Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5007/2020 09.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 309 manat ödənilməmiş hissə, 30 manat cərimə, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən, iki ədəd X1 səsucaldıcı üçün 72 manat ödənilməmiş hissə, 7 manat cərimə, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********41528 olan Samsung Galaxy A7 markalı telefon üçün 355 manat ödənilməmiş hissə, 35 manat cərimə, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********89243 olan Huawei P Smart markalı telefon üçün 171 manat ödənilməmiş hissə, 17 manat cərimə, ümumilikdə 996 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1.026 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il və xx xxx 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Samsung markalı paltaryuyan, iki ədəd X1 səsucaldıcı, Samsung Galaxy A7 markalı telefon, Huawei P Smart markalı telefonalmış və nəticədə 996 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 1236 manat olan Samsung markalı paltaryuyan üçün ümumilikdə 339 manat olmaqla, ondan 309 manat ödənilməmiş hissə, 30 manat cərimə pulu borcu; xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 222 manat olan iki ədəd X1 səsucaldıcı üçün ümumilikdə 79 manat olmaqla, ondan 72 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu; xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 910 manat olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 390 manat olmaqla, ondan 355 manat ödənilməmiş hissə, 35 manat cərimə pulu borcu; xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 516 manat olan Huawei P Smart markalı telefon üçün ümumilikdə 188 manat olmaqla, ondan 171 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.977 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh dəyəri 1.236 manat olan Samsung markalı paltaryuyan, dəyəri 222 manat olan iki ədəd X1 səsucaldıcı, dəyəri 910 manat olan Samsung Galaxy A7 markalı telefon və dəyəri 516 manat olan Huawei P Smart markalı telefon almışdır. Müqavilələrə əsasən alınan mallar üçün 12 ay müddətində hər ay 103 manat, 18 manat, 71 manat və 43 manat məbləğində pul vəsaiti ödənilməli olmuş, lakin öhdəliyi lazımınca icra etmədiyindən xx xxxxxx 2020-ci il tarixə ümumilikdə 996 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 996 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 309 (üç yüz doqquz) manat, dəbbə pulu 30 (otuz) manat, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 72 (yetmiş iki) manat, dəbbə pulu 7 (yeddi) manat, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 355 (üç yüz əlli beş) manat, dəbbə pulu 35 (otuz beş) manat, xx xxx 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 171 (bir yüz yetmiş bir) manat, dəbbə pulu 17 (on yeddi) manat olmaqla, ümumilikdə 996 (doqquz yüz doxsan altı) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlikedən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5007/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5007/2020
09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver