Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5242/2021 19.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı kondisioner üçün 573 manat ödənilməmiş hissə, 172 manat dəbbə pulu; 22 iyul 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********40636 olan X6 markalı telefon üçün 240 manat ödənilməmiş hissə, 72 manat dəbbə pulu; 29 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********93939 olan X5 7 markalı telefon üçün 223 manat ödənilməmiş hissə, 58 manat dəbbə pulu; 22 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********03511 olan Samsung Galaxy A70 markalı telefon üçün 549 manat ödənilməmiş hissə, 157 manat dəbbə pulu borcu; 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31054 olan Xiaomi Redmi 8 markalı telefon üçün 379 manat ödənilməmiş hissə, 112 manat dəbbə pulu olmaqla, ümumilikdə 2.535 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 09 iyun 2019-cu il, 22 iyul 2019-cu il, 29 avqust 2019-cu il, 22 sentyabr 2019-cu il və 30 dekabr il tarixli müqavilələrə əsasən, cavabdeh Hoffmann markalı kondisioner, X6 markalı telefon, X5 7 markalı telefon, Samsung Galaxy A 70 markalı telefon, Xiaomi Redmi 8 markalı telefon almış və nəticədə 2.535 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 09 iyun 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.310 manat olan Hoffmann markalı kondisioner üçün ümumilikdə 745 manat olmaqla, 573 manat ödənilməmiş hissə, 172 manat cərimə pulu borcu; 22 iyul 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 480 manat olan X6 markalı telefon üçün ümumilikdə 312 manat olmaqla, 240 manat ödənilməmiş hissə, 72 manat cərimə pulu borcu; 29 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 591 manat olan X5 7 markalı telefon üçün ümumilikdə 281 manat olmaqla, 223 manat ödənilməmiş hissə, 58 manat cərimə pulu borcu; 22 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 900 manat olan Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə 706 manat olmaqla, 549 manat ödənilməmiş hissə, 157 manat cərimə pulu borcu; 30 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 414 manat olan Xiaomi Redmi 8 markalı telefon üçün ümumilikdə 491 manat olmaqla, 379 manat ödənilməmiş hissə, 112 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.731 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək onun qismən təmin olunmasını xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında 09 iyun 2019-cu il, 22 iyul 2019-cu il, 29 avqust 2019-cu il, 22 sentyabr 2019-cu il və 30 dekabr il tarixli tarixli alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Hoffmann markalı kondisioner, X6 markalı telefon, X5 7 markalı telefon, Samsung Galaxy A 70 markalı telefon, Xiaomi Redmi 8 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 25 may 2021-ci il tarixə onun cəmi 2.535 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 09 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 172 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, 22 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 72 manat dəbbə məbləği azaldılaraq 7 manat məbləğində, 29 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 58 manat dəbbə məbləği azaldılaraq 5 manat məbləğində, 22 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 157 manat dəbbə məbləği azaldılaraq 15 manat məbləğində, 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 112 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 09 iyun 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 573 manat, dəbbə pulu 10 manat, 22 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 240 manat, dəbbə pulu 7 manat, 29 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 223 manat, dəbbə pulu 5 manat, 22 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 549 manat əsas, dəbbə pulu 15 manat, 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 379 manat əsas, dəbbə pulu 10 manat olmaqla, ümumilikdə 2.011 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 09 iyun 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 573 (beş yüz yetmiş üç) manat, dəbbə pulu 10 (on) manat, 22 iyul 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 240 (iki yüz qırx) manat, dəbbə pulu 7 (yeddi) manat, 29 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 223 (iki yüz iyirmi üç) manat, dəbbə pulu 5 (beş) manat, 22 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 549 (beş yüz qırx doqquz) manat əsas, dəbbə pulu 15 (on beş) manat, 30 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 379 (üç yüz yetmiş doqquz) manat əsas, dəbbə pulu 10 (on) manat olmaqla, ümumilikdə 2.011 (iki min on bir) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-5242/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5242/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver