Məhkəmə qərarları › İş №2(011)-5390/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5390/2022

15.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5390/2022 15.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “aktın ləğvi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “aktın ləğvi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus olan ünvan 1 ünvanına (abonent kodu: **********00700) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1512 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında “qaz paylayıcı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 03/4007 saylı müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixdə Birliyin nümayəndələri 1002AQ**********6 nömrəli, G4 markalı sayğaca baxış keçirmiş və sayğacda ALARM-1 rejimi aşkar edilmişdir. Həmin tarixdə tərtib edilmiş ******* nömrəli akt və ona dair verilmiş icra vərəqəsi xx.xx.2019-cu il tarixində ******* saylı akt ilə ünvan 2 ünvanından əvəzləmə adı ilə Azəriqaz İB-nin əməkdaşları tərəfınfən icra edilmişdir. Sayğac əvəzləmə adı ilə sökülüb aparılsa da bu sayğaca dair yoxlama aktı təxminən 7 aydan sonra, yəni xx.xx.2020-ci il tarixində tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacda ALARM-1 rejimi mövcuddur və o Azəriqaz İB-nin hesabına görə güya 90 gün ərzində gündə əvəzini ödəmədiyi halda sutkada 6 saat və hər saat ərzində 4 kub.m olmaqla 2160 kub.m qaz sərf etmişdir və 216 manat məbləğində cərimə olunmuşdur. Lakin belə bir hal mümkün deyil. Qaz sayğaclarının xüsussiyyətlərinə görə smart karta yüklənən məbləğ qədərində istehlakçı qazdan istifadə edə bilir və bundan başqa bir hal ola bilməz. Qaz sayğacında problem olması halında nə ondan istifadə edə bilərdi nə də qaz sayğacında güya aşkar edilən ALARM-1 rejiminin müəyyən edilməsi 7 ay çəkərdi. Azəriqaz İB xx.xx.2019-cu il tarixində AKX-01430xx/xx-2019 saylı müqavilə bağlamış və yeni smart G4 tipli **********2 nömrəli sayğac quraşdırmışdır. Həmin bu sayğaca xx.xx.2021 -ci il tarixində Azəriqaz İB-nin əməkdaşları baxış keçirmiş və ******* saylı akt tərtib etmişlər. Tərtib edilmiş ******* saylı aktda qeyd olunur ki, **********00700 nömrəli abonentin sayğacdan kənar xətti aşkar edilmişdir. Həmin akt da tərtib olunarkən aktın surəti verilməmiş və xəbəri olmamışdır. Aktda qeyd olunan “Abonentin sayğacdan kənar qaz xəttinin olması” sözləri isə ağ yalan, şər böhtandır. Heç vaxt sayğacdan kənar qaz xətti olmayıb və belə işlərlə heç vaxt məşğul olmamışdır. xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən xx.xx.2021 -ci il tarixində icra vərəqəsi verilmiş və tamamilə cəfəngdən ibarət olan bu icra vərəqəsində qanunsuz və əsassız olaraq güya əvəzsiz olaraq 12960 kub.m qazdan istifadə etdiyi və buna görə də Azəriqaz İB-nə 1296 manat məbləğində borcunun olması qeyd edilmişdir. Hər iki akt tərtib edilən günə qədər qaz sayğacından normal istifadə etmiş, ona heç bir kənar müdaxiləsi olmayıb, hər ay üçün abonent saldosunda qedy edildiyi kimi ödənişləri olub. Həmişə də ödənişinə uyğun qazdan istifadə etmişdir. Hər iki aktın ləğv edilməsinə görə dəfələrlə Azəriqaz İB-nə müraciət etmiş, borcun silinməyini tələb etmişdir. Lakin müraciətləri heç bir nəticə verməmişdir. Hesablanmış qeyri-qanuni məbləğləri hər dəfə smart karta müəyyən bir məbləğ yükləyib onu sayğaca oxudanda hissəvi olaraq tutuluduğunu görmüşdür. Hesab edir ki, qeyri-qanuni və əsassız olaraq yazılmış borca görə tutulmuş bu məbləğlər geri qaytarımalıdır. Təbii X7na riayət etmiş, təbii qazdan istifadəyə görə yaranmış borcları vaxtlıvaxtında ödəmişdir. Lakin cavabdeh müəssisənin əməkdaşları tərəfindən vaxtaşırı qanunsuz yoxlamalar apararaq fəaliyyətinin dayandırılmasına əsas olmuşlar, bununla da istehlakçı hüquqlarını pozmuşlar. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi o deyil, cavabdeh daşıyır. Cavabdehin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tam əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar əsaslıdır və bu əsasları aşağıda göstərilən təsnifatlandırmada isbat etməklə iddiaya qarşı etirazını bildirir. xx.xx.2020-ci il tarixində əməkdaşlar iddiaçının mənzilinə gələrək qaz xəttinə və qaz sayğacına baxış keçirdikləri zaman müəyyən etmişdilər ki, iddiaçı qaz sayğacına müdaxilə etmiş və buna görə də, sayğac təhqiq edilməsi üçün laboratoriyaya Dövlət yoxlamasına göndərilmiş və bununla bağlı sayğaca müdaxilə faktını təsdiq edən MSK29/1710- 02600 saylı rəy verilmişdir. Bunun əsasında Azəbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X7”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-cı bəndinin (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) , habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və həcmində qazın itirildiyi müəyyən edilmişdir. Bu isə 2160 m3 x 0.10 = 216 manat miqdarında borcun yaranmasına səbəb olmuşdur. Borc iddiaçının **********00700 saylı istehlakçı koduna qeyd edilmişdir. xx.xx.2021-ci il tarixində yenidən iddiaçının mənzilinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, istehlakçı sayğacdan kənar əlavə qaz xətti vasitəsilə təbii qazdan istifadə edir. Bununla bağlı ******* saylı akt tərtib edilmiş və Azəbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “X7”nın 6.5 bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və 12960 m3 qazın itirildiyi müəyyən edilmişdir. Bu isə 12960x0.10= 1296 manat təşkil edir. Faktla bağlı yerində fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddi tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 saylı evə dair **********00700 nömrəli abonent kodu iddiaçının adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı 1002AQ**********6 nömrəlı sayğac G-4 markalı **********2 nömrəlı sayğacla əvəzlənmişdir. İş materiallarında olan Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2020-cu il tarixli 29/1710-02600 №-li Aktına əsasən G-4 markalı 1002AQ**********6 №li sayğacın klapanı işlək deyil.ALARM-1 rejimi aşkar olundu. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 evdə sayğacın klapanının işlək olmadığı, ALARM-1 rejimi aşkar edilmişdir. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış cəmi 2160 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 evdə sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar edilmiş və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İstehlakçının aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. X3 xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 12960 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 saylı evə (abonent kodu: **********00700) aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 1512 manat təşkil edir xx.xx.2022-ci il tarixli, 3/1350 saylı ekspert rəyinə görə, ekspertə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 saylı evdə qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xəttin çəkilməsi müşahidə olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X7”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz, edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə görə, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, M.Maqomayev küçəsi ünvanında yerləşən 70 saylı evdə qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, həmçinin, təqdim olunmuş ekspert rəyi ilə iddiaçıya məxsus evdə sayğacdan kənar qaz xəttinin çəkildiyi məyyən olunmadığından iddia tələbl təmin edilərək, cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında ünvan 1 ünvanına (abonent kodu: **********00700) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1512 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 35,12 manat dövlət rüsumu və ekspertiza tədqiqatının dəyəri 64 manat cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvanına (abonent kodu: **********00700) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1512 (bir min beş yüz on iki) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. X2 dövlət rüsumuna görə 35,12 (otuz beş manat 12 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar