Məhkəmə qərarları › İş №2(011)-493/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-493/2025

27.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-493/2025 27.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.1966-cı il təvəllüdlü qardaşı X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçinin izahatı ilə və iş materialları əsasında müəyyən olunmuşdur ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələb edilən şəxs X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələb edilən şəxs xx.xx.2024-cü il tarixdə öldüyündən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verir. Həmçinin, məhkəmə hesab edir ki, ərizə üzrə icraata xitam verildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ərizəsinə dair müki iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixdə Bakı şəhər Xətai rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar