Məhkəmə qərarları › İş №2(011)-5106/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5106/2023

17.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5106/2023 17.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi maraqlı şəxs qismində Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə xx.xx.1999-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi barəsində ərizə ilə xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, "Elektron məhkəmə" İnformasiya Sistemindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1999-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, ərizə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə tərəfindən xx.xx.2023-cü il tarixli 2(011)-5027/2023 nömrəli qərardadına əsasən icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, xx.xx.1999cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olduğuna görə hazırkı ərizə baxılamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs qismində Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını cəlb etməklə xx.xx.1999-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbi barəsində ərizəsi baxılmamış saxlansın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar