Məhkəmə qərarları › İş №2(011)-523/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-523/2022

16.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-523/2022 16.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən evə yazılmış 392 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16.02.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli MTT(011)-64/2021 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********10001) təbii qazın verilməsinin dayandırılması və smart karta edilən ödənişlərdən pul tutulmalarının aparılması Cavabdehnə qadağan olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından müvəqqəti təminat tədbiri barədə məhkəmə qərardadı ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsində yerləşən fərdi yaşayış evində (abonent kodu: **********10001) təbii qazın verilməsinin dayandırılması və smart karta edilən ödənişlərdən pul tutulmalarının aparılması Cavabdehnə qadağan olunması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli MTT(011)- 64/2021 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı ləğv edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar