Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5345/2025 25.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə (kod: **********10380) xx.xx.2022-ci il tarixinə 293,76 manat, xx.xx.2022-ci il tarixinə 293,76 manat və xx.xx.2022-ci il tarixinə 293,76 manat (2022-ci ilin yanvar, fevral, mart ayrları üzrə) yazılmış əsassız borcların silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı qazla təmin edilmiş, iddiaçı istifadə etdiyi sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında ona xx.xx.2022-ci il tarixinə 293.76 manat, xx.xx.2022-ci il tarixinə 293,76 manat və xx.xx.2022-ci il tarixinə 293.76 manat borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir və işə onun iştirakı olmadan baxılması barədə məhkəməyə yazılı ərizə ilə müraciət etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iştirak etmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 237/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh İB-nə qarşı iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən evə (kod: **********10380) 29 yanvar 2022-ci il tarixinə 293.76 manat, 28 fevral 2022-ci iİ tarixinə 293.76 və 31 mart 2022-ci il tarixinə 293.76 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı qazla təmin edilmiş, iddiaçı istifadə etdiyi sərfiyyata uyğun qazın dəyərini ödəmişdir. “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında ona xx.xx.2022-ci il tarixinə 293.76 manat, xx.xx.2022-ci il tarixinə 293,76 manat və xx.xx.2022-ci il tarixinə 293.76 manat borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən hesablanmış borc onun abonent koduna əsassız olaraq işlənmişdir. Tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Küçədə quraşdılmış qaz sayğacına kimin müdaxilə etməsindən hər hansı məlumatı yoxdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı **********10380 saylı abunə koduna 28 fevral 2022-ci il tarixində hesablanmış 293.76, 31 mart 2022-ci il tarixində hesablanmış 293.76 manat və 29 aprel 2022-ci il tarixində hesablanmış 293.76 manat olmaqla, ümumilikdə 881.28 (səkkiz yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcunun silinməsi, Cavabdehndən 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 65 (altmış beş) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, 17 mart 2025-ci il tarixli qətnaməsinin mətnində və nəticə hissəsində qeyd edilmiş “**********10380” abonent kodu “**********10380” kimi oxunması qərara alınmışdır. Göründüyü kimi, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixinə 293,76 manat, xx.xx.2022-ci il tarixinə 293,76 manat və xx.xx.2022-ci il tarixinə 293,76 manat məbləğində (2022-ci ilin yanvar, fevral, mart ayrları üzrə) borcun hesablanması ilə bağlı tərəflər arasında yaranmış mübahisə daha əvvəl əvvəl Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən araşdırılmışdır. Bununla da, hazırda silinməsi tələb olunan borcun yaranması əsaslarına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir, həmin qətnamə hüquqi qüvvəsini almışdır. Eyni borcun və ya onun bir hissəsinin silinməsinə dair başqa bir hüquqi əsasla yenidən iddia qaldırılması hüquqi müəyyənlik və preyudisiallıq prinsipləri ilə uzlaşmır. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bununla da, eyni tərəflər arasında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlara, yəni eyni əsaslara söykənən ümumilikdə 881,28 manat məbləğində borcun hesablanmasının qanuniliyinin yoxlanılması ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi mövcud olduğundan iddia tələbləri üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim mülki iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, qaz təchizatına görə borcun hesablanması üzrə mülki işə daha əvvəl məhkəmənin icraatında baxılmaqla, yekun məhkəmə aktı çıxarıldığından və artıq həmin məhkəmə aktı qanuni qüvvəsini aldığından, hazırki iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış mübahisə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-237/2025 saylı, xx.xx.2025-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-5345/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5345/2025
25.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver