Məhkəmə qərarları › İş №2(011)-4949/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4949/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4949/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı borc tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı 25.06.2019-cu il tarixli müqaviləyə əsasən “Samsung” tozsoran, “Eurogold” paltarqurudan üçün 22 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu, 26.06.2019-cu il tarixli müqaviləyə əsasən “Hoffmann” ventilyator üçün 12 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann X Prime markalı telefon üçün 84 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, ümumilikdə 128 manat borc, 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 25.06.2019-cu il, 26.06.2019-cu il və 07.10.2019-cu il tarixli müqavilələrə əsasən məişət əşyaları almış və nəticədə 128 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 25.06.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 242 manat olan “Samsung” tozsoran, “Eurogold” paltarqurudan üçün ümumilikdə 24 manat olmaqla, ondan 22 manat ödənilməmiş hissə, 2 manat cərimə, 26.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 132 manat olan “Hoffmann” ventilyator üçün ümumilikdə 12 manat olmaqla, ondan 12 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 205 manat olan Hoffmann X Prime markalı telefon üçün ümumilikdə 92 manat olmaqla, ondan 84 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 461 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.06.2019-cu il tarixli, 00742931 saylı müqaviləyə əsasən “xxxx” MMC “Samsung” tozsoran, “Eurogold” paltarqurudan satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 11 ay müddətində hər ay 22 manat məbləğində olmaqla, cəmi 242 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 26.06.2019-cu il tarixli, 00745153 saylı müqaviləyə əsasən “xxxx” MMC “Hoffmann” ventilyator satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 11 ay müddətində hər ay 12 manat məbləğində olmaqla, cəmi 132 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 00964287 saylı müqaviləyə əsasən “xxxx” MMC Hoffmann X Prime satmış və cavabdeh həmin əşyaya görə 1 manat ilkin ödəniş etməklə qalan məbləği ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 17 manat məbləğində olmaqla, cəmi 205 manat ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan 07.05.2021-ci il tarixli maliyyə arayışına və ödəniş cədvəlindən görünür ki, cavabdehin 25.06.2019-cu il tarixli müqavilə üzrə 22 manat əsas, 2 manat cərimə, cəmi 24 manat; 26.06.2019-cu il tarixli müqavilə üzrə 12 manat əsas, 0 manat cərimə; cəmi 12 manat; 07.10.2019-cu il tarixli müqavilə üzrə 84 manat əsas, 8 manat cərimə; cəmi 92 manat məbləğində borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 25.06.2019-cu il tarixli, 00742931 saylı müqaviləyə üzrə əsas borca görə 22 (iyirmi iki) manat, cərimə borcuna görə 2 (iki) manat, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 26.06.2019-cu il tarixli, 00745153 saylı müqavilə üzrə əsas borca görə 12 (on iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 07.10.2019-cu il tarixli, 00964287 saylı müqavilə üzrə əsas borca görə 84 (səksən dörd) manat, cərimə borcuna görə 8 (səkkiz) manat, cəmi 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar