Məhkəmə qərarları › İş №2(011)-506/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-506/2025

30.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-506/2025 30.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 13242,37 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında yaşayır. xx.xx.2012-ci ildə Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanına abonentin iştirakı ilə küçədə G-4 itron-smar tipli, 1202AQ**********5 № li sayğac quraşdırılmış, plomb vurulmuş və həmin ünvana **********02300 № li kod verilmiş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2018-ci ildə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında quraşdırılmış 1202AQ**********5 № li sayğac 1802AZ**********6 № li qaz sayğacı ilə əvəz edilmiş, plomb vurulmuş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İВ arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə bağlanmamışdır. Bundan əlavə, abonentin hesab koduna 428,40 manat məbləğində borc yazılmışdır. xx.xx.2018-ci il tarixdə yenə də abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında quraşdırılmış 1802AZ**********6 № li sayğac STS **********7№ li qaz sayğacı ilə əvəz edilmiş, plomb vurulmuş, lakin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" AKT tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamış və əlavə olaraq abonentin hesab koduna 1421,80 manat məbləğində borc yazılmışdır. xx.xx.2020-ci il tarixdə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında quraşdırılmış STS **********7 № li qaz sayğacı ZENNER G4 MEXANİKİ tipli, **********3 № li sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, abonent ilə "Azəriqaz" İB arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə, yəni sayğac quraşdırıldıqdan sonra, abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında, küçədəki qaz xəttinə baxış keçirərkən sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, 1279 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Seyidov Mircavid və Fətullayev Zamin tərəfindən ******* № li akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB sayğacdan kənar təbii qazdan qeyri - qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Cavabdeh "Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 № li qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi qanunvericilik imperativ qaydada qazpaylaycısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsini qoymuşdur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 13 mart 2020-ci il tarixli, "X2”na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 127,90 manat borc hesablanmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki fotoşəkillərin hansı tarixdə çəkilməsi qeyd olunmamış, sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyildir. xx.xx.2023-cü il tarixdə, saat 11:40 radələrində, yenə də abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Sovxoz, ev 1, mənzil 23 ünvanında, küçədəki qaz xəttinə baxış keçirərkən sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edilmiş, 73440 m3 itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Eynullayev Zaur, Əliyev Anar və İsmayılov Sabir tərəfindən xx.xx.2023-cü il tarixdə ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Cavabdeh İB tərəfindən qanunsuz tərtib edilmiş aktİar əsasında abonentin hesab koduna 13242,37 manat borc yazılmışdır. Cavabdeh abonentin hesab koduna şişirdilmiş zərər hesablamışdır. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən, təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın işlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktİar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana 2 dəfə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktİar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim. olunmamış, abonent və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh İB müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair - "Dəymiş ziyan həcminin hesablanması" barədə 2 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən xx.xx.2024-cü il tarixə qədər abonentin hesab koduna 13242,37 manat borc yazmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, Cavabdeh İB-nin tərtib etdiyi - aktlara əsasən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına və qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 2 akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. xx.xx.2024-cü il tarixli gasrepdən məlum olur ki, abonent xx.xx.2013-cü ildən xx.xx.2020-ci ilə qədər 866 m3 qaz sərfiyyatına görə 113,00 manat ödəniş etmiş, borca görə 26,40 manat tutulma olmuş və 1911,20 manat məbləğində borcu vardır. xx.xx.2024cü il tarixli Abonentin Saldosunda hesablama apararkən məlum olur ki, xx.xx.2010-cu ildən xx.xx.2013-cü ilə qədər 1470 m3 qaz sərfiyyatına görə 787,50 manat ödəniş etmiş, lakin abonentin hesab koduna 13242,37 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etmədiklərini bildirmiş, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları - İddiaçı barəsində xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. - xx.xx.2017-ci il tarixli, ******* saylı, xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - İddiaçı xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 692 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 729,80 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 432 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 8812,80 manat məbləğində borc hesablanmışdır. - Mülki iş materiallarında olan fotoşəkillərdən iddiaçıya məxsus ünvanda qaz borusuna müdaxilə edilərək sayğacdan kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyini müəyyən etmək mümkün deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/333 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)

2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 692 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 729,80 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 432 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 8812,80 manat, ümumilikdə 10794,50 manat borc hesablanmışdır. Məhkəmə iddiaya xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 692 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 729,80 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 432 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 127,90 manat, ümumilikdə 1981,70 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, bu hissədə iddianın hüquqi əsasını 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəaları təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1981,70 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə trasoloji ekspertizası nəticəsində iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, sözü gedən aktlar əsasında borcun hesablanaraq iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Buna görə də iddia araşdırılan hissədə təmin edilərək, Cavabdeh İB tərəfindən xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 692 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 729,80 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 432 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat məbləğində hesablanmış borc məbləğləri silinməlidir. Məhkəmə iddiaya xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 8812,80 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq qərarların mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 8812,80 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən 8812,80 manat borc məbləği silinməlidir. Məhkəmə iddiaya qalan 2447,87 manat borcun silinməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassızdır və təmin edilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş abonent İddiaçı saldosundan və gasrepdən görünür ki, qeyd edilən borc məbləği abonent tərəfindən istifadə edilən qazın dəyərinə görə hesablanmışdır, və istehlakçı tərəfindən istehlak etdiyi qazın dəyəri tam ödənilməlidir. Odur ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 122,38 manat məbləğində dövlət rüsumu və 65 manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 2 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********02300) xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 692 (altı yüz doxsan iki) manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 729,80 (yeddi yüz iyirmi doqquz manat səksən qəpik) manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 432 (dörd yüz otuz iki) manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 (yüz iyirmi yeddi manat doxsan qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 8812,80 (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 122,38 (yüz iyirmi iki manat səksən səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. 65 (altmış beş) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar