Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5140/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45 saylı evin 148 saylı mənzili barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 saylı Notariat Ofisində 16.04.2021-ci il tarixində təsdiq edilmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan, Bakı şəhəri,Xətai rayonu, Məhəmməd Hadi küşəsi, 45 saylı evin 148 saylı mənzili iddiaçıya məxsusdur və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində iddiaçının mülkiyyətim kimi qeydiyyata alınmışdır. İddiaçı 2016-cı ildən X3 şəhərinə köçmüş və orada yaşayır. 2018-ci ildə Bakı şəhəri, Sabunşu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 1200 kv.m olan torpaq sahəsini satmaq üçün Cavabdeh2 Dənəzxan qızına 10 aprel 2018-ci il tarixdə Bakı şəhərində yerləşən 18 saylı notariat kontorunda Cavabdeh2 etibarnamə verdi və Rusiya Fedarasiyasma qayıtdı. Elə həmin notariat kontorunda da Cavabdeh2 etibarnamə əsasında bağ sahəsini sənədləşdirmək üçün Aslanov Oqtay adlı şəxsə verdi. Son vaxtlar cavabdehlər Cavabdeh2 Dənəzxan qızının və Cavabdeh1in milli mentalitetimizə, ailə hüquq münasibətlərinə uyğun olmayan, azərbaycanlı ailəsinə ləkə gətirən hərəkətləri üzündən tərəflərin münasibətlərimiz pozulmuş, həddindən artıq kəskinləşmişdir. Məhz münasibətlərin kəskinləşməsi ilə əlaqədar Cavabdeh2 və Cavabdeh1 uzun illər ərzində ağır zəhmət bahasına aldğı, iddiaçının mülkiyyətimdə olan, mübahisə predmeti olan mənzilimi ələ keçirmək fikrinə düşürlər və bağ sahəsini sənədləşdirmək üçün iddiaçının verdiyi etibarnamə əsasında mülkiyyətində olan mənzili iddiaçının iradəmə zidd olaraq, iddiaçının xəbəri olmadan Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehin adına bağışlama müqaviləsi ilə sənədləşdirirlər. Onların bu qanunsuz hərəkətləri ilə bağlı iddiaçıya məlumat çatan kimi o, dərhal 10 aprel 2018-il tarixli etibarnaməni ləğv elətdirdi və pozulmuş hüquqlarımın bərpa olunması üçün məhkəməyə müraciət etmək etdi. Hesab edir ki, cavabdehlərin bu hərəkətləri qanuna ziddir. Odur ki, etibarnamə əsasında iddiaçının adından Cavabdeh2 Dənəzxan qızının imzası ilə iddiaçı ilə Cavabdeh1 arasında rəsmiləşdirilmiş, Bakı şəhəri 53 saylı Notariat ofisində təsdiq olunmuş, 10 aprel 2021-ci il tarixli bağışlama müqaviləsi məhkəmə qaydasında etibarsız hesab olunmalı, müqavilənin hüquqi nəticələri ləğv olunmalı və mənim pozulmuş hüquqlarım bərpa olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdə məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 53 saylı Notariat Ofisinin notarius Ələkbərova Səma ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 01.06.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanı ********** qeydiyyat nömrəli 22.04.2021-ci il tarixli elektron çıxarış ilə 53 saylı NO-nun 4ə- 897 reyestr nömrəli, 16.04.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Mülki iş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış 16.04.2021ci il tarixli 4ə-897 reyestrli daşınmaz əmlakın bağışlanması müqaviləsi üzrə 4ə-04-897 nömrəli notariat işinin surətindən görünür ki, 16.04.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini Cavabdeh1 mülkiyyətinə verir. Müqavilə İddiaçı əvəzinə Bakı şəhəri 18 saylı notariat ofisində 10.04.2018-ci il tarixdə verilmiş 7521 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 tərəfindən imzlanmışdır. Notariat işində olan Cavabdeh2 16.04.2021-ci il tarixli ərizəsinin, X4 və X5 etibarnamə üzrə nümayəndələri Cavabdeh2 tərəfindən imzalanmış 16.04.2021-ci il tarixli ərizələrin surətlərindən görünür ki, həmin şəxslər İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzili Cavabdeh1 bağışlanmasına etiraz etmirlər. Mülki iş materiallarında olan Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu Başirov Anar Dağbəyi oğlu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10.04.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün daşınan və daşınmaz əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı girov qoymaq və girovu qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və sairə səlahiyyətləri etibar etmişdir. Mülki iş materiallarında olan “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Bakı şəhəri 18 saylı Notariat Kontorunun xüsusi notariusu Başirov Anar Dağbəyi oğlu tərəfindən təsdiq edilmiş, 7E-7521 reyestr nömrəli 10.04.2018-ci il tarixli etibarnaməyə 18.05.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan Elektron Notariat” X1 Çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı etibar edən Cavabdeh2 vasitəsilə ilə etibar edilən X2 28.12.2018-ci il tarixli 5327 reyestr nömrəli etibarnamə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair etibar edəni Azərbaycan Respublikası bütün dövlət və qeyri-dövlət orqanlarında, idarə müəssisə və təşkilatlarında, o cümlədən Azərbaycan Respublikası Əmlak MƏsələləiri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsinə və digər aidiyyəti olan orqanlarda etibar edənin nümayəndəsi olmağı, adından sənədləşmə işlərini aparmağı, sənədləri və arayışları təqdim etməyi və almağı, lazımı sənədlərdə imza etməyi, adından ərizələr verməyi, ərizələrdə imza etməyi, dövlət rüsumu ödəməyi, adına olan torpaq sahəsinin sənədləşmə işlərini rəsmiləşdirilməsi ilə bağlı onu təmsil etməyi, kadastr planı, reyestrdən çıxarış almağı və ya dəyişdirməyi, əvəzindən imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi etibar edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün göstərilən şərtlərin olması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır. Hazırkı mübahisə üzrə isə bağlanmış borc müqaviləsinin etibarlılığını şübhə altına yuxarıda qeyd edilən hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iddiaçının, mübahisələndirilən bağışlama müqaviləsinin imzaladığı dövrdə tərəflər arasında münasibətlərin kəskin surətdə pozulduğuna görə iddiaçının cavabdeh X6 ünvan 2 ünvanında yerləşən mənzili bağışlanması ilə bağlı razılaşmanın mümkünsüz olduğu ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən bu halı təsdiq edəcək mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət video yazıları ilə bağlı qeyd edir ki, həmin video nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən qanunsuz yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcüdluğu iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessuaı Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 45 saylı evin 148 saylı mənzili barəsində Cavabdeh1 ilə iddiaçı arasında rəsmiləşdirilmiş Bakı şəhəri 53 saylı Notariat Ofisində 16.04.2021-ci il tarixində təsdiq edilmiş, reyestrdə 4Ə-897 nömrə ilə qeyd edilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5140/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5140/2021
28.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver