Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5016/2021 23.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Abbaslı Elman Semur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri XDS İK-in 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin atası X5 olması, Bakı şəhəri XDS İK-nin 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında verilmiş E/C nömrəli orderdə göstərilən X5 olması və Bakı şəhəri Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 42 saylı bağ sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin atası X2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 snömrəli qərarı əsasında verilmiş E/C nömrəli orderlə atası X2 Nardaran bağlar sahəsində 0,12 ha ibarət 42 nömrəli bağ sahəsi ayrılmışdır. Atası 11.01.2019-cu il tarixdə vəfat etmişdir. Sözügedən bağ sahəsinə dair atasının adına çıxarışın verilməsi və vərəsəlik hüququ əsasında miras əmlakı qəbul etmək məqsəd ilə müvafiq orqanlara müraciət etmiş, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən göndərilmiş həmin bağ sahəsinə dair arxiv arayışında atasının adı X5 deyil, X1 qeyd edilmişdir. Ona görə də Bakı şəhəri XDS İK-nin 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin atası X5 olması, Bakı şəhəri XDS İK-nin 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında verilmiş E/C nömrəli orderdə göstərilən X5 olması və Bakı şəhəri Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan, 42 saylı bağ sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin eyni şəxsə, yəni atası X2 məxsus olması faktının məhkəmə qətnaməsi əsasında müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır və qeyd olunan bağ sahəsində yaşayır. Atası hələ sağlığında bağ sahəsini bölüb və qapıları da ayrıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçinin əmisi oğludur. Nardaran qəsəbəsində olan 4280 saylı bağ sahəsi ərizəçinin atasına məxsusdur. Ərizəçinin atasının adı Ağaseyid olmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X8 İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarının surətindən görünür ki, siyahıda göstərilən şəxslərə, o cümlədən, 2.4.32-ci qrafada göstərilmiş X6 Nardaran bağlar sahəsində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilmiş E/C nömrəli orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında X2 Nardaran bağlar sahəsində 0,12 ha ibarət 42 nömrəli bağ sahəsi ayrılmışdır. AZ-İ seriyalı, 962245 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11.01.2019-cu ildə vəfat etmişdir. AZE seriyalı, 13101707 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının MPM-nin 307.2 və 307.2.5-ci maddələrinin tələbinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki Bakı şəhəri XDS İK-in 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin Ərizəçi atası X5 olması, Bakı şəhəri XDS İK-nin 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında verilmiş E/C nömrəli orderdə göstərilən X5 olması və Bakı şəhəri Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 42 saylı bağ sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin ərizəçinin atası X2 məxsus olması faktı müəyyən olunmuşdur. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 339-341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri XDS İK-in 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci göstərilmiş X3 Ərizəçi atası X5 ilə eyni şəxs olması, Bakı şəhəri XDS İK-nin 18.01.1989-cu il tarixli, 15/558 saylı qərarında 2.4.32-ci şəxsin Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 nömrəli qərarı əsasında verilmiş E/C nömrəli orderdə göstərilən X5 olması və Bakı şəhəri Nardaran bağlar sahəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 42 saylı bağ sahəsinə dair verilmiş hüquqmüəyyənedici sənədlərin eyni şəxsə, yəni ərizəçinin atası X2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-5016/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5016/2021
23.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver