Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5192/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X2, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, ərizəçi X1 yaşayış yeri ünvan 1 ünvanındadır. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, Ərizəçi yaşayış yeri ünvan 1 ünvanındadır. Hesab edirəm ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş aidiyyət qaydalarına ərizəçi tərəfindən düzgün riayət edilmədiyindən ərizə geri qaytarılmalıdır. MPM-nin 152-ci maddəsinə əsasən hakim iddia ərizəsinin qaytarılması barədə qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Həmin məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151, 153, 355-23.2-ci maddələrinə əsasən Q ə r a r a a l d ı m: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən qüsuru aradan qaldırdıqdan sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5192/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5192/2024
24.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver