Məhkəmə qərarları › İş №2(011)-4927/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4927/2025

25.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4927/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə cərimə kimi yazılmış 17212,60 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək, 2016-cı ilin mart ayında akt tərtib edərək ona 172,80 manat məbləğində əsassız borc yazmışlar. Bundan sonra 2017-ci ilin may və noyabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 287,4 manat borc yazmışlar. Bundan sonra 2018-ci ilin fevral ayında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona 746,6 manat borc yazmışlar. Bundan sonra 2020-ci ilin fevral və mart aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 1051,2 manat borc yazmışlar. Bundan sonra 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ona ümumilikdə 3724 manat borc yazmışlar. Bundan başqa 2022-ci ilin iyun və dekabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 5832 manat borc yazmışlar. Daha sonra 2023-cü ilin yanvar, fevral, mart, iyun, iyul, sentyabr, noyabr və dekabr aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 3360,96 manat borc yazmışlar. Bundan sonra 2024-cü ilin yanvar və mart aylarında guya onun qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar edərək ümumilikdə 1036,8 manat borc yazmışlar. Həmin aktlar hər biri iddiaçının iştirakı olmadan tərtib edilmişdir, ona məxsus ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə yol verilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 0350356, 0354705, 0374036, 0372001, 0380348, 0393478, 0406581, 0412001, ******* və ******* saylı aktlardan görünür ki, Cavabdeh İB tərəfindən X2nın pozulması barədə aktlar tərtib edilmiş, aktlarda sayğacsız qeyri-qanuni təbii qazdan istifadə olması barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 24192 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 24408 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2736 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6120 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2736 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 1512 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3024 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 5184 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2520 m3 olması müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 6120 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, iddiaçıya 2016-cı ilin sentyabr ayında 172,80 manat, 2017-ci ilin may və noyabr aylarında ümumilikdə 1353 manat, 2018-ci ilin fevral ayında 746,6 manat, 2020-ci ilin fevral və mart aylarında 1051,2 manat, 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarında ümumilikdə 3024 manat, 2022-ci ilin iyul və dekabr aylarında ümumilikdə 5832 manat, 2023-cü ilin yanvar, fevral, mart, iyun, iyul, sentyabr, noyabr və dekabr aylarında 4821,12 manat, 2024-cü ilin yanvar və aprel aylarında ümumilikdə, 1036,8 manat, cəmi 16971,92 məbləğində akt borcu hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1006 saylı, 15 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: “X2”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin iddiaçı iddia ərizəsində aktların cavabdehin nümayəndələri tərəfindən tərtib olunduğunu, onun tərəfindən sayğacdan kənar istifadə halı olmadığını qeyd etmişdir. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Lakin iddiaçı aktların tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakının hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. “X2”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/1006 saylı, 15 oktyabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, abonent saldosuna əsasən iddiaçıya hesablanmış 16971,92 manat məbləğində akt borcu silinməlidir. Belə ki, iddia ərizəsində iddiaçı məhz 2016-cı ilin sentyabr ayından 2024-cü ilin aprel ayınadək hesablanmış akt borcunun silinməsini xahiş etmişdir ki, həmin tarixlərdə iddiaçıya 16971,92 manat akt borcu hesablanmışdır. İş materiallarında iddiaçının adına tərtib edilmiş 0350356, 0354705, 0374036, 0372001, 0380348, 0393478, 0406581, 0412001, ******* və ******* saylı aktlar aşkar edilmişdir. Borcun hesablandığı digər aktlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Abonentə hesablanmış akt borclarının mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda iddiaçıya 16971,92 manat məbləğində akt borcunun hesablanmasına olmasına baxmayaraq, həmin məbləği əhatə edən bütün aktlar məhkəməyə təqdim edilməmiş, eləcə də mövcud aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Odur ki, məhkəmə ekspert rəyi ilə qaz sayğacından kənar xəttin mövcudluğunun sübut olunmadığını da nəzərə alaraq, hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 16971,92 manat məbləğində akt borcunun iddiaçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, silinməsi tələb edilən 17212,6 manat borcdan 240,68 manat borc (17212,6 – 16971,92 = 240,68) sərfiyyat borcu olmaqla, təbii qazdan istifadəyə görə hesablanmışdır və sərfiyyat borcunun silinməsinə əsas ola biləcək sübutlar iş materiallarında aşkarlanmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 16971,92 manat məbləğində akt borcu hissəsində təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00240) hesablanmış 16971,92 manat məbləğində borc silinsin. 140,91 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 65 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar