Məhkəmə qərarları › İş №2(011)-4987/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4987/2021

12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4987/2021 12.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5, Cavabdeh X3 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh X4 qarşı borcun qaytarılması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh X4 qarşı 21.01.2020-ci il tarixli müqaviləyə əsasən “X11 8 Pro” markalı telefon üçün 250 manat ödənilməmiş hissə, 25 manat cərimə, ümumilikdə 275 manat və 20 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X6 ilə "xxxx" MMC arasında bağlanılmış 21.01.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh “X11 8 Pro” markalı telefon almış və nəticədə onun iddiaçı qarşısında 275 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 16.08.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 600 manat olan “X11 8 Pro” markalı telefon üçün ümumilikdə 275 manat olmaqla, ondan 250 manat ödənilməmiş hissə, 25 manat cərimə borcu yaranmışdır. Cavabdeh 21.01.2020-ci il tarixli müqavilə üzrə “X11 8 Pro” markalı telefonu 15.02.2021-ci il tarixinə qədər istifadə etdikdən sonra məhsul 250 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 350 manat təşkil edir. Hazırda cavabdeh öhdəliklərini icra etmir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, “X11 8 Pro” markalı telefonu 21.01.2020-ci il tarixində almışdır, daha sonra bir ay ödəniş etdikdən sonra ödəniş edə bilməmişdir. 2020-ci ilin dekabr ayında "xxxx" MMC tərəfindən telefon xətti bağlanıldı. O, "xxxx" MMC-yə xəbərdarlıq etdiyinə baxmayaraq, telefon açılmadı. Odur ki, o, telefonu "xxxx" MMC-yə qaytardı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə X6 arasında bağlanmış 21.01.2020-ci il tarixli 20052026 saylı müqaviləyə əsasən "xxxx" MMC “X11 8 Pro” markalı telefon cavabdeh X1 və cavabdeh həmin əşyaya görə 120 manat ilkin ödəniş etməklə 6 ay müddətində ödəniş cədvəli üzrə hər ay 100 manat məbləğində olmaqla, cəmi 600 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş 21.01.2020-ci il tarixli bildiriş və təhvil-təslim aktına əsasən məhsul tam qüsursuz olaraq X7 təhvil verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən müştəri bu müqavilənin şərtini pozduğu halda malı “ABC MMC-nin tələbi ilə geri qaytarmalıdır. Müqavilənin 3.2-ci bəndinə əsasən İddiaçı MMC-nin 3.1-ci bəndinə müəyyən edilmiş qaydada qaytarılmış malın qalıq dəyərini birtərəfli aktla qiymətləndirilib müştərinin İddiaçı MMC-yə olan borcunun bağlanmasına yönəldə bilər. İş materiallarında olan "xxxx" MMC-nin cavabdeh X4 ünvanlanmış 19.02.2021-ci il tarixli məktubundan görünür ki, mobil telefon 249,99 manat dəyərində qiymətləndirilmiş və göstərilmiş məbləğ 249,99 manat ümumi borcdan silinmişdir. Qalan borcun ödənilməsi xahiş edilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 11.01.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İşin materiallarında olan 06.05.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin "xxxx" MMC-yə 21.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc üzrə 250 manat, cərimə borcu üzrə 25 manat, cəmi 275 manat məbləğində ödənilməmiş borcu vardır. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi cavabdehin təqsirli hərəkətləri nəticəsində 2020-ci ilin dekabr ayında ləğv edilmiş, cavabdeh “X11 8 Pro” markalı telefonu 11 ay istifadə etdikdən sonra iddiaçıya geri qaytarmışdır. İddiaçı tərəfindən malın qalın dəyəri 21.01.2020-ci il tarixli 20052026 saylı müqavilə şərtlərinə uyğun olaraq qiymətləndirilmiş, borcun bağlanmasına yönəldilmişdir. Cavabdeh telefonun “vitrin” malı olduğunu və telefonun üzərində qüsurların mövcud olduğunu bildirsə də, bu hal mülki iş materiallarında olan və cavabdeh tərəfindən imzalanmış əşyaların təhvil-təslim aktında qeyd edilənlərlə təkzib edilir. Belə ki, həmin təhvil-təslim aktında qeyd edilmişdir ki, cavabdeh mali tam qüsursuz halda təhvil almışdır. Məhkəmə malın cavabdeh tərəfindən malin 11 ay ərzində istifadəsi nəticəsində amortizasiyasını nəzərə alaraq, hesab edir ki, müqaivlə üzrə qalıq borcu tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, təmin edilərək, tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə ödənilməmiş borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə X6 arasında bağlanmış 21.01.2020-ci il tarixli 20052026 saylı müqavilə üzrə ödənilməmiş 250 (iki yüz əlli) manat, cərimə borcu üzrə 25 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. 20 (iyirm) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar