Məhkəmə qərarları › İş №2(011)-4951/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4951/2021

05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4951/2021 05.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 2019-cu il tarixli müqaviləyə əsasən, Anhel mebel əşyası üçün 881 manat ödənilməmiş hissə, 88 manat cərimə, 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner üçün 512 manat ödənilməmiş hissə, 51 manat cərimə, 19 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********65043 olan Samsung Galaxy A30s markalı telefon üçün 360 manat ödənilməmiş hissə, 36 manat cərimə olmaqla, ümumilikdə 1.928 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 20 aprel 2019-cu il, 05 iyun 2019-cu il və 19 oktyabr 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Anhel mebel əşyası, Hoffmann markalı kondisioner və Samsung Galaxy A30s markalı telefon almış və nəticədə 1.928 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə cavabdehin 20 aprel 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 1.449 manat olan Anhel mebel əşyası üçün ümumilikdə 969 manat olmaqla, 881 manat ödənilməmiş hissə, 88 manat cərimə pulu borcu, 05 iyun 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 773 manat olan Hoffmann markalı kondisioner üçün ümumilikdə 563 manat olmaqla, 512 manat ödənilməmiş hissə, 51 manat cərimə pulu borcu, 19 oktyabr 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 540 manat olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 396 manat olmaqla, 360 manat ödənilməmiş hissə, 36 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.009 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Anhel mebel əşyası, Hoffmann markalı kondisioner və Samsung Galaxy A30s markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 16 may 2021-ci il tarixə ümumilikdə 1.928 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 1.928 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 20 aprel 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 881 (səkkiz yüz səksən bir) manat, dəbbə pulu 88 (səksən səkkiz) manat, 05 iyun 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 512 (beş yüz on iki) manat, dəbbə pulu 51 (əlli bir) manat, 19 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 360 (üç yüz altmış) manat, dəbbə pulu 36 (otuz altı) manat olmaqla, ümumilikdə 1.928 (min doqquz yüz iyirmi səkkiz) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar