onun qanun üzrə 1-ci növbəli vərəsəsi olmuşdur. X28 vəfatından sonra iddiaçının özünün vərəsə kimi tanınması üçün notariat orqanına müraciət etdiyi, miras əmlakına faktiki sahiblik və idarəçilik etdiyi məhkəmədə sübuta yetirilməmişdir. İddiaçı mərhumun onun atası olduğu faktı mərhumun vəfatından sonra məhkəmə qaydasında müəyyən edildiyini dəlil gətirərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxdığını bildirsə də, məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X28 iddiaçının atası olması xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmiş, iddiaçı isə miras əmlakın qəbul edilməsi ilə bağlı notariusa bundan 1 il 5 ay sonra, yəni xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. Bununla da o, mirasın qəbul edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyən edilmiş 6 aylıq müddəti ötürmüşdür. Halbuki, mirasın qəbul edilməsi üçün maneə hesab edilən hal aradan qalxdıqdan sonra iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246.1–ci maddəsində müəyyən edilmiş müddəti ötürülməsi üçün hər hansı bir üzrlü səbəbi olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Lemaranovnanın cavabdeh ünvan 3, X19 və Cəmilova (Pastuxova) Zera Lemaranovnaya qarşı xx.xx.2005-ci il tarixli 2V-01-34 reyestr nömrəli və xx.xx.2018-ci il tarixli 2V-154 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri qismən ləğv edib Bakı şəhəri, Xətai rayonu, X34 küçəsi, ev 12 ünvanda yerləşən 53 saylı mənzilə iddiaçının adına 1/4 hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri 18 saylı Notariat kontorunun üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-491/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-491/2021
19.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver