Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5139/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun və xx xxxxxxx 1959-cu il tarixdə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş səhvən X1 qeyd edilmiş doğum haqqında şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, qanunvericinin tələbinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən sənədlərdə şəxsin adının, ata adının və ya soyadının düz gəlmədiyi hallarda işə mülki məhkəmə icraatı qaydasında baxılmasını istisna edir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsinin məktubundan görünür ki, vətəndaşa qanuna müvafiq qaydada hüquqları izah olunmuşdur. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə belə hesab edir ki, ərizəçi Ədliyyə Nazirliyi tərəfindən verilmiş şəhadətnamədə yol verilmiş səhvin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir, bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməli, ərizəçiyə doğum akt qeydinə düzəliş edilməsi üçün aidiyyəti üzrə ilkin akt qeydini vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, onun imtinasını aldıqda isə aidiyyəti üzrə Bakı İnzibati məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə barədə 2(011)-5139/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə ilkin akt qeydini vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət etmək, onun imtinasını aldıqda isə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5139/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5139/2022
09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver