Məhkəmə qərarları › İş №2(011)-5404/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5404/2024

11.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5404/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, tutulmuş pulun və məhkəmə xərcinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi, tutulmuş pulun və məhkəmə xərcinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən, itirilmiş qazın bərpasına görə əsassız hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsi, həmin cəriməyə görə iddiaçının qaz kartından silinən 616.50 manat məbləğində pulun və eyni zamanda 200 manat məbləğində məhkəmə xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fərdi yaşayış evində ailəsin ilə birgə yaşayır. İddiaçı, Cavabdeh İB ilə bağlanmış müqaviləyə əsasən, **********07400 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında və tam şəkildə etmişdir. Cavabdeh İB-nin əməkdaşları 05 iyun 2022-ci il tarixində ünvanda qaz sayğacını əvəzləyərək ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib etmişlər. Həmin vaxt sayğaca vurulan plombun nömrəsi - 11550410 olmuşdur. Həmin vaxt sayğacın əvəzetmə səbəbi mənfiyə işləməsi qeyd edilmişdir. Daha sonra mövcud olan sayğacın kiplənməsi səbəbindən (sayğacın dəyişdirilməsi üçün ünvana gələn mühəndislərin deməsinə görə) sayğacın əvəz edilməsi üçün Cavabdeh İB-nin əməkdaşları 03 may 2023-cü il tarixində ünvana gəlmişlər. Onlar tərəfindən 03 may 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmişdir. Müvafiq qaz sayğacı açılmış və tərtib edilmiş aktdan görünür ki, sayğaca vurulan 11550410 nömrəli plomb zədələnməmiş olmuşdur. Sözügedən aktda sayğacın dəyişmə səbəbi kimi sayğacın plastmas borusunun deşik olması göstərilmişdir. Cavabdeh İB tərəfindən 29 aprel 2023-cü il tarixində ******* saylı akt tərtib edilmiş, sözügedən aktda qeyd edilmişdir ki, “mənzilin qaz təchizatına kamera vasitəsi ilə texniki baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olduğu aşkar edildiyi” qeyd edilmişdir. Bu tamamilə gülüncdür. Necə ola bilər ki, 03 may 2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilir və aktda sayğacın plastmas borusunun deşik olduğu qeyd edilir, lakin ondan sonra deyil, arxa tarixlə yəni 29 aprel 2023-cü il tarixində ******* saylı akt tərtib edilir və iddiaçı cərimə edilir. Ən dəhşətli məqam odur ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə 30 aprel 2023-cü il tarixli ******* saylı akta əsasən cərimənin hesablandığı qeyd edilsə də, 30 aprel 2023-cü il tarixində akt mövcud deyildir. Göründüyü kimi, zamanlama baxımından da mümkün olmayan qanunsuz və əsassız akt əsasında iddiaçı cərimə olunmuş, heç bir müdaxilə etmədiyi halda o, 1.555,20 manat məbləğində cərimə edilmiş, bu azmış kimi, iddiaçının kartına yüklədiyi puldan ümumilikdə 616.50 manat pul cərimə əvəzi kimi silinmişdir. Yoxlamanın nəticəsi tamamilə əsassız və qanunsuzdur. Nəzərə alsaq ki, sayğacın əvəzlənməsi aktında sayğaca müdaxilənin olub-olmaması ilə bağlı hər hansı bir qeyd şərt aparılmamışdır. Hətta plombun zədələnməsinə dair hər hansı bir qeyd mövcud deyildir. İddiaçı əsassız hesablanmış borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə müraciət etsə də müraciətinə cavab verilməmişdir. Əksinə, iddiaçıya şifahi qaydada bildirmişlər ki, get məhkəməyə müraciət et, məhkəmə cəriməni ləğv etsin. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş 29 aprel 2023-cü il tarixli, ******* nömrəli akta əsasən, itirilmiş qazın bərpasına görə əsassız hesablanmış 1.555,20 manat məbləğində borcun silinməsi, həmin cəriməyə görə iddiaçının qaz kartından silinən 626.50 manat məbləğində pulun və eyni zamanda 200 manat məbləğində məhkəmə xərcinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 928.70 manat borcun silinməsi, iddiaçının abonent hesabından əsassız olaraq tutulmuş 626.50 manat pulun iddiaçıya geri qaytarılması və ödənilmiş 200 manat məbləğində məhkəmə xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz təchizatına kamera vasitəsi ilə texniki baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olduğu müəyyən edilmişdir. Həmin akt əsasında iddiaçının abonent hesabına 2023-cü ilin aprel ayına 1.555,20 manat cərimə hesablanmışdır. Tələb edilən 1.555,20 manat borcun ödənilməsi üçün cavabdeh təşkilat iddiaçı tərəfindən edilən ödənişlərdən 2023-cü ildə 314.50 manat, 2024-cü ildə 312 manat olmaqla, ümumilikdə 626.50 manat tutulma aparmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının ayın sonuna 928.70 manat borcu vardır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilənin və qəbzin surətindən görünür ki, iddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun hesabına 200 manat ödəniş etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana baxış keçirilən zaman sayğacın çıxış plastmas borusunun deşik olması aşkar edilərək akt tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ondan borc tələb edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 928.70 manat cərimə borcu silinməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 626.50 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 200 manat xərcin cavabdehdən iddiaçının xeyrinə tutuıması hissəsinə münsibətdə qeyd edir ki, iddiaçı hazırkı mülki iş üzrə “Kiçikbəyov və Partnyorları” Vəkil bürosunun vəkili ilə təmsil olunur və hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən büronun hesabına 200 manat pulun ödənilməsi işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən, məhkəmə iddianı bu hissədə də əsaslı sayır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********07400 saylı abunə koduna hesablanmış 928.70 manat məbləğində cərimə borcu silinməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 626.50 manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılmalı, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 200 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 37.55 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********07400 saylı abunə koduna hesablanmış 928.70 (doqquz yüz iyirmi səkkiz manat yetmiş qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 626.50 (altı yüz iyirmi altı manat əlli qəpik) manat məbləğində pul vəsaiti İddiaçı geri qaytarılsın. İddiaçı hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 200 (iki yüz) manat pul vəsaiti Cavabdehndən alınaraq iddiaçıya ödənilsin. Cavabdehndən 37.55 (otuz yeddi manat əlli beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar