Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5166/2025 22.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun siliməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı cavabdeh “Azəristiliktəchizat’’ ASC tərəfindən istilik təchizatı xidmətinə görə iddiaçıdan tələb edilən 253,76 manat məbləğində hesablanmış borcun silinməsi, həmin borcun silinməyəcəyi təqdirdə isə 253,76 manat məbləğində haqqın iddiaçıdan tələb edilməsi ilə bağlı iddiaçıya narahatlıq gətirən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o Sarayevo 3, mənzil 54-də 2020-ci ildən yaşayır. Ona qədər, 8 ilə yaxın istilik pulu ödənilməyib, ondan həmin borcu istəməsinə baxmayaraq, 2020-2025-ci illərdə yəni 5 il, onun qapısını döyüb onun nüfuzuna xələl gətirib, şəxsiyyətini alçaldıb, onu müharibədə iştirak etdiyinə görə bir qədər pozulmuş əsəb sistemini daha da pozub. Ona görə ona nevroloji müalicə lazımdır, göstərilən səbəbləri nəzərə alaraq AİSC-nə təzminat ödəməsini tələb etmişdir. Xahiş edir ki, köməklik göstərilsin. İddianın dəlilləri: İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil 2020-ci il tarixdən onun mülkiyyətindədir. Həmin mənzili aldığı vaxtdan etibarən kommunal xidmətlərə görə haqları hər ay vaxtı-vaxtında ödəmişdir. Sonradan Cavabdeh ASC tərəfindən ona təqdim edilən bildirişlərdən məlum olmuşdur ki, mənzili alan zaman istilik təchizatı xidmətinə görə mənzilin əvvəlki sahibi tərəfindən ödənilməmiş 253,76 manat məbləğində borc qalmışdır. Bu səbəbdən hazırda Cavabdeh ASC həmin borcun ödənilməsini ondan tələb edir. Cavabdehin etirazının dəlilləri: Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-cı il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Xətai rayonu, Sarayevo küçəsi, 3 saylı yaşayış binası 6 saylı X1 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının 54 saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 253,76 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. İddiaçı özü etiraf etdiyi kimi Xətai rayonu, Sarayevo küçəsi,3 saylı yaşayış binasının 54 saylı mənzili 2020-ci ildə keçmiş mülkiyyətçi Azər Səfərov arasında daşınmaz əməlakın alqı-satqı müqaviləsi bağlanaraq mənzili almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 10-cu bəndinə əsasən “Alıcı”nın sahibliyinə verilənədək mənzilə dair əmlakın vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi “Satıcı”nın üzərinə düşür. Eyni zamanda da müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilərək notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilənin şərtlərinə görə iddiaçının daşınmaz əmlakı əldə etmədən öncə mənzilin kommunal borclarının olubolmaması barədə “Satıcı”dan tələb etmək hüququ olmuş, lakin İddiaçı tərəfindən hüquqlarına laqeyd münasibət bəslənərək kommunal xidmətlərə görə borcun olubolmamasına dair hər hansı bir arayış tələb olunmamışdır. Yuxarıda qeyd olunanları İddiaçı Cəmiyyətə qarşı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında izahat verərək cavabdehdən 5000 manat məbləğində təzminatın tutulmasını tələb etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində Əliyev Kamanın adına ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 03 mart 2020-ci il tarixdə satıcı Əliyev Kaman alıcı İddiaçı ipoteka saxlayan "xxxx" ASC-nin iştirakı ilə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzili 88.000 manata “Alqı-satqı və ipoteka” müqaviləsi ilə satmışdır. Mənzilə dair İddiaçı mülkiyyət hüququ xx.xx.2020-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cavabdeh ASC-nin 13 may 2024-cü il tarixli məktubuna əsasən, Cavabdeh ASC tərəfindən istilik haqları mənzillərin ümumi sahəsinə görə hesablanır. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən mənzilin istilik təchizatı araşdırılan zaman mənzilin mülkiyyətçisinin dəyişməsi zamanı alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin əvvəlki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətlərə aydınlıq gətirilməli idi. Lakin İddiaçı tərəfindən bununla bağlı heç bir zəruri tədbir görülməmiş və əvvəlki sakinlə aralarında alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır. xx.xx.2024-cü il tarixə mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə 248,94 manat məbləğində borc vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarı
1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.
“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9. İstilik təchizatı sektorunda fəaliyyət 9.1. İstilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növləri vardır: 9.1.1. istilik enerjisinin istehsalı; 9.1.2. istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi); 9.1.3. istilik enerjisinin satışı. 9.2. İstilik təchizatı subyektlərinin bu Qanunun 9.1-ci maddəsində göstərilən bir və ya bir neçə fəaliyyətlə məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.
Maddə 10. İstilik enerjisi istehsalçısının vəzifələri və hüquqları 10.1. İstehsalçının aşağıdakı vəzifələri vardır: 10.1.1. istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək; 10.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək; 10.1.3. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək; 10.1.4. balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək; 10.1.5. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək. 10.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir: 10.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq; 10.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək. 10.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.
Maddə 12. İstilik enerjisi satıcısının vəzifələri və hüquqları 12.1. Satıcının vəzifələri aşağıdakılardır: 12.1.1. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək; 12.1.2. alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internet saytında dərc etmək; 12.1.3. istehlakçılara hüquq və vəzifələrini izah etmək; 12.1.4. bu Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək; 12.1.5. istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək; 12.1.6. xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq. 12.2. Satıcının hüquqları aşağıdakılardır: 12.2.1. paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsini tələb etmək; 12.2.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək; 12.2.3. istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək. 12.3. Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.
Maddə 13. İstilik enerjisinin istehlakı 13.1. İstehlakçının vəzifələri aşağıdakılardır: 13.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək; 13.1.2. istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək; 13.1.3. paylayıcının səlahiyyətli nümayəndələrinin bu Qanunun 11.1.10-cu maddəsinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 11.1.9-cu maddəsinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək; 13.1.4. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək. 13.2. İstilik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır: 13.2.1. bu Qanunun tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək; 13.2.2. istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq; 13.2.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək. 13.3. Paylayıcının səlahiyyətli nümayəndələrinin istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 13.4. Satıcı ilə istilik enerjisinin alqı-satqı müqaviləsi bağlayan istehlakçının istilik enerjisi ilə təchizatı həmin satıcı ilə paylayıcı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. 13.5. Paylayıcının səlahiyyətli nümayəndələri istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin şəbəkəsində quraşdırılmış sayğacın oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar olaraq şəbəkəyə qanunsuz (paylayıcının razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 13.6. Qanunsuz qoşulma halları aşkar edildikdə, paylayıcı qanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istilik təchizatını dayandırmalıdır. 13.7. Şəbəkədə quraşdırılmış sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə paylayıcı: 13.7.1. bu barədə akt tərtib edir və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edir; 13.7.2. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktda inzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə göndərir; 13.7.3. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktda cinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini cinayət təqibi orqanına təqdim etməlidir. 13.8. İstilik enerjisinin talanmasında istehlakçının təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərər vuran şəxsdən tələb etməlidir. 13.9. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində paylayıcıya vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarla tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstilik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarı
1.2.2. abonent – enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş, istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni (bundan sonra – müqavilə) enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı;
1.4. İstilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir. 1.5. Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların 1 nömrəli əlavəsi, qeyri-əhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılır.
3. İstilik və isti su sayğaclarının quraşdırılması və istismarı 3.1. Müəssisə və istehlakçı arasında istilik və isti su təchizatı xidmətlərinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tipi təsdiq edilmiş müvafiq sayğac quraşdırılmalıdır. 3.2. Əhali qrupuna aid olan istehlakçılara göstərilən istilik təchizatı xidmətlərinin uçotu bu Qaydaların 3.4-cü bəndində nəzərdə tutulan hallar istisna olmaqla, binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırılmış sayğac vasitəsilə, isti su təchizatı xidmətlərinin uçotu isə mənzillərin və ya yaşayış evlərinin girişində və ya onların daxilində quraşdırılmış sayğac vasitəsilə aparılır.
5. Müəssisənin hüquqları 5.1. Müəssisənin hüquqları aşağıdakılardır: 5.1.1. istehlakçının təqsiri nəticəsində Müəssisəyə ziyan vurulduqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq maddi ziyanın ödənilməsini tələb etmək; 5.1.2. istilik və isti su təchizatı xidmətlərinin hesabı Müəssisə tərəfindən istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin tam məbləğdə ödənilməsini istehlakçıdan tələb etmək; 5.1.3. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada Müəssisənin səlahiyyətli nümayəndələrinin vəzifə borclarını yerinə yetirmək məqsədilə maneəsiz olaraq sahibkarlıq subyekti olan istehlakçıya məxsus əraziyə daxil olması və müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı araşdırmanın aparılması üçün şərait yaradılmasını sahibkarlıq subyekti olan istehlakçıdan tələb etmək.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzilin əvvəlki şahibi ilə Cavabdeh ASC arasında istilik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh ASC öz üzərinə istilik enerjisinin verilişini təmin etmək, istehlakçı isə istifadə etdiyi istilik enerjisinin dəyərini ödəmək öhdəliyini götürmüşdür. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzilin əvvəlki şahibinin istifadəsində olan zaman sonuncuya istilik enerjisindən istifadəyə görə Cavabdeh ASC tərəfindən 253,76 manat sərfiyyat borcu hesablanmışdır. Lakin Cavabdeh ASC öz üzərinə düşən öhdəliyi yerinə yetirsədə istehlakçı istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmişdir. Mənzilin sahibi Əliyev Kaman tərəfindən Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzil İddiaçı satılmışdır. Sözügedən mənzil xx.xx.2025-ci il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 3 ünvanında yerləşən 54 saylı mənzilin əvvəlki sahibinə Cavabdeh ASC ilə aralarında bağlanan istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq hesablanmış istifadə olunmuş istilik enerjisinin dəyəridir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həmin borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki hazırki iş üzrə subyektiv hüquq anlayışının birinci elementi və buna müvafiq olaraq ikinci və üçüncü elementləri mövcud olmadığından, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmadığından, İddiaçı Cavabdeh ASC-yə qarşı 253,76 manat məbləğində hesablanmış borcun silinməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə 253,76 manat məbləğində borcun iddiaçıdan tələb edilməsi ilə bağlı iddiaçıya narahatlıq gətirən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi tələbinə qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansısa qanunazidd narahatlıq gətirən hərəkətlərin edilməsi sübuta yetirilməmişdir. Odur ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə Cavabdeh ASC tərəfindən İddiaçı 5000 manat məbləğində təzminat ödənilməsi tələbinə qiymət verərək hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisəyə baxılarkən cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində tələbkarın fiziki və mənəvi sarsıntılar keçirməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması müəyyən edilməlidir. Lakin hazırki mülki iş üzrə cavabdehin iddiaçıya qarşı hər hansısa qanunsuz hərəkət və ya hərəkətsizlik etdiyi müəyyən edilməmişdir. Odur ki, iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh “Azəristiliktəchizat’’ ASC tərəfindən istilik təchizatı xidmətinə görə iddiaçıdan tələb edilən 253.76 manat məbləğində hesablanmış borcun silinməsi, həmin borcun silinməyəcəyi təqdirdə isə 253.76 manat məbləğində haqqın iddiaçıdan tələb edilməsi ilə bağlı iddiaçıya narahatlıq gətirən hərəkətlərin edilməsi cavabdehə qadağan edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı maddi təzminatın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova