Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5253/2023 04.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, iddiaçı X2, cavabdeh X3, cavabdeh ,Maraqlı şəxs2 Səmiyat qızının iştirakı ilə iddiaçı X2 cavabdehlər X7, X4 və Maraqlı şəxs2 qarşı mənzilin açıq hərracdan satılması, əldə edilmiş vəsaitin bölüşdürülməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X8 cavabdehlər X11, X1 və Maraqlı şəxs2 qarşı Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və satışdan əldə olunan pul vəsaitinin övladları arasında bərabər bölüşdürülərək, cavabdeh X6 pul vəsaitinin verilməklə mənzildə çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iclasında iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçı verdiyi izahatında göstərmişdir ki, X7 onun oğludur. O, mübahisəli mənzildə yaşayır. İddiaçı mənzili sataraq əldə edilmiş vəsaitləri övladları arasında bölüşdürülməsini istəyir, lakin cavabdeh X7 buna etiraz edir, mənzilin satılmasına imkan vermir. Mənzilin tam payla ona keçməsini istəyir. Cavabdehlərin etirazının dəlilləri Cavabdeh X7 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, mənzilin satılmasına etiraz etmir. O, mübahisəli evdə ailəsi birlikdə yaşayır. Lakin iddiaçı mənzili ucuz qiymətə satmaq istəyir. Belə olan halda ona çatası pul ilə ona özünə ev ala bilməyəcək, ailəsi evsiz qalacaq. Cavabdeh X5 məhkəmə iclasında iddianı qəbul etdiyini bildirdi, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılsa da, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasında cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları - Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzil X2 xüsusi mülkiyyətindədir. - Maraqlı şəxs2, X4, X7 Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzil ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - X7 Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə mənzilin açıq hərracdan satılması, mənzil ümumi paylı mülkiyyətdə olduğu halda, və mənzildə payın satınalması ilə bağlı mülkiyyətçilər razılığa gələ bilmədikləri halda, mülkiyyətçilərdən birinin iddiası əsasında məhkəmə yolu ilə mümkündür. Lakin, Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzil iddiaçı X2 xüsusi mülkiyyətindədir. Mənzil iddiaçıya tam payla məxsusdur. Belə olan halda, iddiaçı qanunda müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, mənzil üzərində sərəncam hüququnun həyata keçirilməsi məqsədi ilə iddiaçının məhkəməyə müraciət etməsi üçün zərurət yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və satışdan əldə olunan pul vəsaitinin iddiaçının övladları arasında bölüşdürərək, cavabdeh X6 pul vəsaiti verilməklə mənzildən çıxarılmasına dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı X8 cavabdehlər X11, X1 və Maraqlı şəxs2 qarşı Bakı şəhəri Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 128 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və satışdan əldə olunan pul vəsaitinin övladları arasında bərabər bölüşdürülərək, cavabdeh X6 pul vəsaitinin verilməklə mənzildə çıxarılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5253/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5253/2023
04.10.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver