Məhkəmə qərarları › İş №2(011)-542/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-542/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-542/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 03.07.2017-ci il tarixli AL-808 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2014-cü il buraxılışl, “Daewoo” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VEA564338 ban, 0544 mühərrik nömrəli, ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-nə geri qaytarılması, Cavabdeh 03.07.2017-ci il tarixli AL-808 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 03.09.2020-ci il tarixə 2959,33 manat gecikdirilmiş əsas, 291.19 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 136,93 manat dəbbə pulu, cəmi 3387,45 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 02.02.2021-ci il tarixdə İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanması və sənədlərin geri qaytarımasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarıması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə ərizəni iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalı və əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar