Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5070/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X4 X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “aktın ləğv olunması və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, “Azəriqaz İB-si ilə onun arasında 11 aprel 2017-ci il tarixli 08/12203 saylı müqavilə bağlanmışdır. xx.xx.2018ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məxsus ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış 1202 AQ**********1 nömrəli qaz sayğacına baxış keçirilmişdir. Baxış zamanı həmin sayğacın flyans plombunun olmadığı aşkar olunmuşdur. Bununla bağlı Cavabdeh İB-si nümayəndələri tərəfindən 29 mart 2018-ci il tarixli 001030 saylı akt tərtib edilərək hesab koduna 345.60 manat dəymiş ziyan hesablanmışdır. O, hesab edir ki, Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli 001030 saylı aktı qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan ünvana qaz sayğacı 2012-ci ildə quraşdırılmışdır. Quraşdırılan qaz sayğaclarının istismar müddəti 5 il olduğu üçün həmin sayğacın istismar müddəti bitmiş və vurulan plomb eroziya nəticəsində qırılmışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən hər ay qaz sayğaclarına baxış keçirilir və göstəricilər yazılır. Lakin plombun qırılması ilə bağlı ona heç bir rəsmi məlumat verilməmişdir. Eyni zamanda maliyyə arayışında göründüyü kimi, o, 2018-ci ildə hər ay karta pul vuraraq təbii qazdan istifadə etmişdir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Buradan göründüyü kimi “Azəriqaz İB” iddia müddətini bitirmişdir. Tərəfindən xx.xx.2020-ci il tarixdə aktın ləğvi və cərimənin silinməsi ilə bağlı Azəriqaz İB-yə müraciət olunmuşdur. Lakin xx.xx.2020-ci il cavab məktubunda 330 manat məbləği ödəməyi bildirilmiş və həmin məbləğ silinməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, “Azəriqaz" İB-si tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 001030 nömrəli aktın ləğv olunması və həmin akt əsasında tətbiq edilmiş 330 manat məbləğin (**********10020) hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abonentin saldosundan görünür ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanına 2018-ci il üçün 345.60 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 mart 2018-ci il tarixli, 001030 nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında sayğaca baxış zamanı “sayğacın flyans plombunun olmadığı” qüsurunun aşkar edildiyi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-si tərəfindən X5 ünvanlanmış “müraciətin baxılması barədə” məktubdan görünür ki, Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə 25 noyabr 2020ci il tarixli ərizəsinə baxılmış və 01 dekabr 2020-ci il tarixdə hesabında 330.30 manat borcun mövcud olması və tərəfindən ödənilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda iddiaçıya məxsus evdən çıxarılmış “sayğacın flyans plombunun olmadığı” qüsurunun aşkar edildiyi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 330 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İBsi tərəfindən tərtib olunmuş 29 iyun 2018-ci il tarixli, ******* nömrəli akt ləğv edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı hesablanmış 330 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Cavabdeh İB tərəfindən tərtib edilmiş 29 mart 2018-ci il tarixli, 001030 nömrəli akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan ünvan 1 ünvanı ilə bağlı hesablanmış 330 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5070/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5070/2022
03.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver