Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5326/2022 02.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçiyə məxsus şəxsiyyət vəqisəsində və ona məxsus fərdi yaşayış evinə dair texniki pasportda ata adı fərqli yazılmışdır.
2. Ərizəçinin şəxsiyyət vəsiqəsində, habelə ona məxsus xx.xx.1988-ci il tarixdə verilmiş Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair Qeydiyyat vəsiqəsində adı soyadı və ata adı “Ərizəçi”, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə hazırlanmış texniki pasportda isə “Ərizəçi Mikayıl qızı” kimi qeyd edilmişdir.
3. Ərizənin və ona etirazın dəlilləri:
4. Ərizənin dəlilləri:
5. Ərizəçi Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasportda “Ərizəçi Mikayıl qızı”nın Ərizəçi ilə eyni şəxs olması və həmin texniki pasportun Ərizəçi məxsus olmasına dair faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçinin nümyəndəsi sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasportun Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Abşeron rayon XDC İcraiyyə komitəsinin 08/08 nömrəli, 29 yanvar 1988-ci il tarixli qərarı əsasında Bakı şəhəri Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair ona Qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin həmin fərdi yaşayış evinə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport da vardır. Lakin texniki pasportda ata adı səhvən Mikayıl yazılmışdır. Belə ki, o, fərdi yaşayış evinin sənədləşməsi üçün Maraqlı şəxs 1 saylı Bakı ərazi İdarəsinə müraciət etmişdir. Əməkdaşların xx.xx.2022-ci il tarixli **********01 nömrəli məktubla bildrimişlər ki, Ərizəçi Mikayıl qızının adına Bakı şəhəri Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Bakı şəhəri Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə tərtib edilmiş texniki pasportda “Ərizəçi Mikayıl qızı”nın Ərizəçi ilə eyni şəxsdir və həmin texniki pasport ona məxsusdur. Ona görə də bu barədə məhkəməyə müraciət elmək qərarına gəlmişdir.
8. Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
9. Maraqlı şəxsin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. Ərizəçinin nümayəndəsi məhkəmədə ərizəsinə uyğun izahat verərərək, təmin edilməsini xahiş etdi.
12. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
15. Maddə 307.2.5. Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.
16. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
17. İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
19. Yuxarıda qeyd edilən müddəalara əsasən hüquqi əhəmiyyəti olan faktların məhkəmə tərəfindən müəyyən edilməsi üçün əsasən 2 şərt tələb olunur: birincisi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi onu irəli sürən şəxs üçün hüquqi nəticələr yaratmış olsun, yəni şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə nəticələnsin, ikincisi, tələbi irəli sürən şəxsin hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsini məhkəmədən kənar başqa qaydada əldə edə bilməsin (yaxud hüquqi əhəmiyyəti olan faktla bağlı müvafiq sənədi başqa qaydada ala bilməsin).
20. Surətləri iş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə müəyyən edilir ki, ərizəçinin ata adı rəsmi sənədlərin bir neçəsində fərqli göstərilmişdir.
21. Belə ki, AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsində, Abşeron rayon XDC İcraiyyə Komitəsi tərəfindən xx.xx.1988-ci il tarixində verilmiş ünvan 1 ünvanına dair qeydiyyat vəsiqəsində və iyul 2004-cü il tarixində verilmiş, 77 inventar nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda ərizəçinin soyadı, adı və ata adı “Ərizəçi” olaraq yazılmışdır.
22. Lakin Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə hazırlanmış texniki pasportun surətindən görünür ki, ərizəçinin ata adı “Misir” əvəzinə “Mikayıl” kimi yazılmışdır.
23. Qeyd edilən rəsmi sənədlərin bir neçəsinin surətindən görünür ki, ərizəçinin atasının adı “Misir”, yalnız Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsi, 50 saylı fərdi yaşayış evinə dair 1993-cü il tarixdə hazırlanmış texniki pasportda atasının adı “Mikayıl” kimi qeyd olunmuşdur.
24. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatı və iş materiallarında olan sübutlar əsasında ərizəçiyə verilmiş Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 50 nömrəli yaşayış evinə dair tərtib edilmiş texniki pasportun X1 məxsus olması faktı tam sübuta yetirilir.
25. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, həmin fakt məhkəmə tərəfindən müəyyən olunur.
26. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 50 nömrəli yaşayış evinə dair tərtib edilmiş texniki pasportda ərizəçinin ata adının düzgün yazılmaması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin hüquqmüəyyənedici sənədi başqa qaydada əldə edə bilmədiyindən, eləcə də, yəni müəyyən edilməsi tələb edilən hüquqi fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsi ilə bağlı olduğundan ərizə təmin edilməlidir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun sovxozu, Naximov küçəsində yerləşən 50 nömrəli fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportun Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı