Məhkəmə qərarları › İş №2(011)-5278/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5278/2022

28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5278/2022 28.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı - “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh ASC-nə qarşı – iddiaçının hüquqularını qoruyub ünvan 1 ünvanında yerləşən mənzilə almadığı istilik üçün yazılmış 303,86 manat borcun Cavabdeh ASC tərəfindən silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdir ki, ünvan 1 iddiaçıya məxsusdur. Həmin mənzildə uzun müddətdir ki, istilik yoxdur. Hər dəfə Cavabdeh ASC- nin əməkdaşları da təsdiq edirlər ki, mənzilə istilik daxil olmur. Səbəbini soruşanda iddiaçıya onların borcu binanı istiliklə təchiz etmək olduğunu və əgər istilik iddiaçının evində yoxdursa onlara aidiyatı olmadığını cavabını vermişlər. Mənzilə baxış keçirilən zaman iddiaçının məınzilində heç bir problem olmadığı təsdiqlənmişdir. Lakin iddiaçıya Cavabdeh ASC tərəfindən borc yazılır. Cavabdehə edilən müraciət nəticəsiz qaldığı üçün iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Cavabdeh ASC tərəfindən verilmiş bildiriş-xəbərdarlığın surətindən görünür ki, həmin ünvana yazılmış istilik borcu 303,86 manatdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Rüstəmov Məzahir küçəsində istifadədə olan 0.21218 ha torpaq sahəsində yerləşən 21 nömrəli, 9 mərtəbəli binada yerləşən 46.73 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 62 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 12026 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Səhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1618/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 iddia tələbi təmin edilərək, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 21 saylı evin, 64 saylı mənzili (abonent kodu: **********64) üzrə Cavabdeh ASC tərəfindən hesablanmış 273 (iki yüz yetmiş üç) manat məbləğində borc silinmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 1001 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı”nın 1.3-cü bəndinə əsasən Bakı şəhərində istilik təchizatı problemlərinin aradan qaldırılması üçün tədbirlərin görülməsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə tapşırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ev xətlərə qoşulduğuna baxmayaraq istiliklə təchiz olunmur. İddiaçı dəfələrlə Cavabdeh ASC-yə müraciət edərək, mənzilinin istiliklə təmin olunmasını xahiş etmiş, lakin iddiaçıya məxsus mənzilə istilik təmin olunmamışdır.Cavabdehin nümayəndəsinin məhkəmənin hazırlıq iclasında verdiyi izahatından Cavabdeh ASC ilə iddiaçı arasında müqavilə bağlanmadığı müəyyən olunmuşdur. Maddəni işin hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvan istiliklə təchiz edilməmişdir. Göstərilməyən xidmətə görə iddiaçıdan hər hansı ödəniş tələb edilməsi qanunsuzdur. Odur ki, iddia təmin edilərək, hesablanmış borc silinməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan az olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 21 saylı evin, 62 saylı mənzili üzrə Cavabdeh ASC tərəfindən hesablanmış 303,86 (üç yüz üç manat səksən altı qəpik) manat məbləğində borc silinsin. Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar