Məhkəmə qərarları › İş №2(011)-5321/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5321/2022

27.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5321/2022 27.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 5.066,99 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 13 saylı evdə yaşayır. Həmin evə dair iddiaçı ilə cavabdeh arasında qazın alğısatqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində iddiaçının mənzilinə smart tipli qaz sayğacı quraşdırılmışdır. İddiaçı qaz sayğacının kartı vasitəsilə pul məbləği yükləyərkən kartın blokda olduğunu görmüş, Bakı regional qazın satışı departamentinə müraciət etmişdir. Ona sayğacın işlək vəziyyətdə olmadığı və itirilmiş qaz sərfiyyatına görə 5066,99 manat borc yazıldığı bildirilmişdir. İddiaçı tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-yə vurulmuş zərərin ümumilikdə 5.066,99 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə İddiaçı arasında qaz paylayıcısı ilə qazın alğı-satqısı barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında Cavabdeh İB cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Abonent yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq, qaz sayğacından kənar rezin boru vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən abonentin təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında cəmi 5.230,40 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Abonent tərəfindən Cavabdeh İB-yə ödənilməli borc məbləği abonent saldosu üzrə hazırda aktlara görə ümumi olaraq 5.230,40 manat təşkil edir. Bu borcdan cavabdehin apardığı ödənişlər üzrə 531.87 manat tutulma olmuş, bundan öncə cavabdehin 2011-ci il üçün 77.58 manat debitor borcu vardır. 2016-cı ildə sayğac dəyişilən zaman sayğacın üzərində 286.90 manat ödənilməmiş borcun olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və qarşılıqlı iddiaya etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İBnin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə Cavabdeh İB-nin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia isə rədd olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, İddiaçı yaşadığı mənzilə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilə 5.066,99 manat borcu yaranmışdır. 26 oktyabr 2022-ci il tarixdə iddiaçının yaşadığı mənzilə yerli baxış keçirilərkən başlanğıc nöqtəsini sayğacdan götürən qaz xəttinə heç bir əlavə kənar xəttin qoşulmadığı müəyyən edildi. Cavabdeh İB tərəfindən iddiaçıya məxsus ünvana aid olduğu istinad edilən fotoşəkillər üzrə yerində baxış zamanı iddiaçıya məxsus ünvanda yerləşən sayğac eyniləşdirilərək müəyyən edilmişdir ki, şəkilləri təqdim olunan sayğac iddiaçının evində quraşdırılmış sayğacla eynilik təşkil etmir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 5.066,99 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 5.066,99 manat borcun silinməsi barədə ilkin iddia tələbi təmin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00581 saylı abunə koduna hesablanmış 5.066,99 manat məbləğində borc silinməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək belə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh İB iddia ərizəsində cavabdeh İddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə etməsinə istinad edərək cavabdehin qeyrihüquqi hərəkəti nəticəsində qaz itkisinin yarandığını və nəticədə təşkilata maddi zərər vurulduğunu qeyd etmiş, lakin həmin qanunsuz hərəkətin cavabdehin təqsiri ucbatından olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, işin bu halı məhkəmə iclasında sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00581 saylı abunə koduna hesablanmış 5.066,99 manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İB tərəfindən 70.67 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edildiyindən Cavabdeh İB tərəfindən ödənilmiş 70.67 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00581 saylı abunə koduna hesablanmış 5.066,99 manat məbləğində borc silinsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Cavabdeh tərəfindən ödənilmiş 70.67 (yetmiş manat altmış yeddi qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar