Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5433/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005ci il təvəlllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. X1 xx.xx.2005-ci ildə anadan olub, anadan olandan “uşaq serebral iflici” xəstəliyindən əziyyət şəkir. O, hazırda AR-nin ƏƏSMN tabeliyində olan Sosisla Xidmətlər Agentliyinin 1 saylı 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində tam dövlət təminatındadır xx.xx.2023-cü ildə 18 yaşı tamam olmuşdur, ana olaraq ərizəçi istəyir ki, övladına hiayəçi kimi təyin edilsin. Tərəflərin izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsi publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2013-cü il tarixdə 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinə daxil olmuş və hal-hazırda tam dövlət təminatındadır. İş materiallarında olan, X6 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli rəyin surətindən görünür ki, X5 Bakı şəhəri Uşaq Nevroloji xəstəxanasında ambulator şəkildə xx.xx.2013cü il tarixdə müayinədən keçirilmiş və uşaq serebral iflici tetraparetik hiperkinetik forması diaqnozu qoyulmuşdur. İş materialında olan AA2120835 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materialında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 qoyulan diaqnozdan görünür ki, kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, ataktik yeriş, hərəkətin və yerişin kəskin şəkildə pozulması, spastik tetraplegiya, sidiyin ekstravazasiyası, çanaq orqanlarının funksiyasının pozulması, disfaziya və afaziya, motor afaziya qeyd olunmuş, birinci dərəcə əlilliyi müddətsiz olaraq, əmək qabiliyyətsiz kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2006 saylı qiyabi sənədlər üzrə məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən müayinə əsasında belə nəticəyə gəlinmişdir ki, X3 uşaq serebral iflici nəticəsində yaranan əqli gerilik müəyyən edilir, öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir, fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2005-ci il təvəlllüdlü X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında xx.xx.2005-ci il təvəlllüdlü X2 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-5433/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5433/2024
29.08.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver