Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-526/2024 07.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin ******* nömrəli, 30 dekabr 2022-ci il tarixli aktı əsasında iddiaçına məxsus olan ünvan 3 mənzilə qanunsuz olaraq hesablanmış 3.952,68 manat cərimə məbləğinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ev İddiaçı Sultan oğlunun mülkiyyətindədir. Qeyd olunan mənzil üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 18 mart 2023-cü il tarixdə qeydiyyata alınmış və bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. 30 dekabr 2022-ci il tarixdə Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ünvan 1 ünvanında yaşayan istehlakçı X2 barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Baxış keçirilən zaman abonentin mənzilində təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunur. Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Hicran Abbasov tərəfindən imzalanmış Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən ünvan 2 ünvanında “Qazdan istifadə qaydalarının tələbləri”nə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olnmuşdur. İcra olunacaq tədbirlər siyahısında sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilməli, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmalı və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunmalıdır. Dəymiş ziyanının bərpasına əsaslar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təstiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qaz bərpa edilməlidir. Dəymiş ziyan həcminin hesablanması qismində qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, kombinin maksimal saatlıq qaz sərfi 2.6 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirlmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin qeyd edilmişdir: 2x24x360-10368m, 6x24x360-22464m². Ona görə ki, iddia ərizəsində 19 dekabr 2018-ci il tarixdə X3 məxsus yaşayış evinə baxış keçirilməsi, mənzil sahibi tərəfindən təbii qazdan qeyri-qanuni “qaz xəttinə baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsi ilə qazdan qeyriqanuni istifadəsi) istifadə halı aşkar edilməsi və bu barədə ******* saylı 19 dekabr 2018-ci il tarixli aktın tərtib edilməsi” qeyd olunsa da əsl həqiqətdə cavabdehin ünvanına ümumiyyətlə baxış keçirilməmiş, sayğaca baxış keçirilməsindən isə cavabdehin ümumiyyətlə məlumatı olmamışdır. Cavabdehin yaşadığı ünvana quraşdırılmış qaz sayğacı cavabdehin evində və ya həyətində deyil, çöl tərəfdən darvazaya yaxın yerdə yerləşir. Cavabdeh əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilməsindən və qaz xəttinə baxış zamam sayğacdan kənar rezin boru vasitəsinin aşkar edilməsindən xəbərsizdir. Belə rezin boru nə cavabdeh, nə də ki onun ailə uzvləri quraşdırmamışdır. Hətta həmin rezin borunun həqiqətən aşkar edilməsi belə şübhə altındadır. Sayğacdan konar boru vasitəsinin aşkar edilməsi qeyd olunsa da, qazın talanması və ya qazdan istifadə qaydalarının pozulması faktları üzrə səlahiyyətli şəxs tərəfindən qanunla müəyyən edilmiş qaydada araşdırma aparılaraq, təqsirli şəxsin məsuliyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş X1 Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən X1 Agentliyi (bundan sonra Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra müvafiq saha) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.5-ci bəndinə əsasən müvafiq sahədə istehsalçılar, təchizatçılar. ötürücülər, paylayıcılar və istehlakçılar arasında mübahisələrə baxmaq Agentliyin fəaliyyət istiqamətinə daxildir. Həmin Nizamnamənin 3.1.11-ci bəndinə əsasən Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, aşağıdakı vəzifəni yerinə yetirir: Nazirliyin müəyyən etdiyi bölgüyə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş, Nazirliyin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edir. AR İXM-nin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 282.2-ci maddəsinə əsasən təbii qazdan istifadə qaydalarının pozulmasına görə fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə görə Bu maddədə “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Beləliklə, cavabdeh X5 tərəfindən ona məxsus yaşayış evində quraşdırılmış sayğacdan kənar boru vasitəsindən istifadə edilməsi və təbii qazın talanması faktı, həmçinin Qazdan istifadə qaydalarının tələblərini pozaraq qaz sayğacıma müdaxilə etməklə sayğacı yararsız hala salması mötəbər dəlillərlə öz təsdiqini tapmır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, izahatında bildirmişdir ki, iddiaçı sayğacın yerləşdiyi mənzili alğı-satqı müqaviləsi əsasında almış, hazırda həmin evdə sayğac istifadəsi iddiaçıya məxsusdur. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 3 ünvanda yerləşən evi 27 fevral 2023-cü il tarixli alğı-satqı müqaviləsi əsasında X4 almışdır. Həmin fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüquqları reyestrdə 18 mart 2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçıya məxsus ünvan 3 ünvanda quraşdırılmış **********00002 abonent kodlu sayğac X2 adına rəsmiləşdirilmişdir, lakin sayğacdan istifadə faktiki olaraq iddiaçıya məxsusdur. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 dekabr 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilin noyabr ayında 12.84 manat, dekabr ayında 3.939,84 manat olmaqla, ümumilikdə 3.952,68 manat borc hesablanmışdır və həmin borc məbləği cavabdeh tərəfindən iddiaçıdan tələb edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının abonent hesabına 2022-ci ilin dekabr ayında hesablanmış 3.939,84 manat məbləğində cəriməni qanunsuz hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurması halı sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna 2022-ci ilin dekabr ayında hesablanmış 3.939,84 manat məbləğində borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına 2022-ci ilin noyabr ayında hesablanmış 12.84 manat məbləğində borca münasibətdə qeyd edir ki, borcun hansı akta əsasən, nə səbəbdən tələb edilməsi məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, cavabdeh tərəfindən cərimənin yazılmasına əsas olan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına 2022-ci ilin noyabr ayında yazılmış 12.84 manat məbləğində borcun ondan tələb edilməsinin qanunsuz olduğu qənaətinə gəlir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00002 saylı abunə koduna 2022-ci ilin noyabr ayında yazılmış 12.84 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 3.939,84 manat olmaqla, ümumilikdə 3.952,68 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 59.53 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00002 saylı abunə koduna 2022-ci ilin noyabr ayında yazılmış 12.84 manat, 2022-ci ilin dekabr ayında hesablanmış 3.939,84 manat olmaqla, ümumilikdə 3.952,68 (üç min doqquz yüz əlli iki manat altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 59.53 (əlli doqquz manat əlli üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-526/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-526/2024
07.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver