Məhkəmə qərarları › İş №2(011)-5269/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5269/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5269/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «xxxxxxxxxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********00459 olan “X1 7” markalı telefon üçün 545 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********10670 olan “HuaweiY9” markalı telefon, “Mi” markalı qol saatı üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən “Lenovo” markalı Notebook üçün 544 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, iki ədəd “Xiaomi Mi band 4” markalı qol saatı üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, ümumilikdə 1873 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********00459 olan “X1 7” markalı telefon, İMEİ Kodu **********10670 olan “Huawei Y9” markalı telefon, “Mi markalı qol saatı”, “Lenovo” markalı Notebook, iki ədəd “Xiaomi Mi band 4” markalı qol saatı almış və nəticədə 1873 manat borc yaranmışdır, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 673 manat (12 ay x 56 manat + 1 manat ilkin ödəniş) İMEİ Kodu **********00459 olan “X1 7” markalı telefon üçün ümumilikdə 599 manat olmaqla ondan 545 manat ödənilməmiş hissə, 151 manat (0.56 manat x 270 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 54 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 694 manat (12 ay x 50 manat + 94 manat ilkin ödəniş) olan İMEİ Kodu **********10670 olan “Huawei Y9” markalı telefon üçün ümumilikdə 495 manat olmaqla ondan 450 manat ödənilməmiş hissə, 105 manat (0.5 manat x 210 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 45 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 706 manat (12 ay x 54 manat + 58 manat ilkin ödəniş) olan “Lenovo” markalı Notebook üçün 598 manat olmaqla ondan 544 manat ödənilməmiş hissə, 129 manat (0.54 manat x 240 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 54 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 180 manat (6 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan iki ədəd “Xiaomi Mi band 4” markalı qol saatı üçün 181 manat olmaqla ondan 165 manat ödənilməmiş hissə, 45 manat (0.3 manat x 150 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunaraq 16 manat cərimə pulu borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 549 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00919245 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxxxxxxxxx” İMEİ Kodu **********00459 olan “X1 7” markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00933976 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxxxxxxxxx” İMEİ Kodu **********10670 olan “Huawei Y9” markalı telefonu, “Mi” markalı qol saatını müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00967725 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxxxxxxxxx” “Lenovo” markalı Notebooku müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01052865 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən, “xxxxxxxxxxx” iki ədəd “Xiaomi Mi band 4” markalı qol saatını müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********00459 olan X1 7 markalı telefon üçün borcu ödənilməmiş məbləğ 545 manat, cərimə borcu 54 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 599 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********10670 olan Huawei Y9 markalı telefon, Mi markalı qol saatı üçün borcu ödənilməmiş məbləğ 450 manat, cərimə borcu 45 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 495 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə Lenovo markalı Notebook üçün ödənilməmiş məbləğ 544 manat, cərimə borcu 54 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 598 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə iki ədəd Xiaomi Mi band 4 markalı qol saatı üçün ödənilməmiş məbləğ 165 manat, cərimə borcu 16 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 181 manat, cəmi ödənilməmiş məbləğ 1704 manat, cərimə borcu 169 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1873 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********00459 olan X1 7 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********10670 olan Huawei Y9 markalı telefon, Mi markalı qol saatı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Lenovo markalı Notebook Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, iki ədəd Xiaomi Mi band 4 markalı qol saatı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «xxxxxxxxxxx» MMC ilə Cavabdeh arasında İMEİ Kodu **********00459 olan X1 7 markalı telefon, İMEİ Kodu **********10670 olan Huawei Y9 markalı telefon, Mi markalı qol saatı, Lenovo markalı Notebook, iki ədəd Xiaomi Mi band 4 markalı qol saatına dair xx.xx.2019cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 545 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 450 manat ödənilməmiş hissə, 45 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 544 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 165 manat ödənilməmiş hissə, 16 manat cərimə, ümumilikdə ödənilməmiş borcunun məbləği 1873 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********00459 olan X1 7 markalı telefon üçün 545 manat ödənilməmiş hissə, 54 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********10670 olan Huawei Y9 markalı telefon, Mi markalı qol saatı üçün 450 manat ödənilməmiş hissə, 45 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən Lenovo markalı Notebook üçün 544 manat ödənilməmiş hissə, 54 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, iki ədəd Xiaomi Mi band 4 markalı qol saatı üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə; ümumilikdə 1873 manat ödənilməmiş borcunun məbləği Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsas borc kimi 545 manat , cərimə kimi 54 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən əsas borc kimi 450 manat, cərimə kimi 45 manat , xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən əsas borc kimi 544 manat, cərimə kimi 54 manat, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən əsas borc kimi 165 manat, cərimə kimi 16 manat, ümumilikdə 1873 (min səkkiz yüz yetmiş üç) manat məbləğdə pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar