Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4988/2025 27.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X1, İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin ərazi aidiyyətini müəyyən edən norması olaraq 35-ci maddəsi təsbit edir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddiaçı cavabdeh qismində Cavabdeh MMC-ni və cavabdehin ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 29/30 ünvanını göstərmişdir. Halbuki, “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 2 Göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Hesab edirəm ki, iddia ərizəsində irəli sürülən iddia tələbi ilə bağlı qanunvericilik başqa halı nəzərdə tutmadığı üçün həmin ərizə cavabdehin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsi müəyyən edir ki, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh MMC-yə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4988/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4988/2025
27.05.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver