Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5090/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC ilə X6 arasında bağlanmış 12 fevral 2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsinə əsasən və 12 yanvar 2017-ci il tarixli, RHG-00001-01/17A saylı sonrakı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 97 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)-330/2018 saylı qətnaməsi ilə iddiaçı Bank "xxxx" ASC-nin iddiası qismən təmin edilərək, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış 12 yanvar 2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X6 və İddiaçı müştərək qaydada 74.711,33 manat əsas borc, 14.448,29 manat faiz borcu, 50 manat dəbbə pulu borcu, 30 manat məbləğində dövlət rüsumu, 0.40 qəpik bank xidməti haqqı, əmlakın qiymətləndirilməsi üçün xidmət haqqı olan 150 manat olmaqla, cəmi 89.390,02 manat məbləğində pulun Bank "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalıq hissəsinin cavabdehlər X6 və İddiaçı müştərək qaydada Bank "xxxx" ASC-nin xeyrinə tutulması, mənzilin ilkin satış qiymətinin 65.000 manat məbləğində müəyyən olunması, mənzil satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan İddiaçı, X2, X9, X11 və X3 evdən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun cavabdehlər X6 və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(103)-10340/2018 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli 2(103)- 10340/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2019-cu il tarixli, 2(102)-2526/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 12 yanvar 2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC X4 illik 26 faiz hesablanmaqla 60 ay müddətinə 74.785 manat məbləğində kredit verilmişdir. Həmin tarixli məxaric orderi ilə həmin pul onun tərəfindən məxaric edilmişdir. Göstərilənlərlə əlaqədar hazırda hazırkı iş üzrə iddiaçıya məxsus mülkiyyət bankın xeyrinə yüklü edilmiş və iddiaçının ona məxsus olmayan öhdəliyə görə mənzilini tərk etmək təhlükəsi yaranmışdır. Belə ki, ünvan 1 ünvanda yerləşən 97 saylı mənzil mülkiyyətçiyə məxsus olsa da, onun bank qarşısında pulla əlaqədar hər hansı öhdəliyi yoxdur və eyni zamanda mənzildə yaşayan şəxslər hər hansı sənəddə əmlakın ipotekaya qoyulması öhdəliyini öz üzərinə götürməmiş, yalnız bank tərəfindən təqdim edilən sənədləri oxumadan imza etmişlər. Göründüyü kimi X6 ümumi birgə mülkiyyətdə olan əmlakı ipoteka ilə yüklü etmişdir, özü və ailə üzvləri bundan xəbərsiz olmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb yekun qərar qəbul edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi cavabdehlə aralarında kredit və ipoteka müqaviləsi üzrə öhdəliklərin olmasına, ona aid olmayan öhdəliyə görə ona məxsus mənzilin ipoteka ilə yüklü edilməsinə, mənzilinin ipoteka ilə yüklü edilməsindən onun və ailəsinin xəbərinin olmamasına istinad etmiş və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin iddiaçı iddiasının əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı həqiqətən də cavabdehlə aralarında bağlanmış ipoteka müqaviləsindən, onun mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsindən özünün və ailəsinin məlumatsız olması barədə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Məhkəmə iş materiallarına qiymət verərək hesab edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)-330/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97 saylı mənzili ipotekaya qoymuşdur. X2, X9, X11 və X8 11 yanvar 2017-ci il tarixli ərizələr ilə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etməmiş və tələb ipoteka predmetinə yönəldiyi halda həmin mənzili qeyd-şərtsiz tərk etməyi öhdələrinə götürmüşlər. Sözügedən qətnamə ilə kredit borcu tələbi İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə yönəldilmiş, mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, mənzil satıldıqdan sonra həmin mənzildə qeydiyyatda olan İddiaçı, X1, X5, X7 və X3 evdən istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının müvafiq qərarları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli 2(003)-330/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda həmin qətnamələr qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 26 sentyabr 2019-cu il tarixli Çıxarışa əsasən, ünvan 1, 97 saylı mənzil Bank "xxxx" ASC-nin xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tələbi rədd olunduğundan 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı - Bank "xxxx" ASC ilə X6 arasında bağlanmış 12 fevral 2017-ci il tarixli, RH-00001-01/17A saylı kredit müqaviləsinə əsasən və 12 yanvar 2017-ci il tarixli, RHG-00001-01/17A saylı sonrakı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 97 saylı mənzili ipoteka ilə yüklü edilməsi barədə müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5090/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5090/2021
05.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver