Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-497/2023 11.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, hazırda ünvan 1 ünvanında yerləşən 3 saylı evə dair Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində mənzilə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Evində quraşdırılmış qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Bakı Regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirmişlər ki, sayğacın işlək vəziyyətdə deyildir. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 7006,58 manat borc yazılmış və bu pulu ödəməlidir. Evində quraşdırılan qaz sayğacına tərəfindən heç bir müdaxilə edilməmişdir. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti iddiaçı yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 7006,58 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız olaraq tələb olunan 9208,38 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı və Cavabdeh İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər hazırki məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1561/2019 saylı 20 noyabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Cavabdeh İB-nin xeyrinə 5606.90 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2018-ci il tarixli əsas akt üzrə 324 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 621 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 5400 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 1512 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 1328 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 2268 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 4699 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 4644 kub metr, xx.xx.2016-cı tarixli əsas akt üzrə 2249 kub metr, xx.xx.2016-cı il tarixli əsas akt üzrə 4860 kub metr ziyan hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 3602,88 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 №-li sahə, ev 1 ünvanında yerləşən 201 saylı mənzildə qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/882 nömrəli, 13 iyul 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrassoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış 9208,38 manat məbləğində əsassız borcun silinməsini tələb etsə də, cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1561/2019 saylı 20 noyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Cavabdeh İB-nin xeyrinə 5606.90 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən müəyyən edilir ki, xx.xx.2018-ci il tarixli əsas akt üzrə 324 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 621 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 5400 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 1512 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 1328 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 2268 kub metr, xx.xx.2018-ci tarixli əsas akt üzrə 4699 kub metr, xx.xx.2017-ci tarixli əsas akt üzrə 4644 kub metr, xx.xx.2016-cı tarixli əsas akt üzrə 2249 kub metr, xx.xx.2016-cı il tarixli əsas akt üzrə 4860 kub metr ziyan hesablanmışdır. Həmçinin həmin qətnamə ilə müəyyən edilir ki, İddiaçı iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, heç vaxt sayğacdan kənar təbii qazdan istifadə etməmişdir. Belə ki, o, 12 il cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İddiaçı tərəfindən qeyd olunan aktlar onun cəzaçəkmə müddəti ərzində tərtib edilmişdir. Həmin aktların hansı əsaslarla tərtib olunması barədə məlumatı yoxdur. Odur ki, ona tərtib edilmiş aktları əsassız hesab edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olan həmin mülki iş üzrə 06 may 2019-cu il tarixdə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2019-cu il tarixli ekspert rəyi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 1 saylı sahə, ev 1, 201 nömrəli mənzilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, mənzili təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 108 mmlik ümumi paylayıcı qaz xəttinin üzərində sayğacın qoşulma nöqtəsinin yaxınlığında 3 sm uzunluğunda sonluğu qaynaqla bağlanmış halda olan 15 m-lik polad qaz borusu vardır. Həmin qaz borusuna əlavə qoşulma mümkün ola bilərdi. İddiaçı hazırkı tələbi üzrə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 2016-2017- 2018-ci illər üzrə ümumilikdə 5606.90 manat məbləğində borcun İddiaçı Cavabdeh İB-nin xeyrinə tutulması qət edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hazırda həmin tarixdən sonra hesablanmış borcun əsaslılığı araşdırılmış və məhkəmə tərəfindən məhkəmə-trassoloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/882 nömrəli, 13 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində 2022-ci il tarixə 3602,88 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, məhkəməyə sübut qismində yalnız Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1561/2019 saylı 20 noyabr 2019-cu il tarixli qətnaməsini təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, cavabdeh təşkilat qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli idi. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********02010) ünvanına dair hesablanmış 3602,88 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 56,03 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı hesablanmış 3602,88 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 56,03 (əlli altı manat üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərcinin 50%, yəni 32 manat Cavabdeh İB-dən, qalan 50%, yəni 32 manat İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-497/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-497/2023
11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver