Məhkəmə qərarları › İş №2(011)-5331/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5331/2024

27.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5331/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏNETDİ: Ərizəçi xx.xx.2012-ci il təvəllüdlü nəvəsi X2 üzərində qəyyum və himayəçi təyin edilməyi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə mübahisələrə baxılmasının ümumilikdə 4 icraat növü nəzərdə tutulmuşdur. Bunlar ümumi iddia icraatı, əmr icraatı, kiçik iddialar üzrə sadələşdirilmiş icraat və xüsusi iddia icraatıdır. Hər bir icraat növündə işlərə baxılmasının ümumi cəhətləri ilə bərabər, xüsusi əlamətləri də var. Ərizəçi xüsusi iddia icraatı qaydasında ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi iddia icraatı qaydasında ərizələrə baxılmasının xüsusiyyətləri Mülki Prosessual Məcəllənin 305.1-ci maddəsində göstərilmişdir. Ərizədən də görüdüyü kimi, ərizəçi nəvəsinin üzərində qəyyum və himayəçi təyin edilməsi ilə bağlı tələb irəli sürsə də xüsusi iddia icraatı qaydasında işlərə baxılmasını nəzərdə tutan MPM-nin 305.1-ci maddəsində belə bir iddia növü nəzərdə tutulmamışdır. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, ərizəçi ərizəsinə tələbini əsaslandırdığı sənədləri əlavə etmədiyindən və hazırki ərizəyə xüsusi icraat qaydasında baxıla bilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Digər bir tərəfdən məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il təvəllüdlü nəvəsi X2 atası X1, valideynlik hüquqlarından məhrum edilməmişdir. AR Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinə tələbini əsaslandırdığı sənədləri əlavə etmədiyindən, iddia ərizəsi imzalanmadığından, eləcə də, iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsi barədə qəbzi iddia ərizəsinə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 150-152-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Ərizəçi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar