Məhkəmə qərarları › İş №2(011)-4925/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4925/2025

15.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4925/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı Cavabdeh2, Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (52 saylı notariat ofisini, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini və Bakı Şəhəri Xətai rayon İcra şöbəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi) müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-77/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 Cavabdeh2 qarşı "ümumi birgə əmlakın bölgüsü iddia tələbi üzrə ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzilin ilkin satış qiyməti 191000 manat müəyyən edilməklə açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin hissəsi Cavabdeh1, 1/2 hissəsi Cavabdeh2 ödənilməsi qət edilmişdir. Açıq auksion formasında elektron keçirilmiş hərracın nəticələrinə dair 21 aprel 2025-ci il tarixli, **********44086272 nömrəli protokola əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-77/2024 saylı, xx.xx.2024 tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 361 nömrəli mənzil icra məmurunun sifarişi əsasında elektron hərracda satılması əsası ilə hərraca çıxarılmış və nəticədə hərracın qalibi elan olunmuşdur. Lakin, 17 may 2025-ci il tarixdə 52 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 4 Cavabdeh2 və Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmışdır.

İddiaçının tələbi:

2. Cavabdeh2 və Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942A məhəllə, ev 36, 361 nömrəli mənzilə dair 17 may 2025-ci il tarixdə 52 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

3. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, 17 may 2025-ci il tarixdə 52 saylı Notariat Ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xudu Məmmədov küçəsi 2942A məhəllə, ev36, mənzil 361 X3 və Cavabdeh1 tərəfindən Cavabdeh3 hər birinə 106500(bir yüz altı min beş yüz) manat olmaqla ümumilikdə cəmi:-213000 (iki yüz on üç min) manata satılmış və tərəflər mənzilin real satış qiymətindən razı qalmışlar və 17 may 2025-ci il tarixli saat 12:36-da və saat 12:53-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsindən **********LX70201 saylı 2(iki) ədəd Arayışlardan məlum olmuşdur ki, həmin mənzilə alınmış Yüklülük haqqında **********6DL70201 və məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Göründüyü kimi Bakı şəhəri, Xudu Məmmədov küçəsi 2942A məhəllə, ev36, mənzil 361 X3 və Cavabdeh1 məxsus olmaqla onların xüsusi mülkiyyətindədir və onlar öz mülkiyyətlərini 149337(bir yüz qırx doqquz min üç yüz otuz yeddi)manata deyil, hər birinə 106500(bir yüz altı min beş yüz)manat olmaqla ümumilikdə cəmi:-213000 (iki yüz on üç min) manata satılması daha uyğundur və bu onların hüququdur.Lakin göründüyü kimi hərracda ilkin satış qiyməti 191000 (bir yüz doxsan bir min)manat müəyyən edilmiş və nəticədə uyğun və real olmayan qiymətə, yəni 149337 (bir yüz qırx doqquz min üç yüz otuz yeddi) manata satılmışdır ki, bu da Cavabdeh2 və Cavabdeh1 ciddi maddi ziyan vurmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alıb İddiaçı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh1 iddia tələbinə etiraz ünvanlayaraq qeyd etmişdir ki, paylı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, məhəllə 2942A, ev 36, 361 saylı mənzilin alqı-satqı yolu ilə 52 saylı Notariat ofisində vətəndaş Cavabdeh3 satılması ilə bağlı 17 may 2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında Bakı şəhər Xətai rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli iddia ərizəsi təqdim etmişdir. İddiasına sübut kimi 15 may 2025-ci il tarixində təsdiq edilmiş hərracın nəticələrinə dair protokolu məhkəməyə təqdim etmişdir. Məhkəmənin nəzərrinə çatdırmışdır ki, iddia ərizəsinə əlavə olunan 21 aprel 2025-ci il tarixli **********44086272 saylı protokol Hərrac Qanunun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 oktyabr 2024-cü il tarixli 1 №-li Kollegiya Qərarı ilə təsdiq edilmiş "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"-na (maddə 4.10-dən maddə 4.16-dək) zidd olaraq təsdiq edildiyi və hərrac bu Qaydaların tələbləri pozulmaqla həyata keçirildiyi üçün hərracın nəticələri ləğv olunmalı və 21 aprel 2025-ci il tarixli protokol etibarsız hesab olunmalıdır. Belə ki, "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"-nin 4.10-cu maddəsinə əssasən Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, icra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. "Qaydalar"ın 4.11-ci maddəsinə əsasən Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. "Qaydalar" in 4.12-ci madəsinə əsasən Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir. "Qaydalar"ın 4.13-cü maddəsinə əsasən Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri müəyyən edilən müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya həmin şəxsin hərracın qalibi statusunu itirməsi və növbəti yuxarı qiymət təklif etmiş şəxsin hərracın qalibi olması barədə dərhal bildiriş göndərilir. "Qaydalar"ın 4.14-cü maddəsinə əsasən Hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı bu Qaydada hərracın predmeti olan əmlakın hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər. "Qaydalar"ın 4.15-ci maddəsinə əsasən İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 5 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə bildiriş ardıcıllıqla növbəti yuxarı qiymət təklif etmiş şəxslərə, habelə sifarişçiyə, tələbkara və borcluya göndərilir və eyni qayda tətbiq olunur. "Qaydalar"ın 4.16-cı maddəsinə əsasən Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda hərracın nəticələri avtomatik olaraq ləğv olunur və bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. Qaydalardan göründüyü kimi, hərracın baş tutması tarixi olan 17 fevral 2025-ci il tarixindən sonra icra edilməli olan prosedurlar aşağıdakı müddətlər ərzində aparılmalı idi:

1. İlk protokolun təsdiq tarixi - 17 fevral 2025-ci il; 2. Hərracın ilk qalibinin əmlakın satış qiymətini sifarişçinin sifarişdə 24 fevral 2025-ci il göstərilən hesabına son köçürmə tarixi tarixinədək; 3. Qaydaların 4.13-cü maddəsinə əsasən hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya həmin şəxsin hərracın qalibi statusunu itirməsi və növbəti yuxarı qiymət təklif etmiş şəxsin hərracın qalibi olması barədə dərhal bildirişin göndərilmə tarixi - 24 fevral 2025- ci il; 4. Qaydaların 4.14-cü maddəsinə əsasən hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçının özünün təklif etdiyi qiymətə hərrac predmeti olan əmlakı almağa razılığını bildirmə son tarixi - 27 fevral 2025-ci il tarixinədək; 5. Qaydaların 4.15-ci maddəsinə əsasən Hərraçın ikinci qalibinin əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına tam ödəməklə son köçürmə tarixi - 06 mart 2025-ci il tarixinədək; 6. Qaydaların 4.16-ci maddəsinə əsasən ikinci qalib tərəfindən də hərracın satış qiyməti tam ödənilmədiyi təqdirdə hərracın nəticələri avtomatik olaraq ləğv olunur və bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. Qaydalarda bu prosedual addımlar və hərəkətlər bəlli tarixlər və müddətlər üzrə ardıcıllıqla qeyd olunmuşdur. Lakin Hərracı təşkil edən tərəflər bu qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşlar və əsassz olaraq 3 ay sonra, yəni 15 may 2025-ci il tarixində hərracın nəticələrinə dair Protokol imzalamışlar. Cavabdeh1 yuxarıda qeyd edilənlərə əsasən İddiaçı ərizədə qeyd olunan mənzilə dair notarial formada bağlanmış Əqdin etibarsızlığı ilə bağlı məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli iddia ərizəsini rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iddiaya münasibəti:

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 52 saylı notariat ofisi iddia tələbinə etiraz ünvanlayaraq aşağıdakıları bildirmişdir: Cavabdeh1 Casayıl oğlu, Cavabdeh2 və Cavabdeh3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 52 saylı notariat ofisinə müraciət edərək paylı mülkiyyət üzrə olan ünvan 4 Yeni qaydalarla: AZ 1129. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, giriş 2, M13, m 6-ə dair alqı-satqı müqavilələri bağlamaq istədiklərini bildirmişlər. Tərəfindən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci, 9-cu və 46-cı maddələrinin və Azərbaycan Respublikasında "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat"ın tələbləri rəhbər tutularaq alqı-satqı müqavilələri rəsmiləşdirilən zaman həmin mənzil üzərində məhdudiyyət və yüklülüyün, mənzildə hər hansı bir şəxsin qeydiyyatda olub olmaması, ailə vəziyyətləri, tərəflərin şəxsiyyətləri, fəaliyyəti qabiliyyətləri yoxlanılmış və əqdin bağlanması nəticəsində yaranan hüquq və vəzifələr barədə məlumat verildikdən sonra iradələrinə uyğun əqdin lahiyəsi hazırlanmış və yuxarıda qeyd edilən mənzilin alqı-satqısı üçün Cavabdeh1 Casayıl oğluna 106500 (bir yüz altı min beş yüz) manat və Cavabdeh2 106500 (bir yüz altı min beş yüz) manat məbləğ notariusun depozit hesabına alıcı tərəfindən mədaxil edilmişdir. Əqd ucadan oxunmaqla mənası, əhəmiyyəti, tərəflərin hüquq və vəzifələri onlara izah olunmuş, tərəflərə əqdin bağlanması nəticələri barədə xəbərdarlıq edilmişdir. Tərəflər müqavilədə göstərilənlərlə razı olmalarını öz imzaları ilə təsdiq etmişlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 568, 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilərək müqavilə təsdiq edilmiş və xx.xx.2025-cü il tarixli, 40-867 və 40-868 nömrəli reyestrlərlə qeydə alınmışdır. Bundan başqa bildirmişdir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron notariat" informasiya sistemi vasitəsi ilə əmlak üzərində məhdudiyyət və yüklülük real vaxt rejimində yoxlanılmış və məhdudiyyət və yüklülük aşkar edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsinə etiraz edərək hesab edirik ki, müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yoxdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 52 saylı notariat ofisi İddiaçı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamənin qəbul olunmasını və eyni zamanda mülki işə iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirakları olmadan baxılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslərin izahatları:

6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında tərəflər arasında razılıq olmadığından hərrac vasitəsi ilə mənzilin bölgüsü ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciət edildiyini, mənzilin dəyərinin 191000 manat müəyyən edildiyini, mənzilin hərrac vasitəsi ilə satılması və əldə edilən pul vəsaitinin tərəflər arasında bölünməsinin qərara alındığını, hərrac qaydalarına əsasən ipoteka predmeti olmayan hərrac predmetinin ilkin satış qiymətinin ilk öncə 70%, sonra 60%, daha sonra 50% miqdarında satılmalı olduğunu bildirmişdir. O ilkin hərrac kimi 191000 manatın 70% miqdarı ilə ilkin hərracın keçirildiyini, hərracın baş tutmadığını, daha sonra məbləğin 60% miqdarında hərraca çıxarıldığı zaman onun və tanımadığı digər şəxsin iştirak etdiyini, hərracın 10 fevral tarixində başladığını, 17 fevral tarixində isə başa çatdığını, tərəflərin heç birinin 10 fevral-17 fevral aralığında bu müddət ərzində qiymətlə razı olmadıqları və hərracın keçirilməsini istəmədikləri ilə bağlı icra şöbəsinə müraciət etmədiklərini, yalnız tərəflərin 20 fevral-21 fevral tarixlərində icra məmuruna işin dayandırılması ilə bağlı müraciət etdiklərini, onun 21 aprel tarixində ehtiyat qalib kimi ödəniş etdiyini, 17 fevralda ehtiyat qalib olduğunu, daha sonra aprel ayında onunla əlaqə saxlanılaraq əsas qalibin pulu ödəyəcəyini bildirdiyini, lakin ödəmədiyini, bu səbəbdən ona müraciət olunduğunu, onun isə 21 aprel tarixində qəbzləri təqdim etdiyini, yekun protokolu ən sonuncu dəfə 16 may tarixində onun imzaladığını, 4 qurum tərəfindən imzalandığını, ilk dəfə 30 aprel tarixində imzalandığını, icra qrumunun 14-15 may tarixlərində imzaladığını, 16 mayda ən son onun imzaladığını və evin təhvil verilməsi ilə bağlı icra məmuruna müraciət etdiyini, icra məmurunun 6-cı gün olduğu üçün bazar ertəsi gəlməsini təklif etdiyini, daha sonra onun icra məmuruna müraciət etdiyi gündən sonra növbəti gün alğı-satqı olduğunun məlum olduğunu, icra məmuruna yazılı müraciət etmədiyini, zəng etdiyini, o hərracın 17 fevralda yekunlaşdığını, ondan 4-5 gün sonra icraatın dayandırıldığını, “İcra haqqında” qanunun 19-cu maddəsinə əsasən əgər icraat dayandırılırsa elektron hərracda satılma ilə bağlı sifarişin ləğv olunduğunu, lakin hərracın olub bitdiyini, dayandırma qərarının əsaslı olmadığını, sifarişin ləğv olunması ilə bağlı müraciətin də olmadığını, o elektron imza ilə imzaladıqdan bir gün sonra tərəflərin imzaladığını, alğı-satqı müqaviləsi bağladıqlarını, hərrac protokolunu 16 may tarixində imzaladığını bildirmişdir. İddiaçı ünvanlanmış suallara cavab olaraq ehtiyat qalib olduğunu, uduzduğunu düşündüyünü, 2 ay sonra hərrac təşkilatından əməkdaşın onunla əlaqə saxladığını, ehtiyat qalib olması ilə bağlı məlumatın həmin an sistemdə göstərildiyini, ilkin qalibin hər hansı bir hərəkəti etmədiyini sistemdə görülmədiyini, 18 apreldə onunla əlaqə saxlanıldığını, həmin zaman icra şöbəsinin qərarından xəbərdar olmadığını, icra məmurunun qərarının qanunsuz olmasını mübahisələndirmədiyini, 21 apreldə qəbzi təqdim etdiyini və 21 apreldə hərracın yekun nəticələrinə dair protokolun tərtib edildiyini, dayandırma ilə bağlı heç bir məlumatının olmadığını, hərrac təşkilatının özünün ona müraciət etdiyini, 30 aprel tarixindən imzalanma prosesinin başlandığını, sonuncu onun 16 may tarixində imzaladığını, ən son onun imzalaya bildiyini, 15 may tarixində elektron kabinetdən daxil olub imzaladığını, daha sonra da 16-17-18-si “ASAN Xidmət” Mərkəzinə yaxınlaşdığını, ümumiyyətlə tarixin yadında olmadığını, yekun protokolun onun olduğunu istədiyi təqdirdə 1 ay sonra da yaxınlaşa biləcəyini, “ASAN Xidmət” Mərkəzinə çıxarışın alınması ilə bağlı hərracın yekun nəticələrinə dair protokolla yaxınlaşdığını, sistemə daxil olduqları zaman bir gün öncə yeni çıxarışın alınması ilə bağlı müraciət olunduğunu bildirildiyini, digərinin alğı-satqı müqaviləsi olduğunu, lakin onun da sənədinin qəbul edilməli olduğunun bildirildiyini, şənbə və ya bazar günü olduğu üçün bazar ertəsi yaxınlaşmağını qeyd etdiklərini, lakin nəticə əldə etməyəcəyini düşündüyü üçün məhkəməyə müraciət etdiyini, ayın Cavabdeh3 zəng edərək evin ona məxsus olduğunu qeyd etmişdir. O sədrlik edənin sualına cavab olaraq 149000 manatı Ədliyyə Naziryinin hesabına köçürdüyünü, ödədiyi pulun hazırda icra şöbəsinin depozitində olduğunu, evi şəkildə gördüyünü bildirmişdir. Yüklülüyünün olmamasının icra məmurunun səhlənkarlığından irəli gəldiyini, bunun günahkarının onun olmadığını, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə mənzilin hərracda satılmasının qərara aldığını, alğı-satqı ilə əmlakın satışının həyata keçirilə bilməyəcəyini, Xətai Rayon Məhkəməsinin qərarı ilə mənzilin satışının hansı formada həyata keçiriləcəyinin qərara alındığını, onun alqı-satqı müqaviləsi ilə bağlı hərəkətlətinin daha öncə başladığını bildirmişdir.

7. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək mülkiyyətin olan mənzilə dair xx.xx.2025-ci il tarixdə keçirilmiş hərracın müvafiq qanunvericiliyin tələbinə və harracların keçirilməsi ilə bağlı prosedur qaydalara zidd olaraq keçirildiyi, müddətlərə riayət olunmadan yekunlaşmadığı üçün nəticələrinin ləğv olunmasını, xx.xx.2025-ci il tarixli hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. O suala cavab olaraq xx.xx.1025-ci il tarixli bildirişə narazılığını bildirdiyini, Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 191000 manat pul vəsaiti ilə razı olduğunu bildirmişdir. O sədrlik edənin sualına cavab olaraq onların hesabına 149000 manat pul vəsaitinin köçürülmədiyini, lakin 213000 manat pul vəsaitinin alqı-satqı olan günü onların hesabına köçürüldüyünü qeyd etmişdir.

8. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında yazılı təqdim etdiklərini etirazda bütün halları ətraflı qeyd etdiklərini bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda hərracın qalibinin sonuncu ödənişinin köçürülmə vaxtının 06 mart tarixi olduğunu qeyd etmişdir. Tərəflərin icra şöbəsinə ərizə ilə müraciət edərək 3 ay müddətində icraatın dayandırılmasını xahiş etdiklərini, iddiaçının prosedurları icraatın dayandırılması dövründə həyata keçirdiyini, iddia tələbinin təmin edilməsi üçün hər hansı əsas olmadığını, hərracın keçirilməsi qaydalarının tamamilə pozulduğunu bildirmişdir.

9. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. O sədrlik edənin sualına cavab olaraq onların hesabına 149000 manat pul vəsaitinin onların hesanına köçürülmədiyini, mənzilin hazırda onun sahibliyində və istifadəsində olduğunu qeyd etmişdir. O birinci qalib olan şəxsin evə baxmaq istədiyini bildirdiyini, alış məbləğini qeyd etdiyini, onun isə həmin məbləğlə razılaşmadığını birinci qalibə bildirdiyini qeyd etdiyini, o birinci qalibin 6700 manat pulunun batdığını, ilkin qalibin istədiyi təqdirdə mənzili ala biləcəyini qeyd etdiyini, daha sonra isə əlaqə saxlayan zaman ilkin qalibin iddiaçının hərracda iştirak etmədiyini, iddiaçının həmin mənzili almasından xəbərdar olmadığını qeyd etmişdir. Hərracın keçirilməsindən ilkin qalib evə baxmağa gəldiyi zaman məlumat almış, daha sonra icra işinin dayandırılması ilə bağlı hərəkət etdiklərini bildirmişdir.

10. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək alqı-satqı müqaviləsinin qanuni olduğunu bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mənzilin dövlətə deyil vətəndaşa məxsus olduğunu, vətəndaşın yüksək məbləğə satmaq hüququnun olduğunu, 191000 manat ilə tərəflər razı olsa da ondan aşağı məbləğə satılmasına tərəflərin razılığının olmadığını bildirmişdir.

11. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən şahid X8 öz ifadəsində Cavabdeh3 onun dostu olduğunu, evin satışı ilə bağlı elanı gördüklərini, onun Cavabdeh2 telefonla zəng etdiyini, Cavabdeh2 hazırda evi satdıqlarını bildirdiyini, bu səbəbdən mübahisə predmeti olan mənzilə getdiklərini, razılaşdıqlarını, daha sonra alğı-satqıya getdiklərini, bütün proseslərdə iştirak etdiyini, 106500 manatın Fidan xanıma, 106500 manatın isə Cavabdeh1 düşdüyünü, notariusun onlara bir çıxarış əldə edilməsi üçün bir sənəd verdiyini, həmin sənədi “ASAN Xidmət”ə verməli olduqlarını bildirdiyini, “ASAN Xidmət”də onlara 15 gün sonra gəlib çıxarışı götürə biləcəkləri bildirildiyini, lakin 2 gün sonra Cavabdeh3 ona zəng edərək ona zəng gəldiyini, mənzilin hərracda udulduğu bildirildiyini qeyd etmişdir. Cavabdeh3 anlayışı olmadığı üçün hər şeyi onun həll etdiyini, onun cavabdehlik daşımadığını, lakin ev işi ilə məşğul olduğu üçün bu işlə onun məşğul olduğunu, forma 1 çıxdığını, yüklü olacağı təqdirdə forma 1-in çıxmayacağını, evi internetdə gördüyünü, ayın 15-i və ya 16-sı olduğunu, həmin gün beh qoyduqlarını, növbəti gün isə gedib alğ-satqı etdiklərini, 17 mayda alğı-satqı etdiklərini bildirmişdir.

12. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Bakı Şəhəri Xətai rayon İcra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

13. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 52 saylı Notariat Ofisi iddia ərizəsinə etiraz ünvanlayaraq mülki işə iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

14. xx.xx.2025-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942A məhəllə, ev 36, 361 saylı mənzil İddiaçı Nəsir oğluna 149337 (yüz qırx doqquz min üç yüz otuz yeddi) manata satılmışdır.

15. xx.xx.2025-ci il tarixli, AN-İ №1383191 saylı “Daşınmaz əmlakın alqı satqı muqaviləsi” nə əsasən Cavabdeh1 ünvan 4 Yeni qaydalarla: AZ 1129. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, giriş 2, M13, m 6 ünvanında yerləşən ümumi sahəsi 94.3 kv/m olan mənzilin 1/2 hissəsini 106500 manat 00 qəpiyə Cavabdeh3 satmışdır.

16. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 4 (Yeni qaydalarla: AZ 1129. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022 ci il tarixində 1/2 hissəsi Cavabdeh2, xx.xx.2024 cü il tarixində 1/2 hissəsi Cavabdeh1 adına qeydə alınmışdır.

17. “Elektron notariat” X1 xx.xx.2025 tarixli çıxarışa əsasən X6 bildirmişdir ki , qeydiyyatda olduğu Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi və yaşayış yerı üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürür.

18. X5 tərəfindən Bakı Şəhəri 6 Saylı “ASAN Xidmət’ Mərkəzində Notariat Ofisində verilmiş, xx.xx.2025-ci il tarixli, 8İ-18779 saylı notarial ərizəyə əsasən X5 birgə nikah dövründə əldə olunmuş, ünvan 4 (Yeni qaydalarla: AZ 1129, ünvan 5 ünvanında yerləşən mənzilin paylı mülkiyyət hüququ üzrə əri Cavabdeh1 məxsus olan 1/2 hissəsinin satılmasına etiraz etməmiş, razı olduğunu bildirmişdir.Eyni zamanda bəyan etmişdir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır.

19. Cavabdeh2 Bakı Şəhəri 52 Saylı Notariat Ofisində verilmiş, xx.xx.2025-ci il tarixli, 8İ-4849 saylı notarial ərizəyə əsasən Cavabdeh2 paylı mülkiyyət hüququ əsasında ünvan 4 (Yeni qaydalarla AZ 1129, ünvan 5 mülkiyyətçilərindən biri olan keçmiş əri Cavabdeh1 Casayıl oğluna məxsus 1/2 hissəsini 106500 (bir yüz altı min beş yüz) manata satır. Qanunvericiliyə görə o, həmin hissəni almaqda üstünlük hüququna malikdir, ona təklif olunan hissəni almaq niyyətində deyildir. Həmçinin, digər şəxsə satılmasına və daşınmaz əmlakın alqı-satqı müqaviləsində gösdərilən müddətdə qeydiyyatdan çıxmağa heç bir etirazı yoxdur. Razıdır.

20. xx.xx.2025-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqısı Müqaviləsi” nə əsasən Cavabdeh2 ünvan 4 (Yeni qaydalarla: AZ 1129. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evininin 1/2 hissəsini 106500 manat 00 qəpiyə Cavabdeh3 satmışdır.

21. xx.xx.2025-ci il tarixli, № 2/25 saylı “X4 dair” Bildiriş.

22. xx.xx.2025-ci il tarixli, 8İ-916 saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh1 Bakı Şəhəri Xətai Rayonu Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2(011)-77/2024 sayı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən hərrac satışına çıxarılmış ünvan 6 ünvanında yerləşən 31 saylı mənzilin özü tərəfindən satılacağını nəzərə alaraq harrac yolu ilə satışına dair icra işinin və icra hərəkətlərinin 3 ay müddətində dayandırılmasını xahiş etmişdir.

23. xx.xx.2025-ci il tarixli, 8İ-917 saylı notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən Cavabdeh2 Bakı Şəhəri Xətai Rayonu Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2(011)-77/2024 sayı icra vərəqəsinə əsasən "xxxx" MMC tərəfindən hərrac satışına çıxarılmış ünvan 6 ünvanında yerləşən 31 saylı mənzilin özü tərəfindən satılacağını nəzərə alaraq harrac yolu ilə satışına dair icra işinin və icra hərəkətlərinin 3 ay müddətində dayandırılmasını xahiş etmişdir.

24. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcra sənədi üzrə icraatın dayandırılması barədə” qərarı.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin məlumatın və sənədlərin surətinin verilməsi barədə məktuba əsasən, milli qeydiyyat sistemində sözügedən mənzilin 1/2 hissəsi Cavabdeh2 və 1/2 hissəsi Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri 52 saylı DNK-nın 4Ə-867 və 4Ə-868 reyestr nömrəli xx.xx.2025-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən həmin mənzil Cavabdeh3 satılmışdır, lakin müqavilələrin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.

26. Qəbzlər və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.

Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (MM): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 415.8. İcra sənədinə əsasən elektron hərracın keçirilməsi qaydaları “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.430.1. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir.

29. İcra haqqında Azərbaycan Respublikasinin Qanunu: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 19.2-1. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması barədə tələbkarın xahişi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi hallarda, tələbkar 6 ay müddətində icra sənədi üzrə icraatın təzələnməsi barədə müraciət edə bilməz. 23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. 62.1. Elektron hərrac avtomatlaşdırılmış qaydada açıq auksion formasında keçirilir. 62.2. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar istisna olmaqla, sifariş formalaşdırıldığı gündən 30 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 10 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.3. Bu Qanunun 50.6-cı maddəsinin ikinci abzasında göstərilən məhsullar elektron hərraca çıxarıldıqda, sifariş formalaşdırıldığı gündən 5 təqvim günündən gec olmayaraq ilk elektron hərrac, ilk elektron hərrac baş tutmadığı, yaxud onun nəticələri ləğv olunduğu gündən 3 təqvim günündən tez və 5 təqvim günündən gec olmayaraq təkrar elektron hərrac keçirilir. 62.4. Elektron hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər (o cümlədən tələbkar və borclu) və hüquqi şəxslər iştirak edə bilərlər. 62.5. Elektron hərracda iştirak etmək istəyən şəxslər iştirak haqqını və beh məbləğini ödəməli və ya beh məbləğində bank qarantiyasını təqdim etməlidirlər. 62.6. Elektron hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 faizi (lakin 30.000 manatdan çox olmamaqla), daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 faizi (lakin 5000 manatdan çox olmamaqla) həcmində müəyyən edilir. 62.7. Elektron hərracın keçirilməsinə 1 iş günü qalanadək iştirakçılara icra məmuru tərəfindən satışa çıxarılan əmlakla tanış olmaq üçün imkan yaradılır. 62.8. İlk elektron hərracın keçirilməsi zamanı satışa çıxarılan əmlakın bazar qiymətinin azı 85 faizini (minimum satış qiyməti), təkrar elektron hərracda isə azı 65 faizini (minimum satış qiyməti) təşkil edən təklif verildikdə elektron hərrac baş tutmuş hesab edilir. 62.9. Elektron hərraca çıxarılan əmlakı almağı yalnız bir iştirakçı təklif etdikdə həmin iştirakçı, iki və ya daha çox iştirakçı təklif etdikdə isə ən yüksək məbləği təklif edən iştirakçı elektron hərracın qalibi hesab edilir. 62.10. Elektron hərrac baş tutmadıqda, şəxsin hərracın iştirakçısı kimi qeydə alınmasından imtina edildikdə, qeydə alınmış iştirakçı elektron hərracda iştirakdan özü imtina etdikdə, habelə hərracda iştirak edən, lakin onu udmayan iştirakçıların beh məbləğləri 5 iş günü müddətində geri qaytarılır. 62.11. Elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. 62.12. Protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir. 62.13. Elektron hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri (vergilər istisna olmaqla) bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və o, elektron hərracın qalibi statusunu itirir. Bu halda növbəti yuxarı qiymət təklif etmiş şəxs (olduğu halda) elektron hərracın qalibi hesab edilir. 62.14. Elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər. 62.15. İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən sonra bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə əmlakın satış qiymətini tam ödəmədikdə sıra ilə növbəti yuxarı qiymət təklif etmiş şəxslərə eyni qayda tətbiq olunur. 62.16. Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini bu Qanunun 62.12-ci maddəsində müəyyən edilmiş müddətdə ödəmədiyi halda elektron hərracın nəticələri avtomatik olaraq ləğv olunur. 62.17. Elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra” informasiya sistemindən X2 Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür və həmin gün elektron hərracın qalibinə bu barədə bildiriş göndərilir. 62.18. aşağıdakı hallarda elektron hərrac baş tutmamış sayılır: 62.18.1. elektron hərracın iştirakçısı olmadıqda; 62.18.2. elektron hərracda iştirak edən şəxs (şəxslər) tərəfindən elektron hərrac bitənədək bu Qanunun 62.8-ci maddəsinə uyğun təklif verilmədikdə; 62.18.3. icra məmuru bu Qanunun 17.1-ci, 20.1-ci və 23.1.1-ci maddələri ilə müəyyən edilən hallarda icra sənədi üzrə icraatı elektron hərracın nəticələrinə dair protokol tərtib edilənədək dayandırdıqda, icraata xitam verilməsi barədə, yaxud icra sənədinin qaytarılması barədə qərar qəbul etdikdə. 62.19. Elektron hərracın keçirilməsi qaydası, elektron hərracda iştirak haqqı və elektron hərracın keçirilməsi ilə bağlı xərclərin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 62.21. Bu Qanunun 17.1.10-cu maddəsinə əsasən icra sənədi üzrə icraatın dayandırılması və ya bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda, bu Qanunun 19.2-1-ci və 23.3-1-ci maddələri nəzərə alınmaqla sifariş ləğv edilir.

30. “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması” Qaydası.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

33. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

34. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı.

Məhkəmənin mövqeyi:

35. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

36. İddiaçı tərəf məhkəmədən Cavabdeh2 və Cavabdeh1 tərəfindən Cavabdeh3 satılmış Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2942A məhəllə, ev 36, 361 nömrəli mənzilə dair 17 may 2025-ci il tarixdə 52 saylı notariat ofisində bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbindən də göründüy kimi hazırki mülki mübahisə əqdin etibarsızlığı ilə bağlıdır.

37. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. (§31)

38. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (§33).

39. İddiaçı tərəf mübahisəli mənzili hərrac vasitəsilə 17 may 2025-ci il tarixli müqavilədən daha əvvəl əldə etməsi səbəbindən etibarsız hesab edilməli olduğunu iddia etmişdir.

40. Hazırki mübahisənin mülki qanunvericiliyin prinsip və tələblərinə uyğun həlli üçün proseslərin tarixi axım ardıcıllığına nəzər yetririlməli, ən mühüm məsələ olan iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun əldə edilməsi prosesinin yekunlaşıbyekunlaşmamasını, yəni əqdin bağlanıb bağlanmamasının müəyyənləşdirilməsidir. İcra haqqında Qanunun 62.11-ci maddəsində qeyd edilir ki, elektron hərrac başa çatdıqdan dərhal sonra onun nəticələri haqqında avtomatik olaraq protokol tərtib edilir. Protokol müqavilə qüvvəsinə malikdir. Qanunda qeyd edilir ki, hərracın ilkin qalibi protokol imzalandığı vaxtdan ən geci 7 iş günü müddətində elektron hərracın qalibi əmlakın satış qiymətini icra xidmətinin depozit hesabına köçürməlidir. İlkin qaliblə müqavilə bağlanmadıqda elektron hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə elektron hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və elektron hərracın predmeti olan əmlakın elektron hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər. Prosedura əməl edilməmə hərracı nəticələri avomotik olaraq ləğv edilir.

41. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair 17 may 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mənzil cavabdehlərin mülkiyyətində olmuş, yəni əqdin subyekt tərkibinə dair şərtlər pozulmamışdır. O cümlədən, məhkəmə ararşdırması zamanı əqdin məzmununa dair şərtlərin ,əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlərin və əqdin formasına dair şərtlərin pozulması halları da aşkarlanmamışdır. Eyni zamanda İcra haqqında Qanunun 62.1.7-ci maddəsinə əsasən elektron hərracın qalibinin daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması məqsədilə elektron hərracın nəticələri barədə protokol “Elektron icra” informasiya sistemindən X2 Sistemi vasitəsilə müvafiq reyestrlərə ötürülür və həmin gün elektron hərracın qalibinə bu barədə bildiriş göndərilir.

42. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, hərrac “İcra haqqında Qanunun” və "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası" nın tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"-nin 4.10-cu maddəsinə əssasən Hərrac başa çatdıqdan dərhal sonra Portal tərəfindən avtomatik olaraq baş tutan hərracın nəticələri haqqında protokol tərtib edilir, icra xidmətinin, təşkilatçının və Portalın operatorunun məsul şəxslərinin və hərracın qalibinin elektron imzası ilə təsdiqlənir. "Qaydalar"ın 4.11-ci maddəsinə əsasən Protokol təsdiq edildikdən sonra bu barədə hərrac iştirakçılarına, habelə tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. "Qaydalar" in 4.12-ci madəsinə əsasən Protokol imzalandığı andan ən geci 5 iş günü müddətində hərracın qalibi əmlakın satış qiymətini sifarişçinin sifarişdə göstərilən hesabına köçürməlidir. "Qaydalar"ın 4.13-cü maddəsinə əsasən Hərracın qalibi əmlakın satış qiymətini və qanunla müəyyən olunmuş ödənişləri müəyyən edilən müddətdə ödəmədikdə və ya protokolu imzalamaqdan imtina etdikdə beh məbləği qaytarılmır və hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya həmin şəxsin hərracın qalibi statusunu itirməsi və növbəti yuxarı qiymət təklif etmiş şəxsin hərracın qalibi olması barədə dərhal bildiriş göndərilir. "Qaydalar"ın 4.14-cü maddəsinə əsasən Hərracda növbəti yuxarı qiymət təklif etmiş iştirakçı 3 təqvim günü müddətində özünün təklif etdiyi qiymətə hərrac predmeti olan əmlakı almağa razılığını bildirə və əmlakı bu Qaydada hərracın predmeti olan əmlakın hərrac qalibi tərəfindən alınması üçün müəyyən edilmiş prosedura uyğun ala bilər. "Qaydalar"ın 4.15-ci maddəsinə əsasən İkinci ən yuxarı qiymət təklif etmiş şəxs əmlakı almaqdan imtina etdikdə, yaxud əmlakı almağa razılığını bildirdikdən 5 iş günü müddətində əmlakın satış qiymətini tam ödəmədikdə bildiriş ardıcıllıqla növbəti yuxarı qiymət təklif etmiş şəxslərə, habelə sifarişçiyə, tələbkara və borcluya göndərilir və eyni qayda tətbiq olunur. "Qaydalar"ın 4.16-cı maddəsinə əsasən Növbəti yuxarı qiyməti təklif etmiş digər iştirakçılar da əmlakı almaqdan imtina etdiyi, yaxud əmlakın satış qiymətini ödəmədiyi halda hərracın nəticələri avtomatik olaraq ləğv olunur və bu barədə hərrac iştirakçılarına, habelə sifarişçiyə, tələbkara və borcluya elektron qaydada bildiriş göndərilir. (§30)

43. İcra haqqında Qanunun 62-ci maddəsində və "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"ndan da göründüyü kimi, hərracın baş tutması tarixi olan 17 fevral 2025-ci il tarixindən sonra icra edilməli olan prosedurlar, addımlar və hərəkətlər bəlli tarixlər və müddətlər üzrə ardıcıllıqla qeyd olunmuşdur. Lakin qanun tələblərinə əməl edilməmiş, mərhələli və vaxtında aparılmalı hərəkətlər edilməmiş və qanun tələbi pozulmaqla, o cümlədən icra işinin dayandırılması ilə bağlı borclu və tələbkarın iradəsi nəzərə alınmadan, hərrac keçirildikdən 3 ay sonra, yəni 15 may 2025-ci il tarixində hərracın nəticələrinə dair Protokol imzalamışdır.

44. Göründüyü kimi 21 aprel 2025-ci il tarixli **********44086272 saylı protokol Hərrac Qanunun və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 24 oktyabr 2024-cü il tarixli 1 №-li Kollegiya Qərarı ilə təsdiq edilmiş "İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası"-na (maddə 4.10-dən maddə 4.16-dək) zidd olaraq təsdiq edildiyi və hərrac bu Qaydaların tələbləri pozulmaqla həyata keçirilmişdir. Lakin məhkəmə araşdırması zamanı digər pozuntularla yanaşı bu məlumatların qanunun tələbinə uyğun şəkildə həyata keçirilmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hərracın keçirilməsi qaydalarını tənzimləyən qanunvericilik normalarının tələbinə əsasən (§29, §30) iddiaçının qalib olduğu hərracın nəticələri cavabdehlər arasında müqavilə bağlananadək artıq avtomotik olaraq ləğv edilmiş hesab edilməli idi. Yəni 17 may 2025-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman iddiaçı (alıcı) ilə satıcı (hərrac təşkilatı) arasında yekunlaşmış, hüquqi qüvvəsini almış hər hansı mülkiyyət hüququnu müəyyən edən sənəd mövcud olmamışdır.

45. Eyni zamanda, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdehlər Cavabdeh2 və İddiaçı hərracın keçirilməsindən məlumatlı olmamış, məlumat aldıqları zaman icra işinin dayandırılması ilə bağlı iradə ifadələrini yazılı şəkildə bildirmişlər. İcra haqqında qanuna əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Qanunun tələbinə əsasən bu zaman icra sənədi üzrə icraatın dayandırılması barədə tələbkarın müvafiq xahişi (ərizəsi) təqdim olunduğu vaxt borclunun tələb yönəldilmiş əmlakının hərracda satılması üçün sifariş formalaşdırıldığı halda sifariş ləğv edilir. (§29) Yəni iddiaçı ilə hərrac protokolu tərtib edilən zaman artıq onların bu özgəninkləşdirmə ilə bağlı iradələri mövcud olmamış, onlar bu məsələni lazimi qaydada ifadə etmişdirlər. Lakin qrumlar arasında məlumat inteqrasiyasının zəifliyi və ya məhkəməyə məlum olmayan səbəblərdən bu önəmli məsələ barədə proses iştirakçılarına, o cümlədən iddiaçıya məlum verilməmişdir.

46. Məhkəmə qeyd edir ki, müqavilənin etibarsızlığı ilə bağlı mülki işlərə baxılarkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir . (§31)

47. Məhkəmə qeyd edilənlərə, işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Məhkəmə xərcləri:

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar