Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5278/2023 05.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı MMC-nin Cavabdeh qarşı - Cavabdeh 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 mart 2023-cü il tarixə 429.62 manat gecikdirilmiş əsas, 26.07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 321.71 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan , "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 130 manat, ümumilikdə 907.40 manat borc və ödənilmiş 30.40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2019-cu il buraxılışlı, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE166696 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi’’nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X2 illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 25 noyabr 2019-cu il tarixdə X2, Cavabdeh və “Azərmaş" MMC arasında MAS-1028 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 01 mart 2023-cü il tarixdə 440 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan , "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 130 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 27 mart 2023-cü il tarixə ümumilikdə 777.40 manat məbləğində gecikmə borcu yaranmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İş materiallarına əlavə edilmiş: İş materiallarında olan, xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsinin əsas məbləğini 13300 manat təşkil edir. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" markalı, ağ rəngli avtomobil satıcı Azkron MMC tərəfindən verilmiş, İddiaçı MMC ilə X2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli “öhdəliklərin ötürülməsi müqaviləsin”dən görünür ki, öhdəlikləri ötürən X2, öhdəlikləri qəbul edən isə Cavabdehdur. İş materiallarında olan, xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, X1 istifadəsində olan, İddiaçı MMC-nin mülkiyyətində olan "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən təhvil verilmiş, Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan, “avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil vermiş, X5 tərəfindən təhvil alınmışdır.Nəqliyyat vasitəsində əzilmiş hissələr kimi xırda cırıqlar, batıqlar göstərilmişdir. İş materiallarında olan,xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə “Daxili lizinq” müqaviləsinin 9-cu bəndinə əsasən müqavilə 15 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borc ödənilmədiyi halda məhkəmə tələb olunacağı bildirilmişdir. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, borclu Cavabdeh 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 429.62 manat gecikdirilmiş əsas, 26.07 manat gecikdirilmiş mükafat və 321.71 manat cərimə borcu vardır. İş materiallarında olan, “ADR-Body & Paint Shop” servisi tərəfindən tərtib edilən qüsur aktından görünür ki. "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 130 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 21.1- ci maddəsinə əsasən "zərərin əvəzinin ödənilməsini tələb etmək hüququn malik olan şəxs ona vurulmuş zərərin əvəzini tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21,2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər. əmlakından məhrum olması və ya əmlakının zədələnməsi( real zərər ), habelə hüququ pozulmuş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1096.1 maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxarana təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir.( hərəkət və ya hrəkətsizlikdir)”. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.7-ci maddəsinə əsasən, lizinq alan, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirir. Lizinq obyekti olan əmlakın əsaslı təmiri, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq verən tərəfindən aparılır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X2 arasında 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və müqavilənin predmeti "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Daha sonra X2 xx.xx.2019-cu il tarixli müqavilə ilə öhdəliklərini Cavabdeh ötürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış lizinq müqaviləsi əsasında onların birinin digəri qarşısında müqavilədən irəli gələn öhdəlikləri yaranmışdır. Lizinq müqaviləsinə əsasən, lizinq şirkəti üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq predmeti olan avtomobili Cavabdeh istifadəsinə vermiş, lakin lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alanın lizinq verənə əsas və cərimə borcu yaranmışdır. Həmçinin Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 mart 2023-cü il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 130 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı əsas və faiz (mükafat) məbləğlərini tələb etməkdə haqlıdır. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq məbləği və faiz (mükafat) məbləğinin ödənilməsi tələb etməkdə haqlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən dəbbə pulunun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir və iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbə pulunun 321.71 manat məbləğində deyil, 45 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkmə həmçinin iddianın "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 130 manat məbləğində pulun tutulmasına dair hissəni araşadıraraq hesab edir ki iddia tələbi bu hissədə əsaslıdır.Belə ki, iş materiallarında olan, “ADR-Body & Paint Shop” servisi tərəfindən tərtib edilən qüsur aktında 130 manat ziyanın dəyməsi halı öz əksini tapmışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 429.62 manat gecikdirilmiş əsas, 26.07 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 45 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan , "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 130 manat, ümumilikdə 630.69 manat məbləğində borc Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 12 iyul 2019-cu il tarixli MAS-1028 saylı “Daxili lizinq" müqaviləsinə əsasən 429.62 (dörd yüz iyirmi doqquz manat, altmış iki qəpik) manat gecikdirilmiş əsas, 26.07 (iyirmi altı manat, yeddi qəpik) manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 45 (qırx beş) manat dəbbə pulu, həmçinin lizinq obyekti olan , "xxxx" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 130 (yüz otuz) manat, ümumilikdə 630.69 (altı yüz otuz manat, altmış doqquz qəpik) manat məbləğində borc Cavabdeh alınaraq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5278/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5278/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver