Məhkəmə qərarları › İş №2(011)-4996/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4996/2025

17.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4996/2025 17.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə tələbi barədə ilkin; İddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş aktlara görə ondan tələb olunan 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının məhrum atası X5 məxsus olmuşdur. Atası xx.xx.2022-ci il tarixində rəhmətə getdikdən sonra uzun illər həmin mənzildə yaşayış belə olmamışdır. Hal-hazırda o, ailə üzvləri ilə birlikdə orada yaşayır. O, vaxtlı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Onun və ailə üzvləri tərəfindən sayğaca və eləcə də mənzilə gələn qaz xəttinə heç bir müdaxilə olmamışdır, lakin cavabdehin nümayəndələri akt tərtib edərək ona 6.220,80 (altı min iki yüz iyirmi manat səksən qəpik) manat məbləğində borc yazmışlar. O, cavabdehin hərəkətindən narazıdır, eləcə də tələb olunan borcu qanunsuz və əsassız hesab edir. Buna görə də hüquqlarının bərqərar olunması üçün məhkəməyə müraciət etmişdir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Cavabdeh İB-nə 6.206,40 (altı min iki yüz altı manat qırx qəpik) manat məbləğində zərərin və 82,07 (səksən iki manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6.288,47 (altı min iki yüz səksən səkkiz manat qırx yeddi qəpik) manat pulun məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT: İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu ərazisində Cavabdeh İB-nin əməkdaşları tərəfindan Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Sabunçu rayonu, Şamil Kamilov küçəsi, Bakıxanov ev 1B qeydiyyatda olan İddiaçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan özbaşına istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsindən irəli gələn hal Birliyin əməkdaşları tərəfındən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X10nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 6.220,80 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə edilir). Həmin zərərdən cavabdeh 14,40 manat məbləğində ödəniş etmişdir. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 6.206,40 (altı min iki yüz altı manat qırx qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödənişin həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. O, öz izahatında kənar xəttə qoşulmanı inkar etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, mənzildə 4 gözlü qaz peçi və su qızdırıcısından istifadə olunub. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB-nin nümayəndəsi X11 öz izahatında ilkin iddia tələblərinin əsassız olduğunu bildirmişdir və məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan “Təbii X10nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni əlavə xətdən istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X9 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 51.840 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X10nın pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar qeyri-qanuni əlavə xəttdən istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, X9 barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.592 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, ünvan 2 ünvanında xx.xx.2025-ci il tarixdə qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulmaqla qazın talanması nəticəsində İddiaçı tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinin Bakı Filialının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent: **********20000, X9) qazdan qanunsuz istifadəyə görə X2 Agentliyinin Bakı filialı tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 25 iyul 2023-cı il tarixinə qədər istehlakçı tərəfindən sayğaca müdaxilə habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X10”na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cu ıl tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçı X3 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində (abonent kodu: **********20000) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı "Azərıqaz" İB tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli 037308G saylı akt uzrə hesablanmış 51.840 m3 qaz həcmımn yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil. İddiaçının yaşayış evində istifadə olunan 1 ədəd PQ-3 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,9 m3, 1 ədəd qənatli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 1.5 m3, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün - 0,9 m3 x 12 saat x 360 gün = 3.888 m3. 1 ədəd qənaətli su qızdırıcısı üçün 1,5 m3 x 12 saat x 360 gün = 6.480 m3. Ümumilikdə qeyd olunan akt üzrə üzrə vurulmuş zərərin həcmi 3.888 m3 + 6.480 m3 = 10.368 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının o dövrdə qüvvədə olan “Təbii qazın olkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qəranna əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1.200 m3 (1.200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi uçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2.500 m3-dən çox olan hissəsi üçun hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq hesablanan 10.368 m3 qaz həcminin dəyəri 2.371,0 manat (1.200 m3 x 0,12 manat = 144 manat; 1.300 m3 x 0,20 manat = 260 manat; 7.868 m3 x 0,25 manat = 1.967 manat, 144 manat+260 manat+1.967 manat = 2.371 manat) məbləğində, abonentin 2023-cu il üzrə etdiyi ödənişləri (153 manat) nəzərə alaraq qeyri-qanuni qoşulma halında ondan tutula biləcək məbləğin 2.218 manat müəyyən edilə bilər. İş materiallarında olan X6 məxsus **********20000 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin mart ayı üzrə 6.220,80 manat, 2025-ci ilin iyul ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 463,60 manat borcu mövcud olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X10 ilə tənzimlənir. X10 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X10 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X10”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, iş materiallarından görünür ki, mübahisəli abonent kodu əvvəl ilkin iddiaçının atasına məxsus olmuşdur. İlkin iddiaçının atası rəhmətə getdikdən sonra sahə ilkin iddiaçı Qalıb Yusiflinin sahibliyində qalmışdır. Abonent saldosundan görünür ki, kənat xəttə qoşulmaya görə bu hesaba 2023-cü ilin mart ayında 6.220,80 manat; 2025-ci ilin iyul ayında 463,60 manat borc hesablanmışdır. İlkin iddiaçının izahatı ilə müəyyən edilir ki, ilkin iddia üzrə 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat məbləğinin qanuniliyi mübahisələndirilir. Belə ki, iddiaçı hazırki iddia ilə 2025-ci ilin iyul ayında hesablanmış 463,60 manat borcu mübahisələndirmədiyini demişdir. Qarşılıqlı iddiadan görünür ki, qarşılıqlı tələb də məhz 2023-cü ilin mart ayında hesablanmış 6.220,80 manat pulun (abonentin apardığı 14,40 manat ödəniş çıxmaqla) tutulmasına yönəlmişdir. Bununla da iş materialları ilə müəyyən edilir ki, ilkin və qarşılıqlı iddia tələbləri Cavabdeh İB-nin ******* saylı xx.xx.2023-cü il tarixli aktına yönəlib. Məhkəmə qeyd edir ki, bu aktın qanuniliyinin təsdiq edən sübutlar (istehlakçının qazın talanmasında təqsirli olmasına təsdiq edən müvafiq icra hakimiyyəti orqanının qərarı) məhkəməyə təqdim edilməsə də, iş materialları ilə müəyyən edilir ki, həmin ünvan üzrə abonentə kənar xəttə qoşulma ilə bağlı xx.xx.2025-ci il tarixli ******* saylı akt yazılarkən bu akt cavabdeh təşkilat tərəfindən X1 Agentliyinə göndərilmiş, nəticədə həmin xətt aşkar edilərək buna dair EMTA-nın xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokolu və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qəbul edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, kənar xəttin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq olunduğundan, ilkin iddiaçıya 2023-cü ilin mart ayında hesablanmış borc müvafiq hesablama aparılmaqla qismən silinməlidir. İşdən görünür ki, iddiaçının yaşayış evində dörd gözlü peç və su qızdırıcısı mövcud olmuşdur. Mövcud qaydalara əsasən cavabdeh təşkilat tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılmalı aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmalıdır. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi və 1 ədəd su qızdırıcısı üçün 1.5 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 2.916 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x1.5 m3=1.620 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 349,92 manat təşkil edir. (İlkin limitlə bağlı 1.200 m3 üçün 144 manat, 2.500 m3-dək olan limit sərfiyyatı üçün 0,20 qəpik məbləğindən hesablanmaqla 260 manat (2500-1200 = 1300 m3; 1300 m3 x 0,20 = 260), qalan sərfiyyat olan 416 m3 üçün 0,25 qəpik məbləğindən hesablanmaqla 104 manat məbləği müəyyən edilir. Bununla da, 144 + 260 + 104 = 508 manat təşkil edir. Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 6.220,80 manat məbləğində hesablanması (tələb olunması) düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin mart ayı üçün hesablanmış ümumi 6.220,80 manat borcun 508 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 5.712,8 manat məbləği silinməlidir. İlkin iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunan əsaslara görə qarşılıqlı tələbi əks etdirən qarşılıqlı iddia da qismən təmin edilərək, dəymiş zərərin əvəzi olaraq Cavabdeh İB tərəfindən X4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 508 (beş yüz səkkiz) manat pul məbləği və 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməlidir. Qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddianın verilməsinə görə 77,13 (yetmiş yeddi manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İlkin iddia və qarşılıqlı iddia qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********20000) ilə bağlı Cavabdeh İB tərəfindən X7 2023-cü ilin mart ayı üçün hesablamış 6.220,80 manat borcun 5.712,80 (beş min yeddi yüz on iki manat səksən qəpik) manat hissəsi silinsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Dəymiş zərərin əvəzi olaraq Cavabdeh İB tərəfindən X4 (abonent kodu: **********20000) barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 508 (beş yüz səkkiz) manat pul məbləği və 30 (otuz) manat dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddianın verilməsinə görə 77,13 (yetmiş yeddi manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar