Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5328/2024 24.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlər ayrıca yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Ərizədə iddiaçının ad, soyad, ata adı- İddiaçı Hüseynxan oğlu qeyd edilsə də iddiaçının şəxsiyyətini təsdiq edən sənəddə İddiaçı, ərizəyə əlavə edilmiş digər sənədlərdə isə X1 olaraq qeyd edilmişdir. Belə ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edən sənədləri ərizəyə əlavə etmədiyindən, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə (abonent saldosu, akt və tələbnamələrdə) iddiaçının soyadı və ata adı ilə iddia ərizəsində qeyd edilən soyadı və ata adı arasında aşkar uyğunsuzluq olduğundan və hal-hazırda ilkin sübutlar işə baxılması üçün kifayət etmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır.
5. İddiaçıya qeyd edilən hallar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.
6. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 157-159, 263-264-cü maddələrini rəhbər tutub QƏRARA ALDİ:
1. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova