Məhkəmə qərarları › İş №2(011)-524/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-524/2024

24.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-524/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı X3 Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X6 Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi, iddiaçıya görə əsassız hesablanmış 1180,80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X4 07 iyul 2018-ci il tarixdə Cavabdeh İB ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış yeni qaz sayğacı quraşdırıldı və əvvəlki sayğac çıxarılıb aparıldı. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında akt tərtib edilmişdir. Sonuncu dəfə Cavabdeh İB tərəfədinən 2022-ci il tarixdə sayğac dəyişdirilmiş və iddiaçıya 1180,80 manat məbləğində borc hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - X1 barəsində xx.xx.2020-ci il tarixində, xx.xx.2020-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş, aktda təbii qazdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi qeyd edilmişdir (xx.xx.2020-ci il tarixli ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”, xx.xx.2020-ci il tarixli ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”); - X2 abonent hesabından görünür ki, onun evində bir ədəd qeyri standart su qızdırıcısı və dəmir soba mövcuddur, istehlakçıya tərtib edilmiş aktlara əsasən 2020-ci ilin yanvar və fevral ayları üzrə, ümumilikdə 1180,8 manat məbləğində borc hesablanmışdır (**********10000 abonent kodlu saldo); - Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində tərtib edilmiş aktlara əlavə edilmiş foto şəkillər iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yerləşən torpaq sahəsində iddiaçı və onun iki qardaşına məxsus evlər yerləşir. Qeyd edilən ünvanda təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində qeyri-qanuni müdaxiləyə xas (qaynaq yeri, rezin şlanq) müəyyən edildi. “ İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəmədə verilmiş izahatlar və tərtib edilmiş aktlar əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanında yerləşən fərdi yaşayış evində qeyri-qanuni kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ın tərtib edilməsi, akta əsasən dəymiş ziyanın cavabdehdən tələb edilməsi qanunidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində Cavabdehnə vurulan ziyanın 1180,80 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Belə ki, Cavabdeh İB tərəfindən dəymiş ziyanın həcmi hesablandığı zaman qanunvericiliyin tələbləri pozularaq, evdə quraşdırılmamış 4 qoz plitənin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla, 24 saat üzrə 120 gün hesabat müddəti əsas götürülməklə hesablanmışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hesablama düzgün olmamışdır, dəymiş ziyanı hesablanması məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, 90 gün hesabat müddəti üzrə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış QSSQ (1,5 m3), dəmir sobanın (1,4 m3) maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla, 90 gün 12 saat hesabat müddətinə görə hesablanaraq (1,5x12x90=1620m3, 1,4x12x90=1512m3, 3 3 1620+1512=3132m , 3132m x0,10=313,2 manat) 313,2 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 867,6 (1180,8 -313,2 = 867,6) borc məbləği əsassız hesab edilərək silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, təmin edilmiş iddia tələbinə mütənasib olaraq hesablanmış məhkəmə xərcinə daxil olan 30,0 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zərdabi küçəsi, döngə 1, ev 6 ünvanı üzrə İddiaçı (abonent kodu: **********10000) hesablanmış 867,6 (səkkiz yüz altmış yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. 30,0 (otuz manat) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar