Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5151/2021 11.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********82461 olan X1 7 markalı telefon, Xiaomi Mi qulaqlıq, aksesuar üçün 175 manat ödənilməmiş hissə, 17 manat cərimə, 17 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********17826 olan Samsung Galaxy A50 markalı telefon üçün 265 manat ödənilməmiş hissə, 26 manat cərimə, 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Philips markalı fen üçün 24 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla, ümumilikdə 509 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 21 iyul 2019-cu il, 17 sentyabr 2019-cu il və 20 noyabr 2019-cu tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh X1 7 markalı telefon, Xiaomi Mi qulaqlıq, aksesuar, Samsung Galaxy A50 markalı telefon və Philips markalı fen almış və nəticədə 509 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə cavabdehin 21 iyul 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 590 manat olan X1 7 markalı telefon, Xiaomi Mi qulaqlıq, aksesuar üçün ümumilikdə 192 manat olmaqla, 175 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu borcu; 17 sentyabr 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 702 manat olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 291 manat olmaqla, 265 manat ödənilməmiş hissə, 26 manat cərimə pulu borcu; 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə alğı-satqı qiyməti 110 manat olan Philips markalı fen üçün ümumilikdə 26 manat olmaqla, 24 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 938 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh X1 7 markalı telefon, Xiaomi Mi qulaqlıq, aksesuar, Samsung Galaxy A50 markalı telefon və Philips markalı fen almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 19 may 2021-ci il tarixə ümumilikdə 509 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 509 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 21 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 175 (yüz yetmiş beş) manat, dəbbə pulu 17 (on yeddi) manat, 17 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 265 (iki yüz altmış beş) manat, dəbbə pulu 26 (iyirmi altı) manat, 20 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 24 (iyirmi dörd) manat, dəbbə pulu 2 (iki) manat olmaqla, ümumilikdə 509 (beş yüz doqquz) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5151/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5151/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver