Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5225/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, ərizəçi X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi X1 rayonu, Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.07 ha sahəsinə verilmiş JN-474 A (KOD ********) saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən "Firidun" adı ilə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilən AZ-İ 668422 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən "Firuddin" adının eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə üzrə icraata xitam edilməlidir. Belə ki, Aəzrbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Göründüyü kimi, məhkəmə tərəfindən müəyyən edilməli olan hüquqi faktların siyahısı qanunvericiliklə müəyyən edilmişdir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmənin müəyyən etməli olduğu hüquqi faktlardandır. Lakin ərizəçinin tələbi sənədin şəxsə məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi deyil, Xızı rayonu, Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.07 ha sahəsinə verilmiş JN-474 A (KOD ********) saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən "Firidun" adı ilə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilən AZ-İ 668422 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən "Firuddin" adının eyni şəxs olması faktının müəyyən edilməsi olduğundan hazırki hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin Xızı rayonu, Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.07 ha sahəsinə verilmiş JN- 474 A (KOD ********) saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən "Firidun" adı ilə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilən AZ-İ 668422 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən "Firuddin" adının eyni şəxs olması faktının müəyyən edilməsi faktının ümumi məhkəmə icraatı qaydasında müəyyən edilməsi mümkün deyildir. Sadalananlara əsasən, yolverilməzliyə görə ərizə üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 153-cü, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi X2 Xızı rayonu, Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarı ilə 0.07 ha sahəsinə verilmiş JN-474 A (KOD ********) saylı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən "Firidun" adı ilə Bakı şəhəri, Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü ildə verilən AZ-İ 668422 nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən "Firuddin" adının eyni şəxs olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5225/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5225/2024
14.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver