Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5141/2025 23.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nağızadə Gülnaz Nasir qızının katibliyi ilə, Ərizəçi "Daşınmaz Əmlakin Dövlət Kadastri və Reyestri" X26 8 saylı Cəlilabad Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İşin ərizədə qeyd edilən halları:
1. Ərizəçinin anası X10 22 iyun 2010-cu ildə Masallı rayonu Şərəfə kəndində vəfat etmişdir. Mərhum anasının adına Masallı rayonunda torpaq sahəsi olmuşdur. Ərizəçinin mərhum anasının, ərizəçinn özünün adının və digər ailə üzvlərinin adlarının qeyd olunduğu "Torpağın mülkiyyətə verilməsinə dair" JN -221A KOD 80526018 nömrəli şəhadətnamədə Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 62 saylı qərarına əsasən 0,40 ha torpaq sahəsinin X3 verildiyi qeyd olunmuşdur. Həmin şəhadətnamədə ərizəçinin anasının adı "Güldənə” yerinə texniki səhvə yol verilərək "Gülnənə" kimi qeyd olunmuşdur. Hal-hazırda torpaq sahəsini öz adına qeydiyyata alınması ilə bağlı aidiyyəti quruma müraciət etdikdə, şəhadətnamədə anasının adının səhv yazılmasına görə problemlər yaranmışdır.
Ərizəçinin tələbi:
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
3. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında qeyd etmişdir ki, özünün və qardaş-bacılarının sənədlərində anasının adının düzgün qeyd edildiyini, lakin barəsində müraciət etdiyi sənəddə anasının adının yanlış yazıldığını bildirmişdir. Anasının adı “Gülnənə” kimi qeyd edilmişdir, lakin anasının adı “Güldənə”-dir. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə AR MPMnin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır.
7. AZ-İİ 403619 №-li ölüm haqqında şəhadətnaməyə əsasən, X11 xx.xx.2010-cu ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 424 № ilə qeyd edilmişdir.
8. AZ 129053 №-li doğum haqqında şəhadətnaməyə əsasən, X5 valideynləri: atası- X18, anası X6r.
9. Masallı regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/16-5/8-33xx-xx/2025 №-li arayışa əsasən, xx.xx.1964-cü il təvəllüdlü X7 atası X19, anası X12 olmuşdur.
10. AZ-İ 306202 №-li doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi anası X12, atası X13r.
11. Masallı regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.1955-ci il tarixdə 16 №-li akt qeydi ilə tərtib edilmiş nikah haqqında şəhadətnaməyə əsasən, X20 və X12 rəsmi nikaha daxil olmuşdurlar. xx.xx.1994-cü il tarixində S.S.Ağayevin ölümü ilə nikahlarına xitam verilmişdir.
12. JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəadətnaməyə əsasən, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 62 saylı qərarına əsasən, X3 0,40 hektar torpaq sahəsi verilmişdir.
13. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Masallı Rayon İcra Hakimiyyəti Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli D-3-48-33RA/1-K- 121-006/2025 nömrəli arayışa əsasən, Masallı rayonunda fəaliyyət göstərən "Qeydiyyat Şöbəsi"-nin (əvvəlki VVAQ şöbəsi) ümumilikdə 1925-ci ildən 1948-ci ilə kimi olan bəzi sənədləri Masallı Rayon Dövlət Arxivinə verilmişdir. Arxivə verilən sənədlərin içində "Şərəfə" kəndinə aid doğum qeydləri aktlarının 1935-1940-cı illəri əhatə etdiyi, əvvəlki və sonrakı illərin sənədlərinin Masallı Rayon Dövlet Arxivinə təhvil verilmədiyi, həmin sənədlərin içərisində 1936-1937-1938-ci illər araşdırılmış, lakin 1937-ci ildə doğulmuş (sorğu ərizəsinde belə qeyd edilib) Cəlilova (Əzizova) Güldanǝ Mürsəl qızının doğum qeydinin aktına rast gəlinməmişdir. Arxivə verilmiş, "doğum qeydinin bərpası aktı”-nın sənədlərinin də araşdırıldığı, lakin məlumat tapılmadığı, bu səbəbdən də Cəlilova (Əzizova) Güldanə Mürsəl qızının, 1937-ci ildə Masallı rayonu Şərəfə kəndində doğulması ilə bağlı doğum qeydinin aktı barədə "arxiv arayış"-nın və ya "arxiv çıxarışı”-nın verilməsi imkanları xaricində olduğu bildirilmişdir.
14. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X26n 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı ərizəyə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-44/2-A-00xx-xx/2025 №-li müraciətin cavablandırılması barədə məktubla ərizəçi və ailə üzvlərinə verilən JN-221A KOD 80526018 nömrəli şəhadətnamədə ad, soyad və ata adının yalnış yazıldığını göstərərək, yalnışlığın düzəldilməsi üçün köməklik göstərilməsini xahiş edildiyi, ad, soyad və ata adının yalnış yazılması faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.
15. X21, X15, Ərizəçi imzaları ilə təsdiq etdikləri xx.xx.2025-ci il tarixli akta əsasən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən verilmiş JN-221A nömrəli, 80526018 kodlu Dövlət aktında torpaq mülkiyyətçilərindən X1, X8, X16, X9 adında (soyadında, ata adında) texniki səhvə yol verilmiş, uyğun olaraq X11, X17,
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi mərhum X2 oğludur və X10 xx.xx.2010-cu il tarixində ölmüşdür. Göründüyü kimi, ərizəçi X2 vərəsəsidir, mərhumun adının yalnış qeyd edilmiş sənədlərdə maraqlarına toxunulan hissədə düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ mövcuddur. Həmçinin, ərizəçi ərizəsində faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutları qeyd etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi hazırkı tələblə bağlı məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
20. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. (§17)
21. İş materiallarından müəyyən olunur ki, ərizəçinin anasının adı JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəadətnamədə fərqli göstərilmişdir.
22. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Masallı regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş xx.xx.1955-ci il tarixdə 16 №-li akt qeydi ilə tərtib edilmiş nikah haqqında şəhadətnamədə, Ərizəçi, X7, X5 doğum haqqında şəhadətnamələrinin "valideynləri" bölməsində (§8, §9, §10, §11) analarının soyadı, adı və ata adı “X22" olaraq yazılmışdır.
23. Beləliklə, ərizəçinin izahatı və iş materiallarında olan sübutlar əsasında ərizəçinin anasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixində verilmiş, JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə adının “X14” kimi qeyd edilməsinə baxmayaraq, əslində ərizəçinin anası X4 məxsus olması faktı tam sübuta yetirilir.
24. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, həmin fakt məhkəmə tərəfindən müəyyən olunur.
25. Bu hal ərizəçinin hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixində verilmiş, JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir.
Məhkəmə xərcləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixində verilmiş, JN-221A nömrəli, 80526018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin.
3. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər
Hakim: Samirə Eyvazova