Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5236/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X6 Cavabdehnə qarşı – cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən əsassız hesablanmış 2432 manat 27 qəpik +216 manat, cəmi 2648,27 (iki min altı yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 şəhəri, Zərdabi qəsəbəsi, ev 674 ünvanında yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən, iddiaçının ünvanında smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq, işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə ZENNER G4T tipli mexaniki qaz sayğacı quraşdırılan zaman, guya iddiaçı qazdan sayğaca müdaxilə etməklə istifadə etmiş, heç bir akt tərtib edilmədən ona 2020-ci ilin aprel ayında 2432,27 manat, 2020-ci ilin avqust ayında isə 216 manat əsassız borclar yazılmışdır. Qeyd edilən borc məbləği onun **********06740 saylı istehlakçı koduna borc kimi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşduqda, cavabdeh aktı təqdim edərək, təbii qazdan sayğaca müdaxilə etməklə istifadəyə hesablandığını bildirmişdir. İddiaçının mənzilinə xx.xx.2020-ci il tarixində ZENNER G-4T mexaniki tipli, **********2 nömrəli qaz sayğacı quraşdırılmış və o qeyd edilən gündən təbii qazdan həmin sayğac vasitəsilə istifadə etmişdir. Bundan öncə isə smart tipli qaz sayğacı olmuşdur. Bu səbəbdən hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən müəyyən edilmiş 2648,27 manat cərimə pulu əsassız olduğu üçün silinməlidir. İddiaçı X6 məhkəmə iclasında iştirak etməmiş, lakin ərizə ilə məhkəməyə müaciət edərək, işə iştirakı olmadan baxılaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərdi ki, X6 ilə bağlanmış xx.xx.2020-ci il tarixli 28499-09-20 saylı “Qazpaylayıcı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinə əsasən yaşadığı evdə təbii qazdan istifadə etməklə abonent kimi Xaçmaz xidmət sahəsində qeydiyyatdadır. Abonentin qazdan istifadəyə görə yaranmış sayğacla müəyyən edilən debitor borcu 2634,50 manat olduğuna görə təbii qazın verilişini dayandırmamaq məqsədi ilə onun üçün xx.xx.2016-cı il tarixdə 3E Proqramına (ödənişin 50%-nin borcdan çıxılması) keçirtmək şərti ilə SMART tipli 1402AZ**********96 saylı sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixdə həmin sayğac qaz xəttindən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmiş, abonent üçün ZENNER G-4T mexanika markalı **********2 saylı sayğac quraşdırılmışdır. Bu vaxt X3 2432,27 manat debitor borcu var idi. SMART tipli 1402AZ**********96 saylı sayğacın Dövlət yoxlamasının nəticələrinə uyğun olaraq tərtib edilmiş 29/170-01057-1 saylı aktın rəyinə əsasən abonent barəsində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş və onun hesabına itirilmiş qazın bərpası olaraq 2160 m3 və ya 216 manat ziyan işlənilmişdir. Abonentin borcunun çoxalmasını nəzərə alaraq, onun üçün öz ərizəsinə əsasən 3E Proqramına keçməklə xx.xx.2022-ci il tarixdə yenidən ZENNER G-4T SMART tipli **********140 saylı sayğac quraşdırılmışdır. Hal-hazırda abonent X3 2279,67 manat borcu vardır ki, bunun da 2063,67 manatı sayğacla müəyyən olunan debitor borcu, 216 manat isə itirilmiş qazın bərpası üçün “Təbii qazdan istifadə qaydalarının pozulması” aktına əsasən hesablanmış ziyan məbləğidir. 2. X3 iddia ərizəsində əsassız kimi qeyd etdiyi 2432,27 manat borc, xx.xx.2016-cı il tarixdə 1402AZ**********96 saylı SMART tpli sayğac quraşdırılarkən hissə-hissə köçürülməsini etiraf etmiş, 2634,50 manat borcun köçürülməmiş qalan hissəsidir. Qeyd olunanlar abonentin saldosu ilə təsdiqini tapır. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, X5 qazdan istifadəyə görə 2432,27 manat borc hesablanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarınn pozulması haqqında” ******* saylı aktdan görünür ki, 216 manat (2160 m3 x 0,10 manat = 216 manat) məbləğində borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, X5 məxsus Quba şəhəri, Zərdabi qəsəbəsi fərdi evə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ZENNER G-4T SMART tipli **********140 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli ******* saylı aktından görünür ki, xx.xx.2020-ci il tarixdə SMART tipli 1402AZ**********96 saylı sayğac qaz xəttindən açılaraq növbədənkənar dövlət yoxlamasına göndəriləcəyi qeyd edilərək, abonent üçün ZENNER G-4T mexanika markalı **********2 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2016-cı il tarixli ******* saylı aktından görünür ki, xx.xx.2016-cı il tarixdə PQ4 mexaniki sayğacdan 01618200 saylı plomb çıxarılaraq, abonent üçün SMART tipli 1402AZ**********96 saylı sayğac quraşdırılmışdır. İş materiallarında olan İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşma protokolundan görünür ki, Quba şəhəri, Zərdabi qəsəbəsi fərdi evdə yaşayan X3 xx.xx.2022-ci il tarixə təbii qazın istifadəsinə görə yaranmış borcu 2289,67 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı X1 şəhəri, Zərdabi qəsəbəsi, ev 674 ünvanında yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən, iddiaçının ünvanında smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçı hər ay mütəmadi olaraq, işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə ZENNER G4T tipli mexaniki qaz sayğacı quraşdırılan zaman, ona məlum olmuşdur ki, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı üzrə ona 2020-ci ilin aprel ayında 2432,27 manat, 2020-ci ilin avqust ayında isə 216 manat borclar hesablanmışdır. Qeyd edilən borc məbləği onun **********06740 saylı istehlakçı koduna borc kimi qeyd edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşduqda, cavabdeh aktı təqdim edərək, təbii qazdan sayğaca müdaxilə etməklə istifadəyə hesablandığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Məhkəmə həmçinin iddiaçı tərəfindən imzalanmış “İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor borcun ödənilməsi barədə” xx.xx.2022-ci il tarixli razılaşma protokolunu əqd kimi qiymətləndirmədiyindən, qeyd edir ki, protokol iddiaçının Cavabdeh qarşısında hər hansı öhdəliyinin yaranması üçün əsas ola bilməz. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2648 manat 27 qəpik məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********06740) üzrə X5 hesablanmış 2648 manat 27 qəpik (iki min altı yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) manat məbləğində borc silinsin. 46,47 (qırx altı manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5236/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5236/2022
05.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver