Məhkəmə qərarları › İş №2(011)-5109/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5109/2022

14.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5109/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavadeh İddiaçı nümayəndəsi X1, İlkin iddia ərizəsi üzrə cavabdehin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı borcun ödənilməsi barəsində qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00051) əsassız olaraq hesablanmış 3075,84 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə ilkin iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı – ilkin iddia üzrə İddiaçı iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia üzrə Cavabdehnə vurulmuş zərərin ümumilikdə 3075,84 manat məbləğində pulun cavabdeh İddiaçı məcbubi qaydada tutularaq iddiaçı Azəriqaz” İstehsalat Birliyinin Azərbaycan X3 şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi hazırda iddiaçıya məxsusdur. İddiaçı məlumat üçün bildirir ki, uzun müddət həmin ünvanda yaşayış olmamış, qaz sayğacı isə xeyli müddətdir ki, quraşdırılmışdır. 15 iyun 2022-ci ildə mülkiyyətçisi olduğu ünvana aid qaz sayğacı koda bərpa olunmuşdur. Bu barədə Cavabdeh İB-nin nümayəndələri tərəfindən “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” AKT tərtib edilmişdir. 22 iyun 2022-ci il tarixdə cavadeh təşkilat tərəfindən verilmiş abonent saldosuna əsasən ona məlum olmuşdur ki, yekun borc 3075,84 manat təşkil etmiş, araşdırma aparıldıqdan sonra ona bildirilmişdir ki, qaz sayğacından qeyri-qanuni istifadə edilmişdir. İddiaçı bildirir ki, həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borclar ayba-ay gecikdirilmədən ödənilmiş və qaz xəttinə hər-hansı kənar müdaxilə edilməmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaşanmamışdır. Çünki, iddiaçı istehlakçı olaraq öz üstünə düşən öhdəlikləri yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Bundan baqa iddiaçı və ya ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə və ya digər təsir edilməmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona hesablanmış 3075.84 (üç min yetmiş beş manat səksən dörd qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ilə abonent İddiaçı ilə (bundan sonra – cavabdeh) arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonent İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00051 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacı olmadan özbaşına olaraq rezin boru vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə abonentin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən abonent tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 2022-ci ilin yanvar ayında 1347.84 manat; 2022-ci ilin fevral ayında 457.92 manat; 2022-ci ilin mart ayında 354.24 manat; 2022-ci ilin may ayında 915.84 manat; cəmi 3075.84 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar qarşılıqlı iddia ərizəsinə əlavə edilir). Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent Saldosu üzrə hazırda ümumi olaraq 3075.84 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İByə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Daha sonra abonent İddiaçı (bundan sonra – Cavabdeh) Xətai Rayon Məhkəməsinə «aktın qanunsuz hesab edilməsi və cərimənin silinməsi»tələbinə dair iddia ərizəsi ilə müraciət edərək “Təbii X4nın pozulması haqqında aktların ləğv edilməsi və 3075.84 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda qeyd olunan iddia ərizəsi üzrə 2(011)-5109/2022 saylı mülki iş məhkəmə baxışındadır. Tərəflərin izahatları: İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında ilk iddianı müdafiə edərək bildirdi ki, onun xəbəri olmadan Cavabdeh əməkdaşları tərəfindən sayğac çıxardılmış və yeni sayğac ilə əvəz edilənədək müvəqqəti təbii qazla təmin etmək məqsədi ilə təxmini 2 ay müddətində kənar xətt qoşmuşdur. Ş.Dadaşov itirilmiş qazın bərpası üçün hesabatın düzgün aparılmadığını və məhkəmədən ilkin iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdehin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında ilkin iddiaya etiraz edərək, qarşılıqlı iddianı müdafiə etdi və məhkəmədən ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, “Smart” tipli “G4” markalı sayğac çıxarılaraq “Smart” tipli “G4” markalı **********702 №-li sayğac ilə əvəz edilmişdir. “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir. “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir. “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ildə 3075,84 manat məbləğində borc hesablanmışdır İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5109/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən göndərilmiş məlumata əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də iddiaçının əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda yoxlama aparılaraq, ardıcıl olaraq iddiaçıya təbii X4nın pozulması ilə bağlı akt tərtib edilmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi Ş.Dadaşov tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. İlkin iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasını, qazın verilməsinin dayandırılması və dəymiş zərərin ödənilməsini dərhal cavabdehdən tələb edilməsi barədə qanunvericiliyin imperativ tələbinə riayət edilməsi iş materialları ilə müəyyən edilmir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd olunan dövrdə iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, qarşılıqlı iddia üzrə cavabdehin qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Belə ki, məhkəmə iş materiallarını araşdırarkən Cavabdeh cəriməni hansı hesablama qaydaları ilə apardığına, yəni heç bir hesablama düsturuna rast gəlmədiyindən, ümumiyyətlə belə bir düsturun mövcudluğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmadığından, məhkəmə saldoda göstərilən yalnız 1 ədəd 4 gözlü istifadəyə görə İddiaçı tərəfindən 103,68 manat məbləğində təbii qazdan istifadə edilməsini ağlabatan hesab edir. Ona görə də, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə cavabdehdən 3075,84 manat məbləğində cərimənin tələb edilməsi qeyri-realdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə qismən təmin edilərək, 2 ay ərzində günün 12 saatı qazdan istifadə edilməsi nəzərə alındıqda, İddiaçı cəmi 103,68 manat məbləğində cərimə borcu hesablanmalı və Cavabdeh tərəfindən İddiaçı hesablanmış 2972,16 manat məbləğində borc silinməlidir. Məhkəmə həm ilk iddia tələblərinə, həm də qarşılıqlı iddia tələbinin pulun tutulması ilə bağlı hissələrinə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia göstərilən rədd edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da ilkin iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ilkin iddia üzrə 2972,16 manat borc silinərək qismən qəmin olduğundan ilkin iddia üzrə cavabdehdən 49,72 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00051olan) hesablanmış 2972,16 (iki min doqquz yüz yetmiş iki manat on altı qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 49,72 (qırx doqquz manat yetmiş iki qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar