Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-506/2024 18.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2020-ci il tarixində Cavabdeh İB tərəfindən baxış keçirilərək qaz xəttinə qanunsuz qoşulma müəyyən edilmiş və və bu səbəbdən fərqli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən, 1837 manat borc hesablanaraq iddiaçını məhkəməyə vermişdirlər.
2. Yasaml Rayon Məhkəməsinin 2(004)-4779/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və təbii qazdan qeyri-qanuni istifadəyə görə 150,48 manat məbləğində zərər və 2,50 manat dövlət rüsumunun Cavabdeh İB-in xeyrinə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh İB-nin məhkəməyə qədər hesabladığı yekun məbləğ 1837 manat olmasına baxmayaraq məhkəmə çəkişməsi zamanı yenidən özbaşına cərimələr tətbiq edilmişdir. 2020-ci ilin avqust və sentyabr aylarında müvafiq olaraq 820,80 manat və 273,60 manat məbləğində borc hesablanmışdır.
4. xx.xx.2021-ci il tarixdə məhkəmə qərarının icrası olaraq İddiaçı hesabındamn 1685,52 manat silinmiş, xx.xx.2022-ci il tarixə sayğac göstəricisi 639 m3 olmaqla iddiaçıya 1309,85 manat borc hesablanmış, lakin bu borcun yaranmasına əsas olan və iddiaçının təqsiri üzündən baş verən halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
5. Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, ünvan 2 ünvanı üzrə qaz sərfinə görə X4 hesablanmış 1309,85 manat məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
6. Bakı Apellyasiya MÇəhkəməsinin 2(103)-7877/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 1094,40 manat məbləğində borcun silinməsi qət edilmişdir.
7. Bütün bu məhkəmə proseslərindən sonra iddiaçının bütün borclarını ödəməsinə baxmayaraq Cavabdeh İB tərəfindən 2023-cü il tarixində yeni aktlar tərtib edilmiş və borclar hesablanmışdır. İddiaçının tələbi:
8. CavabdehİB tərəfindən iddiaçının adına hesablanmış 4268,16 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi X6 xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edərək, ona yazılmış 6073,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, ona yazılmış 6743 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
11. CavabdehİB-in nümayəndəsi X7 xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi 4268,16 manat məbləği 2023-cü il tarixində ona yazılmış 3939,84 manat və 328,32 manat borc məbləğləridir. Qeyd edilən məbləğin 1094 manat 40 qəpik hissəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7877/2022 saylı Qətnaməsi ilə mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş Qətnamə qəbul edilmişdir. 4 268,16 manat borcun 1094,40 manat hissəsi mübahisələndirildiyi üçün təkrar baxıla bilməz.
İşdə iştirak edən şəxslərin izahatları:
12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, cavabdeh akt tərtib edərkən heç bir sübut verməmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsində mübahisələndirilmiş 1094,40 manat məbləğində borc 2022-ci ildə tərtib edilmiş aktla bağlıdır, onun bu aktlara aidiyyəti yoxdur. İddiasını müdafiə etmiş, məhkəmədən ona hesablanmış borc məbləğinin silinməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 öz izahatında etiraz mövqeyindən çıxış etmiş və iddianın təmin olunmamasını xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
14. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
15. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 32832 m3 hesablanmışdır;
16. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
17. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 2736 m3 hesablanmışdır;
18. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
19. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 2736 m3 hesablanmışdır;
20. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
21. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 2736 m3 hesablanmışdır;
22. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
23. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 5472 m3 hesablanmışdır;
24. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
25. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 1368 m3 hesablanmışdır;
26. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
27. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 1368 m3 hesablanmışdır;
28. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
29. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2023-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 1368 m3 hesablanmışdır;
30. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* №-li akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir.
31. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur, xx.xx.2024-cü il tarixli ******* №-li aktın əsasında dəymiş ziyanın həcmi 1476 m3 hesablanmışdır;
32. 12 fevral 2024-cü il tarixli 3-16-16/2-3/2254 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilən ünvan 2 ünvanında yerləşən evə (abonent kodu:**********00010) quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. Sayğaca kənar xəttlərin çəkilməsi müşahidə edilməmişdir. Ekspertiza xərclərinə dair 12 fevral 2024-cü il tarixli bildirişə əsasən, aparılmış məhkəmə-trasoloji ekspertizasının dəyəri 110 manat müəyyən edilmişdir.
33. Abonentin saldosundan görünür ki, abonentin qalıq və aktlar üzrə 2023-cü ilin yanvar ayı üzrə 3939,84 manat, fevral ayı üzrə 328,32 manat, mart ayı üzrə 328,32 manat, aprel ayı üzrə 328,32 manat, iyun ayı üzrə 656,64 manat, iyul ayı üzrə 164,16 manat, sentyabr ayı üzrə 328,32 manat, noyabr ayı üzrə 328,32 manat, dekabr ayı üzrə 164,16 manat və 2024-cü ilin yanvar ayı üzrə 177,12 manat borcu müəyyən edilmişdir.
34. Fotoşəkillər.
Tətbiq edilən hüquq:
35. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
36. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
37. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. ... qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 3.2.2. qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli; 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;
41. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
42. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
44. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2023-cü il tarixli ******* №-li, xx.xx.2024cü il tarixli ******* №-li aktlara əsasən “abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.” (§14, §16, §18, §20, §22, §24, §26, §28, §30) Həmçinin abonentin saldosundan görünür ki, iddiaçıya 2023-cü ilin sentyabr ayı üzrə 328,32 manat məbləğində cərimə də daxil olmaqla ümumilikdə 10 dəfə cərimə yazılmışdır. (§33) Lakin qanunsuz qoşulma halları aşkar edildikdən sonra qaz paylayıcısı tərəfindən görülməli addımlar qanuna uyğun şəkildə həyata keçirilməmiş, lazımi tərbirlər tam görülməmişdir. Qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
45. Məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Qanuna 2022-ci ilin fevral ayında 13-cü maddəyə yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir. İddiaçının abonent koduna yazılmış cərimə aktı 2022-ci ilin fevral ayından sonraya təsadüf etdiyindən, həmin aktlar tərtib edilərkən Qanunun 13.8-1-ci maddəsində qeyd edilən şərtlərə müvafiq qaydada əməl edilməli idi. Belə ki, kənar xətt, yəni qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər.
46. Eyni zamanda 12 fevral 2024-cü il tarixli 3-16-16/2-3/2254 saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilən ünvan 2 ünvanında yerləşən evə (abonent kodu:**********00010) quraşdırılmış qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir. (§32)
47. Cavabdeh tərəf öz etirazında qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi 4268,16 manat məbləği 2023-cü il tarixində ona yazılmış 3939,84 manat və 328,32 manat borc məbləğləridir. Qeyd edilən məbləğin 1094 manat 40 qəpik hissəsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7877/2022 saylı Qətnaməsi ilə mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş Qətnamə qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən qətnamədə 2022-ci ildə yazılmış borcların mübahisələndirildiyi müəyyən olunmuşdur. Hazırki iddia tələbi üzrə isə 2023-cü ilin yanvar ayından 2024-cü ilin fevral ayına qədər 10 akt əsasında yazılmış borc məbləği mübahisələdirilir.
48. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə kənar xətt, sayğacın quraşdırılması, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimə silinməsi barədə iddia tələbi təmin edilməlidir.
49. Məhkəmə qeyd edir ki, abonentin saldosuna əsasən, iddiaçıya ayrı-ayı vaxtlarda 10 akt üzrə ümumilikdə, 6743,52 manat (3939,84+328,32+328,32+328,32+656,64+164,16+328,32+164,16+328,32+177,12=6743,52) məbləğində borc hesablanmışdır. Lakin, iddiaçının nümayəndəsi X6 xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət edərək, ona yazılmış 6743 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iddia tələbindən kənara çıxmaqda səlahiyyətli deyil.
50. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00010 saylı abunə koduna müxtəlif zamanlarda “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar (10 akt) əsasında hesablanmış 6743 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri:
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 87,43 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası üzrə 110 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh tərəfindən İddiaçı ünvan 3 ünvanı üzrə **********00010 saylı abunə koduna hesablanmış 6743 (altı min yeddi yüz qırx üç) manat məbləğində borc silinsin.
3. Cavabdehndən 87,43 (səksən yeddi manat qırx üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 4.Ekspertiza tədqiqatlarının dəyəri 110 (yüz on) manat Cavabdeh tərəfindən X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova