Məhkəmə qərarları › İş №2(011)-4933/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4933/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4933/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 01 may 2021-ci il tarixinədək hesablanmış 1.265,46 manat məbləğində kommunal xidmətlərə görə yaranmış borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 70, giriş 2, 94 saylı mənzilin alğı-satqısına dair Cavabdeh ilə binanın inşasını həyata keçirmiş "xxxx" MTK arasında 01 noyabr 2004-cü il tarixdə müqavilə imzalanmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 25 noyabr 2017-ci il tarixli 094/70 saylı müqaviləyə, həmin müqaviləyə bağlanmış əlavəyə görə İddiaçı MMC cavabdehə kommunal xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən cavabdehə məxsus mənzilə kommunal xidmətlər göstərilmişdir. Lakin bəzi sakinlərin, o cümlədən cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. 25 noyabr 2017-ci il tarixdən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da, bunun müsbət nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 70, giriş 2, 94 saylı mənzilin alğı-satqısına dair Cavabdeh ilə binanın inşasını həyata keçirmiş "xxxx" MTK arasında 01 noyabr 2004-cü il tarixdə müqavilə imzalanmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 25 noyabr 2017-ci il tarixli 094/70 saylı müqaviləyə, həmin müqaviləyə bağlanmış əlavəyə görə İddiaçı MMC cavabdehə kommunal xidmətlər göstərməyi, cavabdeh isə bunun müqabilində ödənişlər həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə bağlanan tarixdən etibarən İddiaçı MMC tərəfindən yüksək keyfiyyət və peşəkarlıqla bütün sakinlərə, o cümlədən cavabdehə məxsus mənzilə kommunal xidmətlər göstərilmişdir. Lakin cavabdehin MMC-yə qalıq borcu yaranmışdır. 25 noyabr 2017-ci il tarixdən etibarən yığılmış borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb olunsa da, bunun müsbət nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında xidmət göstərilməsi münasibətləri mövcud olmuşdur. Qeyd edilən müqaviləyə əsasən iddiaçı cavabdehə kommunal xidmətlər göstərməli, cavabdeh isə xidmətin dəyərini ödəməli olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış kommunal xidmət müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan xidmət almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin xidmətin dəyərinin iddiaçıya ödənilməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında xidmət göstərilməsinə dair hüququndan istifadə etmiş, lakin həmin xidmətlərin dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 2017-ci ilin dekabr ayı üçün 0.20 qəpik hesablanmaqla 29.55 manat, 2018-ci ilin yanvar-iyul ayları üçün 0.20 qəpik, 2018-ci ilin avqust ayından 2021-ci ilin may ayınadək 0.30 qəpik hesablanmaqla 01 may 2021-ci il tarixinədək hesablanmış 1.265,46 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehdən 2017-ci ilin dekabr ayı üçün 0.20 qəpik hesablanmaqla 29.55 manat, 2018-ci ilin yanvar-iyul ayları üçün 0.20 qəpik, 2018-ci ilin avqust ayından 2021-ci ilin may ayınadək 0.30 qəpik hesablanmaqla 01 may 2021-ci il tarixinədək hesablanmış 1.265,46 (min iki yüz altmış beş manat qırx altı qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar