Məhkəmə qərarları › İş №2(011)-529/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-529/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-529/2021 12.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ünvan 1 ünvanında yerləşən 132 nömrəli mənzildən kompensasiya ödənilmədən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, mənzil 132 ünvanında yerləşən 4 otaqlı mənzil order əsasında iddiaçının qayınanası X5 verilmişdir. Qayınanası xx xxxxxx 1983-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra ev keçmiş Şaumyan rayonu X21 İcrayə Komitəsinin xx xxx 1985-ci il tarixli qərarına əsasən evə dair maliyyə - hesab vərəqəsi iddiaçının əri X8 adına dəyişdirilmişdir. Oğlu X1 (Məmmədova) Mirvari Zakir qızı ilə ailə heyatı qurmuş və gəlin onların evinə qeydiyyata düşmüşdür. Ailəli olduğu dövrdə onların uşaqları olmamışdır. Oğlunun yoldaşından yəni, hazırki iş üzrə Cavabdeh xx xxxxxxx 2012-ci il tarixdə nikahları pozulmuşdur. Cavabdeh elə həmin il xx xxxxxx 2012-ci tarixdə Mövsümov Hakim Səfəralı oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Nikah Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsində 2062 saylı akt qeydi rəsmiləşdirilmişdir və həmin nikah da halhazırda qüvvədədir. Cavabdeh 2012-ci ildən qeydiyyatda olduğu ünvanda yaşamır, bunu qonşular tərəfindən tərtib olunmuş akt da təsdiq edir. Cavabdehin ünvan 1, mənzil 132 ünvanında qeydiyyatı formal xarakter daşıyır. İddiaçı dəfələrlə aidiyyəti orqanlara müraciət edərək, evi öz adına özəlləşdirmək istəsə də, cavabdehə görə maneələr yaranmışdır. Cavabdeh 2012-ci ildən yoldaşı Mövsümov Hakim Səfəralı oğlu ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 217 ünvanda yaşayır. Cavabdehin ünvan 1, mənzil 132 ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını pozur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh faktiki yaşayış yeri məlum olmadığından, məlum olan axırıncı yaşayış yeri - ünvan 1 ünvanında yerləşən 132 nömrəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Cavabdehin ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat verilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iş materiallarında olan Azərbaycan SSR Bakı şəhər X15 xx.xx.1982-ci il tarixli 208553 saylı orderin surətindən görünür ki, X2 rayonu, Əhmədlidə yerləşən 2/39 saylı evin 8-ci blok 8-ci mərtəbədəki yaşayış sahəsi 60,48 kv.metr olan 4 otaqlı 132 nömrəli mənzili tutmaq hüququna malikdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 402575 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.1983-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şaumyan rayonu X21 İcrayə Komitəsinin xx xxx 1985-ci il tarixli qərarına əsasən, 73 nömrəli evin 132 nömrəli 4 otaqlı mənzilinə dair maliyyə-hesab vərəqəsinin X11 adına keçirilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 545318 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən X17 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan АЗ seriyalı 159621 nömrəli Nikah haqqında şəhadətnaməyə əsasən X17 və X3 nikahının bağlanması haqqında xx.xx.1969-cu il tarixdə 2185 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan АZ-İ seriyalı 198269 nömrəli Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X18 və X4 nikahının ləğvi haqqında xx.xx.2012-ci il tarixdə 425 nömrəli akt qeydi tərtib edilmişdir, nikah ləğv olunandan sonra kişiyə Məmmədov, qadına Bədirxanova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********37 nömrəli məktubuna əsasən ünvan 1, 132 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli M-310 nömrəli məktubuna əsasən İddiaçı bildirilmişdir ki, Gəncə pr-ti ev 73, mənzil 132-nin kirayə müqaviləsinin onun adına dəyişdirilməsinə dair ərizəsi üzrə gəlinləri M.Z.Məmmədovanın razılıq ərizəsi rayon İcra Hakimiyyətinə təqdim edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli notarial təsdiq olunmuş akta əsasən X12, X19, X13 bu aktı tərtib etmişdirlər ondan ötrü ki, X14 2009-cu il tarixdən bugünə qədər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 73 saylı evin 132 nömrəli mənzilində yaşamır. Məhkəmə hesab edir ki, mübahisəyə düzgün hüquqi qiymət verilməsi üçün ilk olaraq, İddiaçı hazırki iddia ilə müraciət etmək hüququnun olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbini irəli sürmək hüququna yalnız o şəxs malikdir ki, onun həmin sahəyə hər hansı bir qanunla qorunan hüququ (mülkiyyət, istifadə və s.) mövcud olsun. Məhkəmə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnu araşdıraraq hesab edir ki, mübahisəli mənzilə dair kirayə müqaviləsinin iddiaçının rəhmətə getmiş ərinin adına bağlanılmışdır. Hal-hazırda iddiaçı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yuxarıda qeyd edilən mənzil kirayə müqaviləsinin onunla bağlanılmasını xahiş etmiş, lakin müqavilənin dəyişdirilməsi dair cavabdeh Mövsumova Mirvari Zakir qızının razılıq ərizəsi İcra Hakimiyyətinə təqdim edilmədiyindən mənzil kirayə müqaviləsində müvafiq dəyişikliklərin edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə gözlənilən sahiblik və istifadə hüququnun olması ehtimalına əsaslanaraq, iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, X28 Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx xxxxxx 2015ci il tarixli qərarında göstırilmişdir: 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda «qanunidir». Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Həmçinin X28 Məhkəməsi “Önər Yıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki mübahisənin hüququ əsasını təşkil edən “Azərbaycan SSR Mənzil məcəlləsinin təsdiq edilməsi haqqında” x xxxx 1982-ci il tarixli Azərbaycan Sovet Sosialist Respubliksının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə uyğun olaraq, şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qərarının 2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı aylığa və daha uzun müddətə başqa yerə getməsi bu şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi şəxsin yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi həmin şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdüyü müəyyən edildiyi halda mümkündür. Məhkəmə prosesi zamanı cavabdehlərin daimi yaşamaq üçün mübahisəli mənzildən 2009-cu ildən köçdüyü sübut edilmişdir. Sadalananları əsas gətirərək, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir iddia əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 132 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 132 nömrəli mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar