Məhkəmə qərarları › İş №2(011)-5441/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5441/2021

09.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5441/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Tağızadə Pərviz Natiq oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – ünvan 1 ünvanında yerləşən 15924647 nömrəli elektrik sayğacının göstəricisinə daxil edilmiş və 17.12.2020-ci il tarixli, 210140R saylı Akta əsasən əsassız hesablanmış 418,40 manat məbləğində pulun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Natiq Əliyev küçəsi, bina 36, mənzil 7 mülkiyyəti hüququ üzrə iddiaçıya məxsus olmaqla **********60007 nömrəli kod üzrə mənzilə elektrik sayğacı quraşdırılmışdır. Elektrik enerjisindən istifadə qaydalarının yoxlanması və riayət olunmasının vəziyyətinin yoxlanılması məqsədi ilə cavabdeh orqanın ərazi üzrə nümayəndələri binanın blokunda 17.12.2020-ci il tarixdə 210140R saylı Akt tərtib edərək akta qeyd olunmuşdur ki, “növbəti yoxlama zamanı məlum oldu ki, qeyd olunan ünvana məxsus elektrik sayğacının proqram təminatı pozulmuş, ekran oxunmur Mənzilə axan yük ampermetr ilə ölçülmüş 1=1.8A” ölçüsünə malik olmaqla sayğacın yenisi ilə əvəz olunması qərarına gəlinmişdir. 19.03.2020-cü il tarixdə icra vərəqəsi təsdiq olunaraq mənzilində olan elektrik sayğacının dəyişdirilməsi qərarı verilmişdir. 2020-ci ilin dekabr ayında onun iştirakı təmin olunmadan mənzilə dair elektrik sayğacı dəyişdirilmişdir. 2021-ci ilin mart ayında mənzilə dair elektrik sərfiyyatının ödənilməsi prosesini həyata keçirdiyi zaman sistemdə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə dair elektrik enerjisi üzrə 418,40 manat məbləğində borc hesablanmışdır. Hesablanmış borcla bağlı Xətai rayon ETSİ şöbəsinə müraciət etmiş, şöbədə bütün sənədlərinə baxış keçirilərək tərəflərində ona məlumat verilmişdir ki, 17.12.2020-ci il tarixli tərtib olunmuş akt səhv tərtib olunmuşdur. Xətai rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli. 1005 saylı xidməti məlumatda mübahisəsiz qaydada təsdiq edilmişdir ki, ünvana baxış keçirilərək təkrar göstəriçi bazaya daxil olunmuş, mənzildə yaşayış olmamış, mənzildə yaşayış bərpa olunandan sonra akt tərtib edilərək hesabat verilmişdir. Mənzildə uzun müddət yaşayışın olmamasını nəzərə alaraq aktın hesabatına baxılması üçün aidiyyatı şöbəyə müvafiq göstərişin verilməsi zəruriyyəti bildirilmişdir. Buna baxmayaraq cavabdeh orqan bu günə kimi aktın hesabatına baxmır, iddiaçının qanunla qorunan hüquqlarını pozmaqda davam edərək əsassız olaraq ondan 418.40 manat məbləğində pul tələb edir. Hesab edir ki, hesablanmış borc əsassız və qanunsuz hesablandığından mənzilində yerləşən elektrik sayğacı hesabatından silinməlidir. Tərəfindən Azərişıq ASCyə hesablanmış əsassız borcun silinməsi və tərtib edilmiş 17.12.2020-ci il tarixli aktın ləgv edilməsi məqsədi ilə müraciət olunmuş, cavabdeh orqan ona 05.05.2021-ci il tarixli, 0199//-159/3570 saylı və 02.06.2021-ci il tarixli, 0199/j-159/2/4210 saylı məktublar göndərərək bildirmişdir ki, abunə haqqında bildiriş vərəqinin təhlili və yeni quraşdırılmış 15924647 nömrəli elektrik sayğacının orta aylıq sərfıyyatının təhlili təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi tarif fərqi nəzərə alınaraq “Elektrik energisindən istifadə qaydalarına” müvafiq aparılmışdır. Hesab edir ki, onun adına cavabdehdən göndərilmiş məktublar ondan əsassız şəkildə hesablanmış pulun dolayısı ilə tələb olunmasına yönəlmiş addımdır. O, ailəsi ilə birlikdə 15 may 2020-ci il tarixdə 01.12.2020-ci ilə kimi qeyd olunan mənzildə yaşamamışdır. Yaşayış yeri Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bag evində olmuşdur. Xətai rayonu, Natiq Əliyev küçəsi ünvanında yerləşən mənzilində su və qaz sayğaclarının göstəriciləri həmin tarixdə sıfır göstəriçi olmuşdur. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Abunə haqqında” saldoya əsasən abonent ünvan 2 ünvanı üzrə (abonent kodu **********60007) 524,54 manat məbləğində elektrik enerjisindən istifadəyə görə borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 05.05.2021-ci il tarixli məktubuna əsasən **********60007 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki. 17 12 2020-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur (sayğacın proqram təminatı pozulmuşdur, ekranı oxunmur) səbəbilə Rİ 210140 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 4520 kVts - 418.40 manat dəyərində ödəniş sənədi hazırlanılmışdır Qüsurlu sayğac laboratoriya şəraitində yoxlanarkən, aktda qeyd olunan qüsur oz əksini tapmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlili və yeni quraşdırılmış 15924647 nömrəli elektrik sayğacının orta aylıq sərfiyyatının təhlili də təsdiq edir ki. akta görə təqdim edilmiş ödəniş sənədi tarif fərqi nəzərə alınaraq. “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq aparılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 02.06.2021-ci il tarixli məktubuna əsasən **********60007 nömrəli kod üzrə mənzilin elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 17.12.2020-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»na riayət olunmasının vəziyyəti yoxlanılarkən, mənzilə məxsus elektrik sayğacındakı qüsur (sayğacın proqram təminatı pozulmuşdur, ekranı oxunmur) səbəbilə Rİ 210140 nömrəli akt tərtib edilmiş ve itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 4520 kVts - 418,40 manat dəyərində ödəniş sənədi hazırlanılmışdır. Qüsurlu sayğac laboratoriya şəraitində yoxlanarkən, aktda qeyd olunan qüsur öz əksini tapmışdır. Abunə haqqında bildiriş vərəqinin təhlil və yeni quraşdırılmış 15924647 nömrəli elektrik sayğacının orta aylıq sərfiyyatının təhlili də təsdiq edir ki, akta görə təqdim edilmiş ödəniş sənədi tarif fərqi nəzərə alınaraq, “Elektrik enerjisindən istifadə Qaydaları”na müvafiq aparılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 17.12.2020-ci il tarixli Rİ 210140 nömrəli aktına əsasən ünvan 2 ünvanı üzrə müəyyən edilmişdir ki, “sayğacın proqram təminatı pozulmuşdur, ekranı oxunmur”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Həmin Qaydaların 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Yuxarıda istinad edilən normativ hüquqi aktın tələblərini nəzərə alaraq və mülki işin faktiki hallarını təhlik edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanı üzrə hesablanmış 418,40 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsasslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 2 ünvanı üzrə (abonent kodu **********60007) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 418,40 (dörd yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borc silinsin. 20 (iyirmi) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar