Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4910/2024 24.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, 19 yanvar 2024-cü il tarixdə cavabdeh qurumun əməkdaşları onun ünvanına gələrək qaz sayğacını dəyişəcəklərini və onun qaz sayğacının istismar müddətini bitirdiyini bildirmişlər. Əməkdaşlar qaz sayğacına baxış keçirib hər hansı bir problemin olmadığını bildirmişlər. Əməkdaşlar G-4 markalı ******* nömrəli qaz sayğacını açıb yerinə yeni GCZ ******* nömrəli qaz sayğacını quraşdırmışlar. İddiaçı 2024cü ilin aprel ayında qaz pulu borcunu cəm şəkildə 252 manatı ödəmişdir. İddiaçı **********03830 nömrəli qaz hesabında 777,25 manat borcun qaldığını görmüşdür. Cavabdeh qurumun əməkdaşlarına yaxınlaşarkən iddiaçıya məlum olmuşdur ki, ona məxsus olan mənzildən açılmış qaz sayğacına guya müdaxilə olmuşdur, halbuki iddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə və kənar təsir olmamışdır. Cavabdehin əməkdaşları iddiaçıya bildirmişlər ki, barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt yazılmış və 777,60 manat cərimə tətbiq edilərək onun qaz hesabına yazılmışdır. İddiaçı bildirmişdir ki, onun qaz sayğacı küçədə olmuşdur, qoruyucu qutusu olmamışdır, odur ki, Qaz İdarəsinin tərtib etdiyi akt əsassızdır. Həmçinin qaz sayğacının laboratoriyaya aparılması ona izah edilməmiş və cavabdeh özlərinin istədiyi formada heç bir hüquqi normativ akta əsaslanmayan cərimə tətbiq etmişdirlər. Qaz sayğacı açılıb ayrıca qutuya qoyulub möhürlənməmiş və qaz sayğacına laboratoriyada baxış zamanı iddiaçının iştirakı təmin edilməmişdir. Akt tərtib edilərkən guya iddiaçı imzalamaqdan imtina etmişdir, halbuki, iddiaçının mənzilinə xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərkən qaz idarəsindən onun ünvanına ümumiyyətlə gəlinməmişdir və aktda hal şahidləri yazılmamışdır, ancaq iddiaçının tanımadığı cavabdehin əməkdaşları qeyd olunmuşdur. Qaz sayğacı iddiaçının həyətində quraşdırılmamış, küçədə quraşdırılmış, qutu ilə təmin edilməmişdir və belə olan halda iddiaçının həmin qaz sayğacını daima nəzarətdə saxlamağı, qaz sayğacını plomblu olduğu halda ona müdaxilə etməyi mümkünsüzdür. İddiaçı hesab edir ki, qaz sayğacı açıq şəraitdə, mühafizəsiz quraşdırıldığı üçün ona istənilən şəxs müdaxilə edə bilər və iddiaçının aylar üzrə istifadə etdiyi qazın miqdarı onun sayğaca müdaxilə etməməyinin, qazdan qeyri-qanuni istifadə etməməyinin birbaşa sübutudur. İddiaçı qeyd edir ki, Qaz İdarəsinin əməkdaşları hər ay iki dəfə sayğaca baxış keçirmişdir, əgər qanunsuz hal var idisə, onu görməli idilər. “X1”nda cavabdehin hüquq və vəzifələrinin tam aydın şəkildə qeyd olunmasına baxmayaraq, onlar bu qaydalara məhəl qoymadan, hüquq və vəzifələrini icra etmədən, heç bir obyektiv araşdırma aparmadan səlahiyyətlərindən istifadə edərək iddiaçıya heç bir əsası olmayan aktlar yazır, heç bir qaydalarla müəyyən olunmayan hesabatlar aparır, fikirlərindən keçən cərimələr hesablayırlar. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,60 manat borcun ona məxsus abonet hesabından (abonent hesabı: **********03830) silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı qızının 2024-cü il üçün borcu 777,60 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii X1nın pozulması haqqında ******* saylı, 28 fevral 2024-cü il tarixli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Kürdəmir rayon, Cəbun məhəlləsi ünvanında yerləşən fərdi yaşayış evinə məxsus sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının dövlət yoxlanılmasına əsasən “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkarlandı” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 29 fevral 2024-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Kürdəmir rayon, Cəbun məhəlləsi ünvanında yerləşən qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük işrejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 6x12 x 90=6480 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, təbii X1nın pozulması haqqında ******* saylı, 28 fevral 2024-cü il tarixli aktda “sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqlıqlarında fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkarlandı” kimi qüsurlar qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 777,60 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********03830 olan) məxsus evdə qaz sərfinə görə hesablanmış 777,60 manat borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Kürdəmir rayonu, Cənub məhəlləsi ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı qaz sərfinə görə istehlakçı İddiaçı (abonent kodu: **********03830 olan) hesablanmış 777,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4910/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4910/2024
24.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver